Mətbəximiz / Tortlar

"8 mart" tortu

Banu. | 8-03-2017, 08:59
5 746 7
"8 mart" tortu


Tərkibi:

xəmir üçün:
5 x.q. un
5 x.q. şəkər tozu
3 yumurta

krem üçün:
170 q kərə yağı
90 q şəkər pudrası
70 q qatılaşdırılmış süd
kakao tozu
qida boyaları

sirop üçün:
80 ml su
4 x.q. şəkər tozu
1 ç.q. ağ desert şərabı


Hazırlanma qaydası:

Əvvəlcə sobanı 180 dərəcə qızdırın. Düzbucaqlı sinini azca əridilmiş kərə yağıyla yaxşıca yağlayın, üzərinə un səpin. Unun artığını sinini üzüaşağı tutmaqla boşaldın.

Unu ələyin. Bir ləyənçədə yumurtaları şəkər tozu ilə mikserlə çalın. Şəkər tozu tam əriyincə və kütlənin həcmi təxminən 2,5 dəfə artınca çalın. Ehtiyatla unu əlavə edib tez qarışdırın.
Xəmiri hazırladığınız siniyə tökün. 30-35 dəqiqə, qızılı rəng alanadək bişirin. Bişən zaman sobanın ağzını açmayın, yoxsa biskvit yaprıxar. Hazır biskviti əvvəlcə sinidə soyudun, sonra çıxarıb çevrilmiş ələyin, yaxud dəmir şəbəkənin (adətən, sobanın içində olur) üzərinə qoyub quruması üçün bir gecə saxlayın.

Sirop üçün tavaya su və şəkər tozu tökün, qaynara düşənədək qarışdırın, şəkər əriməlidir. Hazır siropun ağzını örtüb soyudun, sonra şərab əlavə edib qarışdırın.

Qurumuş biskviti hər tərəfdən iti bıçaqla kəsib düzbucaqlı forma verin. Çox iti bıçaqla eninə üç korja bölün. Artıqları xırdalayın və tavada qızılı rəng alanadək qovurun.
Siropu biskvitə hopdurun.

Krem üçün mikserlə yağla şəkər pudrasını çalın. Qatılaşdırılmış süd əlavə edib yenə çalın. İki hissəyə bölün. Bir hissədən 2 x.q. ayırıb kənara qoyun. O biri hissəni kakao tozu ilə qarışdırın. Ayırdığınız 2 qaşıq kremi isə qida boyaları ilə qarışdırın: birini qırmızı, o birini yaşıl rənglə, beləliklə, 4 rəngdə krem alınacaq: ağ, qəhvəyi (şokoladlı), qırmızı və yaşıl.

Korjların arasına ağ krem çəkib üst-üstə yığın. Kənarlarına şokoladlı krem çəkin və qovurduğunuz biskvit qırıntılarını səpin. Ortasına zolaq-zolaq şokoladlı krem çəkin (bunun üçün xüsusi konditer şprisi ucluğundan istifadə edin), yaşıl kremlə yarpaq, qırmızı kremlə gül çəkin, ara-bərədə isə sukatları yerləşdirin. Vəssalam! Tort hazırdır!

Nuş olsun!

  1. Wiyinn | 13 mart 2016 22:17 | Status: VİP user | Şərh: 900
    gozeldi nus olsun
  2. Dəniz qızı | 10 mart 2016 07:59 | Status: Brilliant user | Şərh: 8 099
    Tortlar yaralı yerimdi..
  3. ESMERRi | 8 mart 2016 20:09 | Status: Brilliant user | Şərh: 5 421
    Sitat: B.Fereh
    Tewekkurler,Banu xanim.
  4. SEVDA | 8 mart 2016 17:09 | Status: Nəzarətçi | Şərh: 17 537
    Reseptə gőrə tşk..
  5. dılay | 8 mart 2016 12:35 | Status: Brilliant user | Şərh: 8 251
    Tewekkurler
  6. BULUTUM | 8 mart 2016 11:18 | Status: Professional user | Şərh: 7 429
    TESEKKURLERR
  7. B.Fereh | 8 mart 2016 10:34 | Status: Nəzarətçi | Şərh: 7 094
    Tewekkurler,Banu xanim.
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.