Mətbəximiz / Duru yeməklər

Tomatlı makaron şorbası

dılay | 30-04-2016, 09:00
14 733 3

 



Tərkibi:

8 su stəkanı ət suyu
3 ədəd orta boy pomidor
1 yemək qaşığı duru yağ
4 yemək qaşığı makaron
1 yemək qaşığı un
1 ədəd limonun suyu
Damaq dadınıza görə duz, qara bibər

Hazırlanması:

Pomidorların qabığını soyub rəndələyin. Yemək qazanına duru yağ əlavə edib qızdırın. Üzərinə unu əlavə edərək, qoxusu çıxana qədər qovurun. Azar-azar ət suyunu qazana əlavə edərək, sürətlicə qarışdırın. Rəndələnmiş pomidoru əlavə edib qarışdırmağa davam edin. Orta xodda ət suyu qaynayana qədər bişirməyə davam edin. Ət suyu qaynadıkdan sonra makaronları əlavə edin. Atəşin dərəcəsini azaldıb arada bir qarışdıraraq makaronlar incələnə qədər bişirin. Duz, qara bibər və limon suyunu əlavə edib qarışdırın. Qazanı ocaqdan götürün. Kasada bölüb, daha sonra xidmət edin.

Not: Ət suyunuz yoxdursa, ət suyu tabletindən istifadə edə bilərsiniz. Bu vəziyyətdə əlavə duza ehtiyac yoxdur.
 
Nuş olsun!

Hali | 30 aprel 2016 23:03 | Status: VİP user | Şərh: 484
Menlik deyil
Dəniz qızı | 30 aprel 2016 17:25 | Status: Brilliant user | Şərh: 8 017
ehh mənimkilər supu yemirlər. worried
B.Fereh | 30 aprel 2016 14:08 | Status: Nəzarətçi | Şərh: 6 975
Balacam ucun,her gun biwirirem sup.Tewekkurler,canim menim.