Mətbəximiz / Xəmir yeməkləri

Kakaolu bilinçiklər

ESMERRi | 23-02-2016, 09:00
14 293 8


Kakaolu  blinçiklər.

Lazım olan məhsullar:

Şəkər tozu — 2 x.q.

Süd — 3 st.

Un — 300 qr.

Kakao — 2 x.q.

Yumurta — 3 əd.

Bitki yağı — 2-3 x.q.

Duz — 1 çimdik

Hazırlanması.

1. Yumurtanı duz və şəkər tozu ilə çalın. Xəmiri blenderdə hazırlasanız, daha yaxşı alınar: daha tez və keyfiyyətli olar. Xəmir hamar və düyünsüz olmalıdır.

2. Sonra hazır olan kütləyə bir stəkan süd əlavə edin və yenidən çalın. Sonra yavaş-yavaş unu əlavə edin ki, düyünlər yaranmasın. Çalmağa davam edərək xəmirə yavaş-yavaş südün geri qalanının hamısını tökün. Sonda kifayət qədər sulu xəmir alınmalıdır.

3. İndi blinciklərin hazırlanmasına keçmək olar. Xəmir müxtəlif rənglərdə olmalıdır. Buna görə də xəmirin üçdə bir hissəsini ayrı qaba tökün – bu blinçiklərin naxışlı alınması üçündür. Qalan hissəyə kakao əlavə edin və xəmir eynicinsli, düyünsüz alınana qədər çox yaxşı qarışdırın.

4. Tavanı yaxşı qızdırın. Biraz yağ tökün və yağı tavaya bərabər miqdarda yayaraq qızdırın.

5. Biraz xəmir tökün, demək olar ki, ½ çömçə və bütün tava boyu yayın. Biraz bişirin. Çay qaşığı ilə biraz xəmir tökün və blinçiklərin üzərində istədiyiniz kimi naxışlar çəkin. Sonra blinçiki çevirin və digər tərəfini də qızardın.

6. Oddan götürün, naxışlar olan tərəfini yuxarı çevirin və isti halda servis edin. Ancaq soyuq halda da bu blinçiklər olduqca ləzzətli olur.

7. Südlü şokoladlı blinçiklərin qızardılması zamanı yağı ancaq bir dəfə - birinci blinçikin qızardılması zamanı tökmək lazımdır. Sonra yağ əlavə etməyə ehtiyac yoxdur, blinçiklər yapışmayacaq.

Nuş olsun!


Ay_Sun | 1 mart 2016 11:52 | Status: Brilliant user | Şərh: 13 408
Mende tez-tez hazirlayiram oglum cox sevir.Tesekkurler bacim.
Hali | 24 fevral 2016 22:41 | Status: VİP user | Şərh: 484
Kakosuz hazirlayiram
ESMERRi | 23 fevral 2016 19:31 | Status: Brilliant user | Şərh: 5 378
Şərhləriniz üçün təşəkkür.
FLOVERandGİRL | 23 fevral 2016 15:26 | Status: Professional user | Şərh: 3 251
Anam chox vaxt kakousuz edir.Xebere gore twk)
B.Fereh | 23 fevral 2016 11:38 | Status: Nəzarətçi | Şərh: 6 975
Ne gozel......kakaoynan hec prob.elememiwdim.Atdim secilmiwlere gozelim,hemde LIKE ELEDIM.... love
dılay | 23 fevral 2016 11:04 | Status: Brilliant user | Şərh: 8 183
Men her zaman edirem amma kakousuz twk ...
Gulshen. | 23 fevral 2016 09:32 | Status: Qonaq | Şərh: 0
Dadli olacagina inaniram hazirlayacam mende
SEVDA | 23 fevral 2016 09:20 | Status: Nəzarətçi | Şərh: 17 439
Seçilmişlərdə saxladım resepti.
Kakaosuz edəcəm.