Mətbəximiz / Dünya mətbəxi

Orman kababı.(türk mətbəxi) (Foto+Vide+ Resept)

ESMERRi | 12-03-2016, 09:00
13 885 5


Türk mətbəxindən ləzzətli Orman Kabab.


Ərzaq:

 

qoyun yaxud mal əti — 500 q

bitki yağı — 3 x.q

soğan (böyük) — 1 əd

kök (böyük) — 1 əd

pomidor — 2 əd

kartof — 6 əd

yaşıl noxud — 1 st

oreqano — 2 ç.q

duz


Hazırlanması:

 

Soğan doğranır, bitki yağında qızılı rəng alana kimi qızardılır

Doğranmış (kub formasında) kök əlavə olunur

Hamısı bir yerdə qovrulur qısa vaxtda

kiçik tikələrə doğranmış ət əlavə olunur

Ət hazır olana kimi qovurulur, lazım gələrsə su tökülür

Qabığı soyulmuş və xırda tikələrə doğranmış pomidor əlavə olunur

10 dəqiqə ərzində qovurulur

Üzərinə su əlavə edirik, əti və tərəvəzləri örtməlidir,istiot və duz vurulur.

Sonra uzunamasına doğranmış kartofları əlavə edirik. Kartof bişənə kimi qaynadırıq.

Sonda konservləşdirilmiş yaşıl noxud və oreqano əlavə edirik, 5-10 dəq. ərzində bisirmek lazımdır.

 


Nuş olsun!


 


Ay_Sun | 16 mart 2016 11:17 | Status: Brilliant user | Şərh: 13 408
Tesekkurler canim resept ucun.
Cicim İncim | 12 mart 2016 19:16 | Status: Gümüş user | Şərh: 2 456
Pis olmaz...
SEVDA | 12 mart 2016 17:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Mənlik deyil,tşk...
B.Fereh | 12 mart 2016 11:55 | Status: Nəzarətçi | Şərh: 6 975
Dadli gorsenir,twk.
dılay | 12 mart 2016 09:39 | Status: Brilliant user | Şərh: 8 183
Leziz yemeye oxwayir twk..