Mətbəximiz / Tortlar

Napoleon tortunun orjinal resepti

guldeniz | 9-03-2016, 09:00
42 248 11
 

 

Xəmir üçün:

Un: 4 stəkan
Yumurta: 2 ədəd
Duz: 0,5 çay qaşığı
6%-li sirkə: 2 çay qaşıı
Su (ilıq): 1 stəkan
Kərə yağı: 500-600 qram
Yağ və yaymaq üçün əlavə un

Kremi üçün:
 
Qatılaşdırılmış süd: 1 banka
Kərə yağı: 200 qram
Vanil: 0,5 paket (təqribən 5 qram)

Qeyd:
 
Napoleon tortu üçün bişirilmiş kremdən də istifadə etmək mümkündür.

Layların arasına səpmək üçün:
Qoz ləpəsi,

Kremin hazırlanması:

Qatılaşdırılmış süd ilə yağlı krem.

Xəmiri hazırlamaq üçün:
 
Una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğurun.
Xəmirin üstünü örtüb 20-30 dəqiqə saxlayın.
Yağı iki hissəyə bölün.
Hər bir hissəsi 250 q olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 xörək qaşığı un töküb əlinizlə az əzib yayın.
Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açın.
Hər iki yuxanın ortasına hərəsinə 250 q əzdiyimiz yağı qoyun.
Hər iki xəmiri eyni qayda ilə hazırlayın.
Əzilmiş yağı yaydığınız yuxanın içinə qoyub zərf kimi bükün.
Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın.

1 dəfə:
Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb 4büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda saxlayın.

2 dəfə:
Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

3 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün, yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

4 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

5 dəfə:
Bir də xəmiri eyni qaydada yayıb bükün və yenə 10-15 dəqiqəlik soyuducuya qoyun.

6 dəfə:
Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayın.
Yayılmış yağlı xəmiri iki hissəyə bölün.
Hər bir xəmirin hissəsinin eni 23-24 sm uzunluğu isə 32-33 sm olacaq.
Bu qayda ilə ikinci xəmiri də yayıb yarıya bölün.
Qaba kağız sərib xəmiri qoyun.
Çəngəl ilə deşin.
Sobanı 200 dərəcədə qızdırın.
Xəmiri sobaya bişməyə qoyun.
Xəmir 15 dəqiqəyə bişəcək.
Bu qayda ilə qalan yayılmış yağlı xəmiri də bişirin.
Layların hər birinin üst və alt qırıntılarından bir az təmizləyin.
Yanlarını eyni ölçüdə az kəsib düzəldin.
Bir layı qoyub kremləyin.
Zövqə görə qoz doğrayıb tökün.
Qalan qatları da bu qayda ilə kremləyib qoz tökün.
Axırıncı layı qoyub üzünü və yanlarını kremləyin.
Topladığımız qırıntıları ovduqdan sonra üzünə və yanlarına səpin.
Zövqə görə üzərinə əlavə olaraq qoz qırıntıları da səpə bilərsiniz.
 
Nuş Olsun!
 


Əsmər1 | 29 may 2016 16:25 | Status: VİP user | Şərh: 1 584
Mən başkacür pişirirəm belə yox bu çətindi
Ay_Sun | 16 mart 2016 10:42 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: guldeniz
REdakte eden baciya tewekurler

Xosdur canim.
M.Aliyeva | 11 mart 2016 03:31 | Status: Gümüş user | Şərh: 1 970
Yeqin seher bawlasam gece biwirib qurtararam
Dəniz qızı | 10 mart 2016 21:25 | Status: Brilliant user | Şərh: 8 017
Nə çox yayılır vaxt yoxdu buna.
Cicim İncim | 10 mart 2016 01:05 | Status: Gümüş user | Şərh: 2 456
Mən Napaleonu döymə xəmirdən edirəm, arasına da qoz vurmuram...Resept isə uyğundur...
Təşəkkürlər...
Hali | 9 mart 2016 22:00 | Status: VİP user | Şərh: 484
Bu napalyon yox rijik tortuna oxwadi .napalyona qoz vurmurlar.resepti beyenmedim
SEVDA | 9 mart 2016 15:22 | Status: Nəzarətçi | Şərh: 17 439
Reseptə gőrə tşk...
ESMERRi | 9 mart 2016 12:48 | Status: Brilliant user | Şərh: 5 378
Təşəkkür gözəlim.
B.Fereh | 9 mart 2016 11:39 | Status: Nəzarətçi | Şərh: 6 975
Tortun xemirinin resepti qat qat xemirinin reseptiNe oxwayir.Napaleonun en yaxwi varianti xemire el vurmadan enli bicaqla doymekle alinir.Kremi de bir azca duru olmalidi deye,iki banka qatilawdirilmiw sud olsaydi yaxwi olardi.
dılay | 9 mart 2016 11:23 | Status: Brilliant user | Şərh: 8 183
Tewekkurler canim.
guldeniz | 9 mart 2016 09:24 | Status: Professional user | Şərh: 1 641
REdakte eden baciya tewekurler