Mətbəximiz / Tortlar

Bişirməyə ehtiyac olmayan, çox ucuz başa gələn. 15 dəqiqədə hazır olan-Pryanik tortu

ESMERRi | 27-06-2019, 09:00
470 0



Tərkibi: 

600 q şokoladlı pryanik
600 q 20-30%-li xama
100 q şəkər pudrası
2 banan
qoz
kokos yonqarı
şokolad

 
Hazırlanması.

 
Pryanikləri uzununa iki yerə bölün. Bananları fal-fal doğrayın. Xamanı şəkər pudrası ilə qarışdırın. Qozu bıçaqla doğrayın (çox xırda olmasın). 

Dərin yumru qabın içinə qida plyonkası çəkin, qıraqları sallansın. 
Pryanik parçalarını xamaya batırıb qabın dibinə yığın. Aralarındakı boşluqları pryanik qırıqları ilə doldurun. 
Üzərinə bir lay banan döşəyin. 
Növbəti lay yenə xamaya batırılmış pryaniklərdir. 
Yenidən banan döşəyib üzərinə qoz səpin. 
Sonuncu lay yenə xamaya batırılmış pryaniklərdir. 
Layların sayı çox da ola bilər, hər şey ərzaqdan və formanın ölçüsündən asılıdır.
Başqa meyvə də götürə bilərsiniz. Həmçinin qozu hər layın üzərinə səpə, yaxud ümumiyyətlə qoz işlətməyə bilərsiniz. 
Tortu otaq temperaturunda bir neçə saat saxlayın, sonra isə soyuducuda ən azı 3 saat soyudun. 
Boşqaba tərs çevirib plyonkanı çıxarın. 
Süfrəyə verərkən üzərinə şokoladı sürtgəcdən keçirə, sadəcə kakao səpə, şokoladı əridib çəkə, yaxud  da kokos yonqarı ilə bəzəyə bilərsiniz. 

Nuş olsun!


AzadQadin.az

Bunları da oxuyun:

SON DƏQİQƏ! Uşaqlı ailələrə gözlənilməz ŞAD XƏBƏR - Bu cox əla oldu... - RƏSMİ

Azərbaycanda 24 yaşlı gəlin ərinin qırxı çıxmamış pulları oğurlayıb erməni kişinin...– ŞOK

Arağa yod qatın - Müalicə olunun- Ən qorxulu xəstəliklərin, ən ucuz dərmanı

2019-cu ildə 3 bürc xoşbəxt olacaq- bütün ulduzlar onların xoşbəxtliyi üçün səfərbər olub