Mətbəximiz / Duru yeməklər

"Şahsayağı şorba"

ESMERRi | 13-03-2016, 09:00
13 389 7


 

Şahsayağı şorba.

Ərzaq
 
- 500 q alabalıq yaxud syomqa
- 500 q kartof
- 500 q pomidor
- soğan – 1 əd
- 200 q kök
- 500 ml qaymaq ( 11%)
- bitki yağı
- duz istiot

Hazırlanması:
 
1. Soğan, kök doğranır, kartof soyulur kubik formasında doğranır.
2. Pomidorlar qabıqdan təmizlənir, kubik formasında doğranır
3. Tavada bitki yağında soğan, kök qızardılır, sonra pomidorlar əlavə olunur, 5 dəq ərzində qovrulur. Üzərinə 2 litr su tökülür və qaynar hala gətirilir.
4. Su qaynara düşəndən sonra, kartofuda əlavə edirik üzərinə və 8 dəq ərzində qovururuq.  Sonra balığı əlavə edirik və üzərinə qaymağı tökürük, yenə 5 dəq qaynadırıq. Duz, istiot vurulub süfrəyə verilir. Şorba reseptləri arasında ən ləzzətli reseptlərdən biridir.
 
Nuş Olsun!


Ay_Sun | 16 mart 2016 11:29 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: B.Fereh
Menlik olmadi bu worba..........
Dəniz qızı | 15 mart 2016 07:54 | Status: Brilliant user | Şərh: 8 017
Buğlamaya oxşayır bir az.
Hali | 13 mart 2016 20:15 | Status: VİP user | Şərh: 484
Worba xowlamiram
dılay | 13 mart 2016 14:38 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler
Əsmər1 | 13 mart 2016 12:25 | Status: VİP user | Şərh: 1 584
Yəqin dadlıdı.Təşəkkürlər
B.Fereh | 13 mart 2016 10:53 | Status: Nəzarətçi | Şərh: 6 975
Menlik olmadi bu worba..........
SEVDA | 13 mart 2016 09:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Mənlik deyil,tşk...