Mətbəximiz / Xəmir yeməkləri

Zeytunlu Lent Boxçası

Ay_Sun | 29-01-2016, 09:00
13 908 9

 
Zeytunlu Lent Boxçası
 
Ərzaq
 
1 su stəkanı ilıq süd
1 su stəkanı ilıq su
1 su stəkanı duru yağ
2 yumurta ( Birinin sarısı üzərinə)
1 paket yaş maya
1 tutam duz
1 tutam toz şəkər
Aldığı qədər un
 
Arası üçün
1 kasa blendirdən keçirilmiş zeytun
 
Hazırlanması
 
Yoğurma qabına  maya ilıq su və toz şəkəri əlavə edilib  maya əriyənə qədər qarışdırılır. Daha sonra digər xəmir ərzaqları   əlavə  edlib və qulaq məməsi yumşaqlığında bir xəmir yoğurulur. Xəmir otaq istiliyində 1 saat mayalanması üçün gözlədilir.Bir saatın sonunda mayalanan xəmir  yumurta böyüklüyündə parçalara  bölünür və  dəzgahın üzərində uzununa açılıb  və yarım qisimlərini bıçaqla uzun zolaqlar halında kəsilir və  kəsilməyən hissəsinə zeytun əzməsi çəkilib və rullet bükülüb yarım ay şəkli verərək yağlanmış soba listinə yığılır.
 

 

 

 
Üzərlərinə yumurta sarısı sürtüb sumax  və çörək otu səpilir.Soba listində  15 dəqiqə daha saxladıqdan sonra  əvvəldən isidilmiş 200 dərəcəlik sobada üzərləri qızarana qədər bişirilir.
 

 
Nuş Olsun.

B.Fereh | 18 aprel 2016 23:57 | Status: Nəzarətçi | Şərh: 6 975
Secilmiwlerde saxladim:)
B.Fereh | 22 fevral 2016 11:10 | Status: Nəzarətçi | Şərh: 6 975
Tewekkurler.
Dəniz qızı | 30 yanvar 2016 17:47 | Status: Brilliant user | Şərh: 8 017
Nəsə mənlik olmadı.Yenə də əməyə hörmət.Aysun öldürəcək məni. recourse
Azeri gözəli | 30 yanvar 2016 02:54 | Status: Qonaq | Şərh: 0
Zeytin olmasa goresen başka ne goymag olar twk
SEVDA | 29 yanvar 2016 18:28 | Status: Nəzarətçi | Şərh: 17 439
Xəmirin reseptini götürdüm, tşk...
Real Madrid CF | 29 yanvar 2016 11:34 | Status: Qonaq | Şərh: 0
Tesekkurler resept ucun sirniyyat yemirem.
dılay | 29 yanvar 2016 11:26 | Status: Brilliant user | Şərh: 8 183
Men bunun wirin variantIn edirem twk..
B.Fereh | 29 yanvar 2016 10:48 | Status: Nəzarətçi | Şərh: 6 975
Maraqli reseptdi...atdim secilmiwlere!
BULUTUM | 29 yanvar 2016 09:06 | Status: Professional user | Şərh: 7 387
Ne gozel gorkemi var.Super dadida gozel olar.Tesekkurler.