Mətbəximiz / Tortlar

Peçenyedan hazırlanmış tort

dılay | 22-03-2016, 09:00
15 025 7
 

 
Ərzaqlar.
Korj üçün:

- 400 qr şokoladlı peçenya
- 1 x.q. şəkər tozu
- 150 qr kərə yağı
Krem üçün:
- 700 qr süd
- 30 qr kakao-toz
- 120 qr şəkər tozu
- 40 qr nişasta
- 15 qr kərə yağı
- 150 qr tünd şokolad
- 4 yumurta sarısı
- 1 çimdik duz

Hazırlanması:

1. Şokolad su hamamında əridilir.
2. Digər qazanda kakao-toz, şəkər tozu, nişasta və duz qarışdırılır, yumurta-sarısı bir-bir əlavə olunur, yaxşı qarışdırılır.  
3. Süd əlavə olunur, yaxşı qarışdırılır.
4. Krem odun üzərinə qoyulur, qarışdıra-qarışdıra qatılaşana qədər bişirilir.
5. Krem oddan götürülür, ərimiş şokolad və yumşaq kərə yağı əlavə olunur, yaxşı qarışdırılır. Hamar həmcins kütlə alınmalıdır. Kremin üzərini plyonka ilə bağlayın, bir qədər soyudun və soyuducuya qoyub 2 saat saxlayın.
6. Peçenyeni blenderlə əzin (ovuntu alınmalıdır), 1 x.q. şəkər tozu əlavə edin, qarışdırın.
7. Kərə yağını əridin, peçenyeyə əlavə edin, yaxşı qarışdırın.
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, ovuntunu formaya qoyun, hamarlayın (qıraqları hündür olmalıdır). Sobada 8-10 dəqiqə ərzində bişirin.   
9. Korju formadan çıxartmadan soyudun, üzərinə krem qoyun, hamarlayın.
10. Tortu soyuducuda ən azı  6 saat ərzində saxlayın, sonra formadan çıxardın və masaya verin.
 
Nuş olsun!
 


Ay_Sun | 3 aprel 2016 16:49 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: dılay
Redakte ucun tewekkurler birdenem kissing_heart

Xosdur omrum.
dılay | 23 mart 2016 12:55 | Status: Brilliant user | Şərh: 8 183
Redakte ucun tewekkurler birdenem kissing_heart
Dəniz qızı | 23 mart 2016 08:45 | Status: Brilliant user | Şərh: 8 017
Atdım seçilmişə edəcəm...
B.Fereh | 23 mart 2016 00:54 | Status: Nəzarətçi | Şərh: 6 975
Elaaaa...cox beyendim,atdim secilmiwlere.
guel | 22 mart 2016 20:36 | Status: VİP user | Şərh: 475
Gorunusu yaxsidir. Dadi bilmirem nece olar. Pecenye xoslamiram
Cicim İncim | 22 mart 2016 20:02 | Status: Gümüş user | Şərh: 2 456
Hazır peçenyalardan bişməmiş şirniyyatlar hazırlamışam...İlk dəfədir rastlaşıram ki,reseptdə peçenya bişirilir...Maraqlıdır, hazırlayacağam...
ESMERRi | 22 mart 2016 12:39 | Status: Brilliant user | Şərh: 5 378
Dadlı görsənir.