Mətbəximiz / Şirniyyat

Çox ləzzətli və yüngül portağallı keks- Foto

Banu. | 30-01-2017, 09:00
1 478 9

 
 
Çox ləzzətli və yüngül portağallı keks

Xəmir üçün:

Yumurta 3 ədəd
Şəkər tozu 1,5 stəkan
Kərə yağı 100q
Portağal(iri) 2 ədəd
Vanilin şəkəri 10q(1 paket)
Un 2,5 stəkan
Qabartma tozu 10q(1 paket)

Qlazur üçün:

Şokolad 200q
Qaymaq(33% yağlı) 0,5 stəkan

Yumurtalar, şəkər tozu və vanilin şəkəri ilə mikser vasitəsi ilə yüksək sürətdə çalınır. Kərə yağı əridilir və soyumuş halda yumurtalı kütləyə əlavə olunur. Daha sonra portağalların suyu və sedrası əlavə olunur, kütlə yenidən çalınır. Un və qabartma tozunu birləşdirilib, kütləyə əlavə olunur. Xəmir sonuncu dəfə qarışdırılır. Keks üçün bişirmə qabının dibi yağlanır və xəmir qaba boşaldırılır. Keks 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur.
Qlazuru hazırlamaq üçün kiçik alovda qaymaq isidilir, və içinə dilimlənmiş şokolad əlavə olunur. Şokolad qaymaqda tam həll olunana kimi kütlə qarışdırılır. Hazır qlazur soyumuş keksin üzərinə süzülür.
 
Nuş olsun!
 





  1. B.Fereh | 30 yanvar 2017 15:26 | Status: Nəzarətçi | Şərh: 7 094
    Ölürəm portagalli keks ucun yum yum yum
  2. Əsmər1 | 30 yanvar 2017 12:00 | Status: VİP user | Şərh: 1 602
    Hazırlayacam məndə atım seçilmişlərə
  3. Hali | 21 fevral 2016 20:28 | Status: VİP user | Şərh: 496
    Mende edirem tez tez bu keksden çox dadli alinir
  4. Cicim İncim | 21 fevral 2016 15:21 | Status: Gümüş user | Şərh: 2 485
    Meyvəli keksləri sevirəm...Tez -tez hazırlayıram...
  5. dılay | 21 fevral 2016 15:00 | Status: Brilliant user | Şərh: 8 251
    Mende tez tez hazirlayiram uwaqlarim xowlayir twk...
  6. SEVDA | 21 fevral 2016 12:47 | Status: Nəzarətçi | Şərh: 17 537
    Çox dadlı olur...
  7. ESMERRi | 21 fevral 2016 12:27 | Status: Brilliant user | Şərh: 5 421
    Sitat: B.Fereh
    Peh peh...sabah sabah caynan ela geder. winked
  8. Ay_Sun | 21 fevral 2016 11:38 | Status: Redaktor | Şərh: 13 449
    Oluremde keks ucun.Amma heyif dietadayam recourse
  9. B.Fereh | 21 fevral 2016 10:36 | Status: Nəzarətçi | Şərh: 7 094
    Peh peh...sabah sabah caynan ela geder. winked
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.