Mətbəximiz / Kompot, kokteyllər

Yay aylarının bürkülü havasından bu reseptlə xilas olun!

Gülçin | 20-06-2015, 13:30
13 839 11
Yay  aylarının bürkülü havasından bu  reseptlə  xilas  olun!



Daha çox yayda seçim edilən limonad, istidən bunaldığımız vəziyyətlərdə imdadımıza yetişən, istehlak seçimi olaraq ilk sırada yer alan bir içkidir ...
Limonad tərkibindəki C vitamini sayəsində digər qazlı içkilərə görə qida dəyəri yüksəkdir. Buna görə limonadı təzə sıxılmış limonun suyu ilə hazırlamanız lazımdır. Vitamin itkisini önləmək üçün də hazırlanan limonadalar çox gözlədilmədən qısa müddətdə istehlak edilməlidir.
Əgər siz də yay aylarının bürkülü istisi ilə necə başa çıxacağam deyirsinizsə, bu resept tam sizə görə!

Tərkibi:

1 kilo limon,
1 kilo portağal,
1 kilo toz şəkər,
12-13 su stəkanı su,
Bir neçə budaq təzə nanə.
Hazırlanması:

Limon və portağallar yuyulduqdan sonra soyuducunun dondurucu hissəsində bir gecə gözlədilir. Donu (buzu) açılmadan limon və portağallar rəndələnir. Rondaya alınaraq üstünə şəkər əlavə edilir və krem konsistensiyasına gələnə qədər rondoda çəkilir. Geniş bir qaba alınaraq su əlavəsi edilir. Süzgəcdən dolçaya süzülür. Hissəcik qalmamasına diqqət göstərilir. Nanə ilə bəzənərək servis edilir.

Nuş olsun ...




Yagis_Negmesi | 28 noyabr 2015 13:59 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: SEVDA
Tewekkürler...
Nagizade.Leyla | 21 iyun 2015 19:22 | Status: VİP user | Şərh: 1 321
TeTəşəkkürler..
boris arxan | 21 iyun 2015 00:36 | Status: Professional user | Şərh: 4 784
ellerinize saqliq hazirlayiram bele ickiler
SEVDA | 21 iyun 2015 00:05 | Status: Nəzarətçi | Şərh: 17 439
Tewekkürler...
SABINA | 20 iyun 2015 23:40 | Status: Professional user | Şərh: 7 410
Sitat: Gülçin-70
Sitat: CUCI
Gulçin xanim,iki kilo sitrus meyvenin qabigi aciliq vermezmi ickiye?şəkəri bes edermi?

Əla alınır, Cucim, love heç bir şübhən olmasın.

Eger siz deyirsizse hec bir prablem yoxdur 0109
buna benzer resept de mende var.gerek xeber hazirlayam love
miss xərçəng | 20 iyun 2015 21:40 | Status: Şərhçi | Şərh: 437
Təşəkkürlər
gül həyat | 20 iyun 2015 16:53 | Status: VİP user | Şərh: 548
Sitat: Ay_Sun
Hazirlamaga deyer,tesekkur xalam.

Məncədə əla olar.
Gülçin | 20 iyun 2015 16:50 | Status: Brilliant user | Şərh: 6 780
Sitat: CUCI
Gulçin xanim,iki kilo sitrus meyvenin qabigi aciliq vermezmi ickiye?şəkəri bes edermi?

Əla alınır, Cucim, love heç bir şübhən olmasın.
Ay_Sun | 20 iyun 2015 16:40 | Status: Brilliant user | Şərh: 13 408
Hazirlamaga deyer,tesekkur xalam.
SABINA | 20 iyun 2015 13:54 | Status: Professional user | Şərh: 7 410
Gulçin xanim,iki kilo sitrus meyvenin qabigi aciliq vermezmi ickiye?şəkəri bes edermi? 0124
Real Madrid CF | 20 iyun 2015 13:42 | Status: Qonaq | Şərh: 0
Tesekkurler amma bele ickilerden icmirem.