Mətbəximiz / Quru yeməklər

Sobada tərəvəzli Kotlet

Ay_Sun | 11-07-2015, 09:00
3 491 17

 
Ərzaq
 
5 ədəd orta boy kartof
500 qr. qoyun farşı
3 ədəd acı  bibər
3 ədəd pomidor
1 yemək qaşığı tomat pastası
3 yemək qaşığı maye yağ
 
Farş üçün üçün
 
1 yumurta sarısı
2 dilim köhnə çörək içi
1 ədəd orta boy soğan (istəyə görə soğan ilə birlikdə 1 diş əzilmiş sarımsaqda əlavə edilə bilər)
1 çay qaşığı kəkotu
1 çay qaşığı duz
Bir az kişniş və cəfəri
 
Hazırlanması
 
Kartof yumru dilimlər halında kəsilir və soba nimçəsinə  düzülür. Daha sonra ayrı bir qaba rəndələnmiş soğan çörək içi yumurta sarısı və 500 qr. farş əlavə  edilib yaxşıca qarışdırılır.Kəklikotu, duz və incə doğranmış kişniş və cəfəri əlavə edilib  yaxşıca yoğrulur. Daha sonra hazır farş yumru küftə halına salınır.Hazırlanan yumru yastı küftələr kartofun üzərinə yerləşdirilir. Yumru doğranmış pomidor və uzun uzun kəsilmiş bibərlər də köftələrin üzərinə yerləşdirilir.Son olaraq da ayrı bir qabda pomidor pastası 1,5 stəkan isti suda əzilib yaxşıca əridilər içinə maye yağ və bir az  duz əlavə olunaraq boşqabın üzərinə hər yerə bərabər gələcək şəkildə sous tökülür və əvvəldən isidilmiş 180 dərəcəlik sobada yaxşıca bişirilir.
 
Nuş Olsun!

B.Fereh | 27 fevral 2016 20:37 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: dılay
atdim secilmiwlere
dılay | 27 fevral 2016 20:27 | Status: Brilliant user | Şərh: 8 183
atdim secilmiwlere
Real Madrid CF | 19 iyul 2015 08:06 | Status: Qonaq | Şərh: 0
Twk Aysunum amma men bele yemekler yemirem.
SEVDA | 13 iyul 2015 23:33 | Status: Nəzarətçi | Şərh: 17 439
Tewekkürler...
Ay_Sun | 12 iyul 2015 00:28 | Status: Brilliant user | Şərh: 13 408
Beyenib serh yazan her kese cox tesekkur edirem 0109
Narin-Ulker | 11 iyul 2015 21:08 | Status: Gümüş user | Şərh: 2 748
Sitat: Meley...
baxanda ele bildim aytekin xanim hazrlayib
tesekkur aysun baci bisireriy

Məndə əllərinizə saqliq
Gülçin | 11 iyul 2015 20:00 | Status: Brilliant user | Şərh: 6 780
Əllərinə sağlıq, canım. Atdım seçilmişlərimə.
gül həyat | 11 iyul 2015 15:21 | Status: VİP user | Şərh: 548
AYSUN Bacım əllərinə sağlıq,gözel görünüşü var
boris arxan | 11 iyul 2015 15:02 | Status: Professional user | Şərh: 4 784
Sitat: Nagizade.Leyla
Görünüşü qəşəngdir dadi da yaxsi olar
Guler_İsmayılova | 11 iyul 2015 13:07 | Status: Şərhçi | Şərh: 322
Cox eladi, istahim acildi. Anam buna hem de badimcan elave edir
Meley... | 11 iyul 2015 13:01 | Status: VİP user | Şərh: 696
baxanda ele bildim aytekin xanim hazrlayib
tesekkur aysun baci bisireriy
Nagizade.Leyla | 11 iyul 2015 11:35 | Status: VİP user | Şərh: 1 321
Görünüşü qəşəngdir dadi da yaxsi olar
SEVA | 11 iyul 2015 11:15 | Status: Professional user | Şərh: 5 150
mende bele bisirirem lezzetli olur tesekkurler Aysuncum
MasumAşk | 11 iyul 2015 10:18 | Status: Şərhçi | Şərh: 241
Ləzzətli görünür axşama mütləq hazırlayacam
əllərinizə sağlıq 0109
Aytekin82 | 11 iyul 2015 10:05 | Status: Brilliant user | Şərh: 6 587
Mən də dünən eləmişdim. Kartofları düzdüm, aralarına kotletləri, üstünə ayrıca kabab elədiyim badımcan (4 yerə bölünmüş) biber, pomidor...
Çox ləzzətli yay yeməyi alınır.
Əllərinə sağlıq, qadası 0140
NurRuslan | 11 iyul 2015 09:12 | Status: Şərhçi | Şərh: 376
Cox iştah acan görünür. Ay_Sun xanim tewekkur edirem