Mətbəximiz / Xəmir yeməkləri

Şaxta Baba Çörəyi (foto resept)

Nurlana Həbibova | 22-12-2014, 06:00
8 535 26


Ərzaqlar:
250qr süd
10qr şəkər
25qr yaş maya
700qr un
2 yumurta
100qr zeytun yağı
20qr duz

50qr əridilmiş marqarin
1 çəyirdəyi çıxardılmış qara zeytun

2 yumurta sarısı
Qırmızı qida boyası

Hazırlanması:

Südü 1 dəqiqə 37c 1 Sürətdə qızdırın
Şəkər və maya əlavə edib 10 saniyə 4 Sürət qarışdırın
Ələnmiş un, yağ, duz və yumurtaları əlavə edib 5 dəqiqə yoğurun
Dərin bir qaba alıb üzərini streç klokla örtərək 1,5 - 2 saat mayalanmaya buraxın.
Yağlı kağızı soba qabı ölçüsündə kəsin.
Mayalanan xəmiri iki bərabər hissəyə bölün.
1-ci hissə yağlı kağız üzərində oxlovla sanki uzadılmış bir üçbucaq şəklində ucları yüngül dairəvi olaraq şəkildəki kimi açın.



Üzərinə fırçayla ərimiş marqarin sürtün.
Saqqalları etmək üçün 2-ci hissənin yarısını rəsmdəki kimi açın.


Şaxta Baba Çörəyi (foto resept)


Qayçı və ya kəskin bir bıçaqla yuxarıdan 1sm pay qoyaraq şəkildəki kimi zolaqlar halında kəsin.




Saqqalı Şaxta Babanın sifəti üzərinə yerləşdirin. Saqqalların bəzisini sağa bəzisini sola doğru döndərərək əyin. Saqqalların uclarını yuxarı doğru yüngül əyin. Üzərinə əridilmiş yağ sürtün.



Artan xəmirlə Şaxta Babanın bığlarını, burnunu, şlyapasının zolağını və pomponunu edin.
Şlyapanın zolağını yerləşdirib yanlardan alta doğru bükün.

Bığları etmək üçün bir parça xəmir götürüb uyğun ölçülərdə açdıqdan sonra zolaqlar halında kəsin.




Bığları saqqalların dərhal üst hissəsi üzərinə yerləşdirin.
Saqqallarıda olduğu kimi sağa və ya sola döndərərək əyin. Bığ və saqqallar üzərinə bir az da ərimiş marqarin sürtün.
Şlyapa zolağının üzərində qalan xəmiri yana doğru bükün. İki parça xəmiri düzgün şəkildə yuvarlayaraq burnunu və şlyapasının pomponunu düzəldin.




Çəyirdəyi çıxardılmış qara zeytunu ikiyə bölüb gözlərini edin.




1-ci yumurta sarısını bir az çalıb Şaxta Babanın üstünə sürtün.
2-ci yumurta sarısını qırmızı boya ilə çalın, bir az burnuna və geri qalanını pompondan başqa şlyapasına sürtün. (İstəsəniz daha rahat işləmək üçün şlyapasının pomponunu kənara alın, şlyapanı boyadıqdan sonra geri qoyun)





Əvvəlcədən 200ºC qızdırılmış sobada 10 dəqiqə bişirin.
Üzərini yağlı kağızla örtün və 180ºC də endirərək 20 dəqiqə daha bişirin.
Yağlı kağızı qaldırıb 5- 10 dəqiqə daha bişirin.




Nuş olsun!

dılay | 15 mart 2016 22:15 | Status: Brilliant user | Şərh: 8 182
Maraqlidi hazirlamaq olar
ESMERRi | 26 noyabr 2015 23:50 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Yagis_Negmesi
beyendim ela alinib biraz vaxt teleb eliyen reseptdir
Yagis_Negmesi | 25 noyabr 2015 23:14 | Status: Gümüş user | Şərh: 1 614
beyendim ela alinib biraz vaxt teleb eliyen reseptdir
ELIYEVA JASMIN | 26 sentyabr 2015 19:42 | Status: Qonaq | Şərh: 0
Beyendım 0140 əla alınıb
Sunay Elizade | 20 may 2015 13:35 | Status: Gümüş user | Şərh: 2 156
ela alinib beyendim
Səmka Səmashka | 28 mart 2015 22:28 | Status: Qonaq | Şərh: 0
Eladiki bu.cox gozel ideyadil
AYXAN HEC KIM | 11 mart 2015 14:15 | Status: Şərhçi | Şərh: 231
Sitat: ayka wirinka
aaa ne hozel alinib

wink
my life is music | 5 fevral 2015 15:16 | Status: Gümüş user | Şərh: 736
agziniza gelei yazmiyin brda
Konul_1980 | 25 dekabr 2014 16:30 | Status: Şərhçi | Şərh: 245
AYALLAH NE GESENGDIR! TESEKUR EDIREM.
ayka wirinka | 24 dekabr 2014 06:18 | Status: Şərhçi | Şərh: 233
aaa ne hozel alinib
Nurlana Həbibova | 23 dekabr 2014 15:56 | Status: Professional user | Şərh: 102
sizlər sağolun xoşdu 0109
Ay_Sun | 23 dekabr 2014 10:26 | Status: Brilliant user | Şərh: 13 407
Bilirdim,tesekkurler.
SABINA | 23 dekabr 2014 08:16 | Status: Professional user | Şərh: 7 410
beyendim tesekkurler
mamasinin ureyi | 22 dekabr 2014 21:16 | Status: Professional user | Şərh: 1 112
Coox maraqlidi elinize saqliq
SEVDA | 22 dekabr 2014 15:15 | Status: Nəzarətçi | Şərh: 17 437
Ne maraqlı çörekdir....twk....
Nazlı_Kız | 22 dekabr 2014 14:24 | Status: Brilliant user | Şərh: 6 472
Bəh bəh əllərinə salıq canım winked
A.Amid | 22 dekabr 2014 13:19 | Status: Şərhçi | Şərh: 112
Əla:)Maraqlı görünüşü var:)
SEVA | 22 dekabr 2014 12:50 | Status: Professional user | Şərh: 5 150
men coreyi ozum bisirirem alinmalari yeye bilmirem bunu ederem usaqlara maraqli olar cox tesekkurler
Ag Gul | 22 dekabr 2014 11:35 | Status: Professional user | Şərh: 4 333
Sitat: gulcin70
Çox maraqlı görünüşü var. Təşəkkürlər, paylaşdığınız üçün.
SARAXATUN | 22 dekabr 2014 10:18 | Status: Professional user | Şərh: 1 528
Maraqlidi hazirlamaq olar
Nara88 | 22 dekabr 2014 08:44 | Status: Professional user | Şərh: 4 252
tesekkurler
Gülçin | 22 dekabr 2014 08:16 | Status: Brilliant user | Şərh: 6 778
Çox maraqlı görünüşü var. Təşəkkürlər, paylaşdığınız üçün.
boris arxan | 22 dekabr 2014 07:18 | Status: Professional user | Şərh: 4 783
cox qeweng tewekkurler
BULUTUM | 22 dekabr 2014 06:49 | Status: Professional user | Şərh: 7 386
Maraqlidi twk
Aynur_Mezahirli | 22 dekabr 2014 06:44 | Status: Qonaq | Şərh: 0
Maraqlıdı, oğlum gördü gülməyi gəldi. wink təşəkkür.
ada.. | 22 dekabr 2014 06:25 | Status: Qonaq | Şərh: 0
Ela........----