Mətbəximiz / Tortlar

Ballı tortun ən asan hazırlanan resepti

afsanocka17 | 18-08-2017, 09:00
1 386 22
 


Təkibi:
Krem üçün:
2 qaynanmış banka qatılaşmış süd
300 q kərə yağı

Xəmir üçün:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

Hazırlanması:
Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.
Yumurta və şəkəri bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.
Sobanı 190C-dək qızdırın. İri listi yaxşıca yağlayın.
Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın.  
Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.
 




Nuş olsun!

  1. Gulnar2013 | 6 mart 2016 23:55 | Status: Qonaq | Şərh: 0
    Sitat: Yagis_Negmesi
    Hazirlayacam mutleq tesekkur edirem
  2. sema2017 | 26 fevral 2016 22:16 | Status: Qonaq | Şərh: 0
    ELA.COXXXX
  3. afsanocka17 | 24 dekabr 2015 02:52 | Status: Qonaq | Şərh: 0
    Sitat: NELLI222
    Bu gun oglumun ad gunu ıdı.Bısırdım eynı shekıldekı kımı .Dadı superdı.Elınıze saglıq.Agzınız shırın olsun.

    nuw olsun
  4. NELLI222 | 1 dekabr 2015 21:13 | Status: Qonaq | Şərh: 0
    Bu gun oglumun ad gunu ıdı.Bısırdım eynı shekıldekı kımı .Dadı superdı.Elınıze saglıq.Agzınız shırın olsun.
  5. Yagis_Negmesi | 30 noyabr 2015 14:21 | Status: Gümüş user | Şərh: 1 624
    Hazirlayacam mutleq tesekkur edirem
  6. nura1997 | 20 noyabr 2015 21:44 | Status: Qonaq | Şərh: 0
    ellernize saliq mutleq hazirlayacam
  7. Ay_Sun | 9 noyabr 2015 16:55 | Status: Redaktor | Şərh: 13 449
    Sitat: Əsmər1
    Brdim Təşəkkürlər
  8. SEVDA | 5 noyabr 2015 15:40 | Status: Nəzarətçi | Şərh: 17 537
    Prob edərəm, tşk...
  9. Əsmər1 | 5 noyabr 2015 00:01 | Status: VİP user | Şərh: 1 602
    Brdim Təşəkkürlər
  10. Deniz79 | 4 noyabr 2015 23:51 | Status: Qonaq | Şərh: 0
    saq olun resepte gore
  11. Gulumka | 4 noyabr 2015 21:49 | Status: Şərhçi | Şərh: 906
    Bunu da sınaqdan keçirərəm təşəkkürlər
  12. Nazlı_Kız | 4 noyabr 2015 18:41 | Status: Redaktor | Şərh: 6 479
    Resept üçün təşəkkürlər... 0140
  13. FLOVERandGİRL | 4 noyabr 2015 17:57 | Status: Professional user | Şərh: 3 256
    Yemişəm amma bal sevmirəm
  14. milashka_167 | 4 noyabr 2015 16:07 | Status: VİP user | Şərh: 1 464
    Sitat: Elcin sangu........
    cox gozel gorunusu var tortlari sevirem..hazirlayan olsaydi yeyerdim
  15. azeriii | 4 noyabr 2015 16:01 | Status: Qonaq | Şərh: 0
    tewekurler.cox qewnkdi
  16. Elcin sangu........ | 4 noyabr 2015 15:28 | Status: VİP user | Şərh: 634
    cox gozel gorunusu var tortlari sevirem..hazirlayan olsaydi yeyerdim
  17. Cicim İncim | 4 noyabr 2015 15:19 | Status: Gümüş user | Şərh: 2 485
    Təşəkkürlər ...
  18. gece-gunduz | 4 noyabr 2015 11:57 | Status: Gümüş user | Şərh: 1 727
    Çox sevirəm ancaq vaxt çox aparir
  19. Aytac98 | 4 noyabr 2015 11:39 | Status: Qonaq | Şərh: 0
    Təşəkkürlər reseptə görə...
  20. buxqalter | 4 noyabr 2015 11:27 | Status: VİP user | Şərh: 1 222
    Coxdandi balli tort hazirlamiram vaxt cox aparir deye.
  21. dılay | 4 noyabr 2015 10:30 | Status: Brilliant user | Şərh: 8 251
    Tewekkurler.
  22. ESMERRi | 4 noyabr 2015 09:06 | Status: Brilliant user | Şərh: 5 421
    Çox sevdiyim tortdu ballı tort .təşəkkür
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.