Mətbəximiz / Tortlar

Polyakların ballı tortu

ESMERRi | 5-03-2016, 09:00
17 102 8


Xəmir: 


100 q kərə yağı

120 q şəkər tozu

3 yumurta

250 q bal 

1 ç.q. soda 

350 q un 


Krem:


500 ml 33%-35%-li qaymaq 

750 q 30% - 40%-li xama

120 q şəkər pudrası

1 x.q. vanil cövhəri (yaxud konyak)

2 paket (hərəsi 8 q) Dr.Oetker qaymaq qatılaşdırıcısı


Undan başqa xəmir üçün olan bütün ərzağı qazançaya töküb su hamamında daim qarışdıraraq qızdırın. Hamısı əriyəndən sonra 5 dəqiqə də qarışdıraraq bişirin, ocaqdan götürün. 


Qarışdıraraq, tədricən un əlavə edin. Xəmir duru alınacaq. Bu sizi qorxutmasın. Qazanın ağzına qapaq qoyun, soyuducuda 8-12 saat saxlayın. Bu müddətdən sonra xəmir qatılaşacaq. Xəmiri soyuducuda 1 gecə də saxlaya bilərsiniz. 


Xəmiri 8 bərabər yerə bölün. 2-3 kündəni saxlayıb, qalanını yenidən soyuducuya qoyun ki, çıxardıqlarınız bişincə yumşalmasın. 


Kündəni birbaşa perqamentin üzərində yayın, çünki xəmir yumşaq olduğundan masada yayıb formaya qoymaq çətin olacaq. 3 parça perqament lazım olacaq - ikisinin arasında xəmiri yaymaq, onlardan birinin üzərində bişirmək, üçüncünün üzərində soyutmaq üçün. 


Ancaq öncədən perqamentin üzərinə mütləq un səpin. Yayanda gərək olduqca yenə səpin. Xəmir yapışqan və yumşaq olduğundan əllərinizi və oxlovu da unlayın.


Xəmiri yaydıqdan sonra 25 sm diametrində dairə kəsin, artıqlarını əsas dairədən bir qədər aralı çəkin, xəmiri elə perqamentin üzərində formaya qoyun. Korju (xəmir artıqlarıyla birlikdə) 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. 


Birinci korj bişənədək o biri kündəni birincini hazırladığınız qaydada yayın. 

Bu minvalla bütün korjları bişirib soyudun. 


Bişmiş xəmir artıqlarını xırdalayın, amma toz halına salmayın, tortun üstünə səpiləcək. 


Krem: Mikserlə soyuq qaymağı 1 dəqiqə çalın, tədricən 2 paket qatılaşdırıcını əlavə edin. Hissə-hissə şəkər pudrasını əlavə edin, vanil cövhəri (yaxud konyak) əlavə edib qaymaq qatılaşınca çalın. 


Xamanı çəngəllə yüngülcə çalın (çox canfəşanlıq etməyin, xama çox durular). Çalınmış qaymağa əlavə edib qaşıqla qarışdırın. 


Korjları arasına krem çəkməklə üst-üstə yığın. Kənarlarına və üstünə də krem çəkin, ovuntu səpin. 


Soyuducuda 8-12 saat saxlayın. 


Nuş olsun! 


 

 


N....N92 | 7 mart 2016 16:09 | Status: Professional user | Şərh: 4 351
ay ne gozel cox sevirem ..yemeyi
Cicim İncim | 7 mart 2016 01:03 | Status: Gümüş user | Şərh: 2 456
Maraqlı reseptdir...
Hali | 5 mart 2016 22:42 | Status: VİP user | Şərh: 484
Qaymaqli kremi tortda çox xowluyuram
SEVDA | 5 mart 2016 12:46 | Status: Nəzarətçi | Şərh: 17 439
Reseptçűn tşk...
B.Fereh | 5 mart 2016 11:19 | Status: Nəzarətçi | Şərh: 6 975
ANAMIN BIWIRDIYINE CATA BILMEZ smile
Ay_Sun | 5 mart 2016 11:11 | Status: Brilliant user | Şərh: 13 408
Ilk defedir bele balli tort esidirem smile .Resept ucun tesekkur bacim.
dılay | 5 mart 2016 09:35 | Status: Brilliant user | Şərh: 8 183
MENDE BALLI TORT BIWIRMEK ISTEYIREM,AMMA RESEPT SINANILMIW OLSUN.
SULTANIM | 5 mart 2016 09:13 | Status: Ekspert | Şərh: 4 742
Maraqli hazirlanmasi qaydasi var. Mende balli tort edirem, amma polyaklardan ferqli olaraq men bisirdiyim balli torta araq da gedir.
Resepte gore tesekkur edirem.