Mətbəximiz / Quru yeməklər

Asan və tez başa gələn tavada hazılanan börək

guldeniz | 30-05-2017, 06:00
1 473 2

 

 

Tərkibi:

2 ədəd yuxa

İç üçün:
100 qram pendir
1/4 ədəd sucuq

Sous üçün:
3 ədəd yumurta
2 kiçik stəkan maye yağ
1 kiçik stəkan qatıq
1 kiçik stəkan süd
duz
su

Hazırlanması:
Sous üçün lazım olan materiallar hamısı qarışdırılır və çırpılaraq sos hazırlanır.
Bundan sonra pendir əzilir. Sucuqlar incə – incə doğranılır.
Bunlar edildikdən sonra əzilən pendir və incə – incə doğranılmış sucuq bir – birinə qarışdırılır.
Bir tava götürülür və içərisi yağlanılır.
Yuxalardan bir dənəsi götürülür, tavanın içərisinə sərilir. Yuxanın kənarları tavadan kənara çıxır.
Galan ikinci yuxanın yarısı kəsilib ayrılır, tavanın içərisinə qoyulur.
Bundan sonra əvvəlcədən hazırlanan sosun bir hissəsi tavanın içərisindəki yuxaların üzərinə əlavə edilir. Yuxaların sosu canına çəkməsi üçün biraz gözlədilir.
Bundan sonra içlik üçün hazırladığımız pendir və sucuq qarışığı soslu yuxanın içərisinə bərabər şəkildə yayılır.
Qalan yuxa parçası ilə içliyin üzəri örtülür. Qalan sosun bir hissəsi də buraya əlavə edilir.
Tavanın kənarlarından çıxan yuxa parçaları ilə bunlar yaxşıca sarılır. Bundan sonra qalan sosun hamısı da börəyin üzərinə sürtülür.
Tavanın qapağı örtülür. Tava vam odda ocağın üzərinə qoyulur. Burada tava börəyi vam odda bişməyə başlanır.
Arada bir altının qızarıb – qızarmadığını kontrol etmək lazımdır.
Tava börəyi alt hissəsi qızardıqdan sonra bir tabaq vasitəsi ilə tərs çevrilir. Tava börəyi digər üzü də bu sayədə bişib qızarır.
Bundan sonra tava börəyini süfrəyə vermək olar.

 
Qeyd:
Tava börəyi hazırlayarkən hazır yuxa istifadə etmək olar. Bu börəyin hazırlanmasısını həm asanlaşdırar, həm də sürətləndirər.
Asanlıqla hazırlayacağınız tava börəyi, süfrələrinizi bəzəməklə, qonaqlarınızın və uşaqların da xoşuna gələcək.




Börəyin bir çox üsulla hazırlanmasına baxmayaraq, bu börək növü xusisi ilə asan hazırlanması ilə diqqət çəkir.

info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.