Mətbəximiz / Dünya mətbəxi

İtalyansayağı badımcan döşəməsi

Banu. | 25-09-2015, 09:00
14 165 7
İtalyansayağı badımcan döşəməsi

Tərkibi:(6 pay)
3 badımcan
5-6 pomidor 
1 baş soğan 
8-10 ədəd yaşıl zeytun
40 qram kapers
50 ml zeytun yağı (15 q badımcan üçün, 35 q soğanı qovurmaq üçün)
40 q parmezan pendiri 
120-150 q motsarella pendiri 
1 çimdik quru göyərti (ədviyyat)
Duz (Zövqə görə)
4 diş sarımsaq 
Qara istiot 
25-30 ml balzamik sirkə 
1 x.q şəkər tozu 

Hazırlanması:
Badımcanları uzunasına doğrayın, 10-15 dəqiqə suda saxlayın, çıxarıb qurulayın. Siniyə düzün. Üstünə yağ gəzdirib sobada, 180 dərəcədə 30 dəqiqə bişirin. Qalan yağda xırda doğranmış soğanı, zeytunu, kapersləri qovurun, 5 dəqiqə sonra ədviyyat, quru göyərti, balzamik sirkə, şəkər tozu əlavə edin (yaxşı olar ki, bunları dadına baxa-baxa əlavə edəsiniz). Bir qədər sonra götürün. 
Pomidorları halqa doğrayın.
Motsarellanı halqa doğrayın.
Badımcanın üstünə pomidorları, soğanla tərəvəzləri, motsarellanı düzün. Üstünə parmezan səpin. Sobada 10-12 dəqiqə bişirin.

Nuş olsun!

Ay_Sun | 4 oktyabr 2015 13:37 | Status: Brilliant user | Şərh: 13 408
Men etmisem cox dadli olur tesekkurler.
gece-gunduz | 25 sentyabr 2015 21:20 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Cicim İncim
Dadlı görünür 0110 Təşəkkürlər
Elcin sangu........ | 25 sentyabr 2015 15:58 | Status: VİP user | Şərh: 631
Sitat: Resube
Sitat: Əsmər1
Badımcanı çox sevvirəmmm çooxxx

Mən de

mende cox sevirem
Cicim İncim | 25 sentyabr 2015 13:54 | Status: Gümüş user | Şərh: 2 456
Dadlı görünür 0110 Təşəkkürlər
Resube | 25 sentyabr 2015 10:13 | Status: VİP user | Şərh: 394
Sitat: Əsmər1
Badımcanı çox sevvirəmmm çooxxx

Mən de
SELENA_ | 25 sentyabr 2015 10:05 | Status: Qonaq | Şərh: 0
BADIMCANI COX COX SEVIREM
SUPERDI YAA BU HAZIRLASAYDIZ YEYERDIK 0115
Əsmər1 | 25 sentyabr 2015 09:08 | Status: VİP user | Şərh: 1 584
Badımcanı çox sevvirəmmm çooxxx