Mətbəximiz / Dünya mətbəxi

Tavada hazırlanan "gül" börəyi

Aytekin82 | 6-07-2015, 09:00
17 374 17


 Türk mətbəxinin  ən çox yayılmış yeməyi olan  ən ləzzətli tavada hazırlanan "gül"  börəyinin reseptini AzadQadın.az  sizlərə təqdim edir! 
Börek reseptləri  arasında ən çox hazırlanan  yemək  biri olan bu böreyi  böyük bir keflə hazırlamanız və sevdikləriniz ilə birlikdə nuşla yeməniz diləyiylə!

Lazım olan vəsaitlər:
2 ədəd  yumurta
1 st maye yağ
3 ədəd hazır yuxa
1,5  st. süd
100 qram qiymə
1 ədəd  quru soğan
Zövqə görə göyərti
Duz və istiot

Hazırlanması:
Soğan ət maşınından keçirilir və qıymə ilə qarışdırılır.
Duz və istiot vurulur. 
Yumurta, süd, maye yağ bir yerdə çalınır və sous hazırlanır.
Bir yuxa  ikiyə bölünür.
Yarım yuxanın  yarısına sous  gəzdirilir və digər yarısı üçbucaq şəklində üstünə örtülür.  Yenə sous gəzdirilir. Geniş tərəfinə içlik qoyulur və rulet formasında bükülür . Ruletin özü də  yumru şəkildə (gül) fırladılır və tavaya düzülür. Digər yuxalar da eyni qayda ilə hazırlanır və tavaya düzülür.Qalan sous yuxaların üzərinə tökülür və vam odda bişirilir. 
Hazır börəyi qaba qoymaq üçün qab tavanın ağzına qoyulur və tava çevrilir.
Börəyimiz hazırdır.
 Nuş olsun!


B.Fereh | 23 aprel 2016 10:12 | Status: Nəzarətçi | Şərh: 6 975
boreyi duxovkada edirem hemiwe.Bele de prob ederem.Twk
Konulcik | 18 iyul 2015 02:21 | Status: Qonaq | Şərh: 0
Hazirlayib baxaram,dadli bir seye oxsuyur
Dəniz qızı | 8 iyul 2015 16:49 | Status: Brilliant user | Şərh: 8 017
Börəyin hər cürəsini sevirəm.
Ay_Sun | 8 iyul 2015 13:29 | Status: Brilliant user | Şərh: 13 408
Ela asandir,tesekkurler bacim.
miss xərçəng | 7 iyul 2015 23:29 | Status: Şərhçi | Şərh: 437
Əla resepdir təşəkkürlər...
Narin-Ulker | 7 iyul 2015 04:08 | Status: Gümüş user | Şərh: 2 748
Hemişe tufovkada bişirmişem amma qazin ustunde yox hazirliyib baxaram teşekkurler
Nilay | 7 iyul 2015 00:28 | Status: Qonaq | Şərh: 0
twk maraqli idi hazirlayan olsa yeyerem ..ozumun keyfim yoxdu
SABINA | 6 iyul 2015 22:49 | Status: Professional user | Şərh: 7 410
Bu çox gözel resepdi.Amma hazir olduqda gorunusu daha da gozel olur.Redaktedekinden de gozel
Guler_İsmayılova | 6 iyul 2015 21:22 | Status: Şərhçi | Şərh: 322
Men bu gün içliyi kesmik şkolad olan piroq eledim, suuuper resept idi. Bunu da elecem mutleq
Billurə | 6 iyul 2015 18:03 | Status: Professional user | Şərh: 4 892
Aytekin bacının bütün reseptlərini yoxlayacam inşallah, gələn aydan etibarən))
Mən həqiqətəən inanıram ki, sizin bişirdiyiniz hər bir yeməyin , şirniyyatın dadı əla olur. Dadmasamda buna əminəm. Və rahatlıqlada bişşirməyə hazıram. Ürəyimdə şübhə olmadan..
Lumia | 6 iyul 2015 17:06 | Status: Professional user | Şərh: 5 378
Men tez-tez edirem borek amma hazir qat-qat xemirden.Tesekkurler Aykam agzimin suyu axdi tokuldu)))Aydanimdan ele de vaxt tapmiram bele seyler hazirlamaga indi,ne tapdim onu da yeyirem)))
birdane | 6 iyul 2015 16:38 | Status: Professional user | Şərh: 3 726
tesekkurler
SEVA | 6 iyul 2015 16:20 | Status: Professional user | Şərh: 5 150
nyam nyam lap istedim bunun yaninda ayranida ola olar vapse super
Nagizade.Leyla | 6 iyul 2015 15:42 | Status: VİP user | Şərh: 1 321
Təşəkkürler...
NurRuslan | 6 iyul 2015 12:24 | Status: Şərhçi | Şərh: 376
Sitat: gül həyat
Dadlı reseptlərinüçün çox sağ ol Aytəkin.Sade reseptlərdi,
gül həyat | 6 iyul 2015 11:43 | Status: VİP user | Şərh: 548
Dadlı reseptlərinüçün çox sağ ol Aytəkin.Sade reseptlərdi,çoxun hazırlayıram.Ferqli dadlar üçün Ellərinə sağlıq 0109
SEVDA | 6 iyul 2015 09:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Reseptçün twk....