Mətbəximiz / Tortlar
Adele tortu.
gunes batarken | 4-06-2013, 09:00
10 360 61
Tərkibi:
* 6 yumurta
* 7 yemək qaşığı un
* 7 yemək qaşığı şəkər tozu
* 1 çay qaşığı qabartma tozu
Krem üçün:
* Yarım su stəkanı un
* 2,5 su stəkanı süd
* 1 paket vanil
* 1 yemək qaşığı nişasta
* 1 yemək qaşığı marqarin
* Yarım su stəkanı şəkər tozu
* 1 yemək qaşığı xaşxaş toxumu
Üzəri üçün:
* 500 qr çiyələk
* 1 su stəkanı su
* Yarım su stəkanı şəkər tozu
* 2 yemək qaşığı nişasta
* 1 paket vanil
Hazırlanması:
Çiyələkləri mikserlə əzərək püre halına gətirin. 4 yemək qaşığı qədər ayırıb qalanını sous qazanına alın. Nişastanı suda həll edib çiyələyə əlavə edin. Şəkər tozu və vanili də əlavə edib orta qazda tündləşənə qədər bişirin.
Keks qəlibinə kağız(kalka) sərin və sousu doldurun.Soyuducuda gözlədin.Biskivit üçün, yumurta ağı ilə şəkər tozunu yaxşıca çalın. Yumurta sarılarını tək-tək əlavə edin. Un və qabartma tozunu qarışığa ələyərək əlavə edin. Xəmiri yağlı kağızlı soba boşqabına tökün və 185 dərəcə sobada bişirin.Soyumağa qoyun.
Krem üçün,yağ xaric digər vəsaitləri qazana alın və orta atəşdə davamlı qarışdıraraq tündləşənə qədər bişirin.Qazdan götürüb yağı əlavə edin və mikserlə bir neçə dəqiqə çalın.
Biskivit xəmirini qəlibə uyğun ölçüdə kəsib çiyələkli qarışığı bu qatın üzərinə yerləşdirin və ayırdığınız sousun yarısını qaşıqla biskivitin üzərinə yayın.Kremi üzərinə doldurub qalan sousu əlavə edin və təkrar üzərinə bir qat biskivit qoyun.Bir gecə soyuducuda gözlətdikdən sonra qəlibdən çıxarın və zövqə görə üzərini bəzəyərək süfrəyə verin.
Nuş olsun!

Redaktə etdi:İLKİNİMİN ARZUSU.