Mətbəximiz / Quru yeməklər
Az kalorili noxud və mərci salatı!
Akademik | 13-05-2013, 08:00
49 496 54
Diyeta saxlayanların nəzərinə! Bu az kalorili və praktik salat
sizi həm doyduracaq, həm də ləzzətiylə həzz alacaqsınız.
Vəsaitlər:
1 çay yaşıl mərci
½ çay stəkanı noxud
Təzə və ya qurudulmuş pomidor
1 ədəd balaca soğan
1 çay qaşığı zeytun yağı
Quru nanə, kəklik
Limon və nar suyu
(istəyə görə nar dənələrini də əlavə edə bilərsiniz)
Hazırlanması:
Yaşıl mərci və noxud qaynadılıb, soyudulur, suyu süzülür. Üzərinə istədiyiniz qədər təzə pomidor və soğan incə-incə doğranılaraq əlavə edilir.
Son da olaraq zeytunyağı, limon və nar suyu (nar dənələri), kəklik və nanə bir kiçik qabda qarışdırılaraq salata əlavə olunub süfrəyə verilir.
Nuş olsun!