Salatlar və qəlyanaltılar / Manşet

"Şaxta Baba" salatı- Fotoresept

Banu. | 31-12-2017, 09:00
2 533 6

 
 
Tərkibi:
1 balaca banka yaşıl noxud
200 q ət (qoyun ya da mal əti)
3 ədəd yumurta
3 ədəd kartof
2 ədəd yerkökü
2 balaca tutma xiyar
1 ədəd tər xiyar
keşniş, şüyüd, göy soğan
Duz
İstiot
Xama ya da mayonez (50-50 hər ikisini qarışdıra da bilərsiniz)

Hazırlanması:
Suya duz töküb əti bişiririk.
Soyuyandan sonra xırda doğrayırıq.
Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik.
Kartofu xırda dördkünc doğrayırıq.
Yerkökünü xırda dörd künc doğrayırıq.
Yumurtanı xırda dörd künc doğrayırıq.
Tutma xiyarı xırda dörd künc doğrayırıq. 
Tər xiyarı xırda dördkünc doğrayırıq.
Göyərtiləri xırda doğrayırıq.
Doğranmış ərzaqların hamısını bir qaba töküb qarışdırırıq.
Qarışığa duz və istiot səpib qarışdırırıq.
Xama ilə ya da mayonezlə qarışdırırıq.
Şəkildə gördüyünüz kimi  bəzəyirik.
 





  1. Ay_Sun | 17 yanvar 2016 14:32 | Status: Brilliant user | Şərh: 13 448
    Gozeldir beyendim tesekkurler.
  2. Əsmər1 | 1 yanvar 2016 00:40 | Status: VİP user | Şərh: 1 602
    Görnüşü pis deyil.Dadını deyə bilmərəm.
  3. milashka_167 | 31 dekabr 2015 22:34 | Status: VİP user | Şərh: 1 464
    Paytaxt salatinin reseptidi bu
  4. guldeniz | 31 dekabr 2015 20:24 | Status: Professional user | Şərh: 1 652
    tewekurler
  5. dılay | 31 dekabr 2015 11:53 | Status: Brilliant user | Şərh: 8 250
    Salatlarim artIq hazIrdIr. Bu da gozel gorsenir
  6. SEVDA | 31 dekabr 2015 09:48 | Status: Nəzarətçi | Şərh: 17 535
    Görünüşü yaxşıdır, tşk...
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.