Mətbəximiz / Konservləşdirilmiş məhsullar

Bişirilmədən hazırlanan moruq mürəbbəsi

SEVDA | 25-07-2015, 09:00
15 183 15


Moruq çox faydalı giləmeyvədir. Moruq əsl təbii dərmandır.

Giləmeyvənin bütün faydalı xüsusiyyətlərini uzun müddət ərzində saxlamaq üçün aşağıdakı moruq mürəbbəsi reseptindən istifadə edin.

Lazım olan məhsullar:

- moruq - 1 kq

- şəkər tozu - 2 kq (2 kq moruq üçün 4 kq, 3 kq moruq üçün - 6 şəkər şəkər tozu və s. götürülür).

Hazırlanması:

1. Mürəbbə üçün yalnız dəymiş zədələnməmiş giləmeyvələr istifadə olunur.

2. Moruğu diqqətlə təmizləyin, süzgəcə yığıb soyuq axar suyun altında yaxşı yuyun və süzgəcdə saxlayın ki, artıq su axsın.

3. Daha sonra moruğu dərin minalanmış ləyənə tökün və taxta həvənglə yaxşı-yaxşı əzin.

4. Ləyənə şəkər tozunun 1/4 hissəsini tökün və yaxşı qarışdırıb 30 dəqiqə saxlayın. Bunu bir neçə dəfə şəkər tozu qurtarana kimi təkrarlayın. Şəkər tozu mürəbbəyə hissə-hissə əlavə olunduqda daha tez və yaxşı əriyir.

5. Mürəbbəni ev temperaturunda bir neçə saat ərzində saxlayın ki, şəkər tozu tamam həll olunsun.

6. Bankaları yaxşı yuyun və buxarın üzərində sterilizasiya edin və ya soyuq sobaya qoyub temperaturunu 100 C qoyun ki, bankalar qurusun və sterilizasiya olunsun. Qapaqları 10 dəqiqə ərzində suda qaynadın.

7. Hazır mürəbbəni təmiz bankalara yığın və qapaqlarla kip bağlayın.

8. Mürəbbəni sərin yerdə saxlamaq lazımdır (yayda soyuducuda, daha soyuq mövsümlərdə açıq balkonda saxlamaq olar).

Nuş olsun!

Yagis_Negmesi | 25 noyabr 2015 23:33 | Status: Gümüş user | Şərh: 1 614
etmemiwem bele bilmirem dadi nece olur
SEVA | 27 iyul 2015 23:54 | Status: Professional user | Şərh: 5 150
Sitat: Ay_Sun
Sitat: BULUTUM
Men artiq uzun illerdi ki,bele edirem.vitaminli olur bele.qaragat vabwe super olur.tewekkurler
Guler_İsmayılova | 27 iyul 2015 13:32 | Status: Şərhçi | Şərh: 322
2 qat weker tozu cox olmazmi? Anam kiloya kilo tokur, ve coox lezzetlidi.
Ardicilliqla bawa salaraq yazdiginiz ucun de tewekkurler
Ay_Sun | 27 iyul 2015 01:01 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: BULUTUM
Men artiq uzun illerdi ki,bele edirem.vitaminli olur bele.qaragat vabwe super olur.tewekkurler
Ekberli Nermin | 26 iyul 2015 00:03 | Status: Şərhçi | Şərh: 305
He bunu bilirem cox dadli olur amma gerek bu mutleq serin yerde olsun yoxsa tez qicqirir.
BULUTUM | 25 iyul 2015 23:53 | Status: Professional user | Şərh: 7 387
Men artiq uzun illerdi ki,bele edirem.vitaminli olur bele.qaragat vabwe super olur.tewekkurler
Gulumka | 25 iyul 2015 21:16 | Status: Şərhçi | Şərh: 904
Heç hazırlamamışam gərək bu il edim təşəkkürlər!
SEVDA | 25 iyul 2015 18:53 | Status: Nəzarətçi | Şərh: 17 439
Girl redakteye göre twk...
Nurus. | 25 iyul 2015 17:48 | Status: Brilliant user | Şərh: 6 982
Bundan bizde hazirlamişiq..Biz masindan kecirib, pesok əlavə etdik ustune..3 gun ərzundə gundə tez- tez qarisdurdiqki,pesoku ozune ceksin..Sonrada yugdiq bankalara agzinida bagladiq..
Girl | 25 iyul 2015 17:35 | Status: Professional user | Şərh: 8 206
Gərək mamaya göstərim bu resepti :) Bir bu mürəbbəbi xşlayıram birdəki çiyələk mürəbbəsini.. 0115 Sevyom ya çileği 0144
Nagizade.Leyla | 25 iyul 2015 15:38 | Status: VİP user | Şərh: 1 321
Men murebbesini bisirdim bunu da eleyecem
boris arxan | 25 iyul 2015 13:55 | Status: Professional user | Şərh: 4 784
Sitat: perishka2
Ağzını dəmir qapaqla bağlayaq?

rezin qapaqla
Dəniz qızı | 25 iyul 2015 12:44 | Status: Brilliant user | Şərh: 8 017
Ağzını dəmir qapaqla bağlayaq?
Aytekin82 | 25 iyul 2015 10:31 | Status: Brilliant user | Şərh: 6 587
Mən elemişem, moruq da, qarağat daa
Qışda yeri var 0140
Real Madrid CF | 25 iyul 2015 09:06 | Status: Qonaq | Şərh: 0
men murebbe yemirem umumiyetle bizim evde murebbe az yeyilir herden bir...