Mətbəximiz / Balıq yeməkləri
Sobada hazırlanmış tərəvəzli çəki balığı
ESMERRi | 2-03-2016, 09:00
27 931 7
Sobada hazırlanmış tərəvəzli çəki balığı
Ərzaq:
çəki balığı — 2.5 kq.
1 limon.
bir az zeytun yağı.
1 baş soğan.
2 qaşıq xama.
kök — 2 əd.
4 pomidor.
5 əd kartof.
Sobada çəki balığının hazırlanması:
Çəki balığını təmizləyirik, başını kəsib tullayırıq, duz istiot vururuq, limon şirəsi tökürük üzərinə. Pomidor, soğan, kartof və kökü doğrayırıq. Çəki balığının içi hazırladığımız tərəvəzlərlə doldurulur və falqaya bükülür. Sonra sobada 210C temperaturda 40-45 dəq ərzində bişirilir. Bişəndən sonra ehtiyatla falqanı açırıq və balığın üzərinə zeytun yağı tökürük və yenə sobaya qoyuruq. 15 dəq qalır sobada, qızarır.
Nuş Olsun.