Mətbəximiz / Salatlar və qəlyanaltılar

Krekerli tort-salat

ESMERRi | 14-03-2016, 09:00
1 966 8


Krekerli tort – salatı.

Ərzaq:
 
- 200 — 250 q – duzlu kreker peçenyeləri
- 1 banka – balıq konservi (fərq eləməz hansı: sayra, qorbuşa, tunes)
- 1 dəstə göy soğan ( reseptdə qırmzı soğandan istifadə olunub )
- 4 əd qaynadılmış yumurta
- 150 q – bərk pendir
- 1 diş  sarımsaq
- mayonez

Hazırlanması:

Əvvəlcə soğan (göy və yaxud qırmızı) xırda doğranır və duzlu, şəkərli, sirkəli suda 15-20 dəqiqə ərzində marinad olunur. Sonra marinadı süzülür. Qorbuşa balığının suyu süzülür , vilka ilə əzilir , soğan və mayonez əlavə olunur.
Pendir sürtgəcdən keçirilir, çox xırda doğranmış və yaxud preslənmiş sarımsaq əlavə olunur və mayonezlə qarışdırılır.
Yumurta təmizlənir, yumurtanın ikisinin sarısı götürülür (çünki üst qat üçün lazım olacaqdır), qalanları isə sürtgəcdən keçirilir, duz vurulub mayonezlə qarışdırılır.
Deməli biz 3 cür içlik hazırladıq tort-salatımız üçün: balıqlı, yumurtalı və pendirli.
Salat böyük salat qabında qat şəkilində yığılır:

1 ci qat – krekerlər
2-ci qat – yumurtalı içlik
3-cü qat – krekerlər
4-cü qat – balıqlı içlik
5-ci qat – krekerlər
6-cı qat – pendirli içlik
7-ci qat – krekerlər.
Sonra krekerlərin yuxarı qatına mayonez yaxılır və üzərinə süqrtgəcdən keçirilmiş yumurta sarısı səpilir.
Zövqə görə bəzədilir. Salat ən azından 2 saat qalmalıdır otaq temperaturunda və 1 saat soyuducuda. Amma bir gecəni qalması (soyuducuda) daha yaxşı olardı.

Nuş Olsun!

Ay_Sun | 16 mart 2016 11:42 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Salatın hər növün xoşlayıram.

Mende request
Dəniz qızı | 16 mart 2016 08:47 | Status: Brilliant user | Şərh: 8 017
Salatın hər növün xoşlayıram.
Əsmər1 | 15 mart 2016 20:39 | Status: VİP user | Şərh: 1 584
Mənlik deyil
dılay | 15 mart 2016 09:04 | Status: Brilliant user | Şərh: 8 183
Menlik olmadi ...
Hali | 14 mart 2016 23:53 | Status: VİP user | Şərh: 484
Bele salatlar hec xowlamiram
SEVDA | 14 mart 2016 21:40 | Status: Nəzarətçi | Şərh: 17 439
Mənlik deyil...tşk
Aylaskam | 14 mart 2016 13:04 | Status: Qonaq | Şərh: 0
Maraqlidi. Ferqli salatdir. Dadi da ferqli olar. Hazirlamaq olar. Tesekkurler.
B.Fereh | 14 mart 2016 11:09 | Status: Nəzarətçi | Şərh: 6 975
Baliq kanservasi olmasaydi ne yaxwi olardi.Goresen onu neynen evez elemek olar???