Mətbəximiz / Duru yeməklər

Tərəvəszli küftə

ESMERRi | 3-04-2016, 09:00
13 983 6


Tərəvəzli küftə


Səbəzəli küftə bizim damaq dadımıza yad deyil. Bu dadı bizim küftə-bozbaş adını verdiyimiz yeməkdən bilirik. Sadəcə, içində səbzə növləri daha çoxdur və küftələri daha kiçikdir.


Soyuq qış günlərində böyük iştahayla yeyə biləcəyiniz bir yemək.


4 nəfərlik

Bişmə müddəti 25 dəqiqə


İçindəkilər:


250 qr qiymə

1 dilim bayat çörək içi

Duzqara bibər


Tərəvəzli içlik üçün:


30 qr kərə yağı1 dəstə kərəviz1 stəkan doğranmış pomidor1 stəkan konservləşdirilmiş yaşıl noxudyarım dəstə cəfəri,duz, dənə qara bibər, kəklikotu


Hazırlanması:


Cəfərini təmizləyib doğrayın. Soğanı soyub sürtgəcdən keçirin. Suyunu süzərək soğanı və cəfərini dərin qaba alın. Sürtgəcdən keçirilmiş çörək içi, qaleta unu, qiymə, yumurta və ədviyyatı əlavə edib yoğurun. Küftə xəmirindən qoz boyda toplar düzəldin. Yuvarladığınız qiyməni una batırın.


Tərəvəzli içlik üçün soğanı, kərəvizi, kartofları soyub kub şəklində doğrayın. Yerkökünü və cəfərini də təmizləyib doğrayın. Qazanda kərə yağını isidib soğanları qovurun. Qabıqlarını soyub, sürtgəcdən keçirdiyiniz pomidorları da əlavə edib 1-2 dəqiqə qovurun. Sırayla yerkökü və kərəvizi əlavə edib 2-3 dəqiqə bişirin. İsti suyu əlavə edib bir əl qaynadın. Sonra yoğurub, yuvarladığmız küftələri qazana alın və 10 dəqiqə bişirin. Kartofları və konservləşdirilmiş yaşıl noxudları əlavə edib 5 dəqiqə daha qaynadın. Kartoflar bişincə incə doğradığınız cəfərini, duzu, dənə qara bibəri və kəklikotunu səpin. Ocağı söndürüb,səbzəli küftənizi isti-isti servis edin.

 
Nuş Olsun!
 


ESMERRi | 11 aprel 2016 21:56 | Status: Brilliant user | Şərh: 5 378
Şərhlər üçün tşk.
Dəniz qızı | 5 aprel 2016 07:51 | Status: Brilliant user | Şərh: 8 017
Bu da bir növ yeməkdi.
dılay | 4 aprel 2016 15:08 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler..
SEVDA | 4 aprel 2016 02:35 | Status: Nəzarətçi | Şərh: 17 439
Menlik deyil.twk...
guel | 4 aprel 2016 00:08 | Status: VİP user | Şərh: 475
Mende bisirirem. Cox dadli olur.
Hali | 3 aprel 2016 20:02 | Status: VİP user | Şərh: 484
Xowlamiram