Mətbəximiz / Xəmir yeməkləri

"Tənbəl" mantısı (Fotoresept)

Banu. | 5-05-2019, 08:00
437 0



Tərkibi:
500 q un
130 q soyuq su
1,5 x.q. duz
1 kq sümüksüz qoyun əti
100 q quyruq
3 baş soğan
3 yerkökü
3 pomidor
1 ç.q. qara istiot
1 ç.q. zirə
2 x.q. bitki yağı

Hazırlanması:
Əti, quyruq ət maşınında çəkin.
Duz, istiot, döyülmüş zirə əlavə edib yoğurun, soyuducuda 20 dəqiqə saxlayın.
Un, su, duzdan bərk xəmir yoğurun. 2 yerə bölüb üzərinə qida plyonkası çəkin, 15 dəqiqə saxlayın.
Nazik yayın. Enli şəridlərə doğrayın. Şəridlərə bitki yağı çəkin. Hər şəridin üstünə iç yayın.
İkiyə qatlayıb kənarlarını (ağzını yox) bitişdirin.
Kənardan başlayaraq rulet kimi bükün, qıraqlarını yapışdırın.
Gül formasında mantı alınacaq. Hər mantının aşağısını bitki yağına batırın ki, bişən zaman yapışmasın, çıxarmaq asan olsun. Tərəvəzi xırda kub şəklində doğrayın, mantılların kənarlarına düzün.
Mantı qazanında 40-45 dəqiqə bişirin.

Bu xəbərləri də oxuyun:

Əhaliyə ŞAD XƏBƏR: Gözlənilən mühüm sərəncam-RƏSMİ

“50 yaşında dəhşətli ağrılardan ölürdüm, məni bu resept xilas etdi” – Pasiyent hekayəsi

 ŞAD xəbər: 3 gün hər şey pulsuz olacaq!

Beyləqanda 10 manatlıq fahişə arzusu ölümlə nəticələndi— ŞOK OLAY

Çiçəklənməsinin ən pik vaxtıdır: Yasəmən çiçəyini bankaya yığın , evdə olan bitki yağı əlavə edin-1001 dərdin dərmanı