Manşet

Həkim-kosmetoloq Günel xanımın siz xanımlara məsləhətləri - MÜSAHİBƏ

Aynur_Qurbanqizi | 17-11-2012, 20:25
117 644 29

 

 

 Hər bir xanım gözəl görünmək istəyir. Amma bəzən biz təkbaşına buna nail ola, zamanla mübarizə apara bilmirik. Təcrübəli kosmetoloqların köməyinə, məsləhətinə ehtiyac duyuruq. "Pendik Şifa" Bakı - İstanbul klinikasının həkim-kosmetoloqu Günel Məlikovadan aldığımız müsahibə də bu qəbildəndir. Müsahibə daxilində sizin kosmetoloqa ünvanlağınız suallara cavablar da yer alıb. 

Qeyd edək ki, Günel xanım bu gündən etibarən Azadqadin.az saytının kosmetoloqu kimi də fəaliyyət göstərəcək. Saytımıza ilk dəfə qədəm qoyan qonaqların nəzərinə çatdırım ki, azadqadin.az-da 5 mövzuda pulsuz online xidmət mövcuddur ki, onlardan biri də kosmetoloq məsləhətidir. 

 

Əvvəlcə, Günel Məlikova ilə bağlı qısa informasiyanı nəzərinizə çatdırım. Günel xanım 1985-ci ildə Bakı şəhərində doğulub. 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Azərbaycan və Türkiyədə kosmetoloji sahədə ixtisaslaşıb. 2009-cu ildən həkim-kosmetoloq olaraq fəaliyyət göstərir. 2008-2010-cu illərdə "Mezoterapiya", "Botoks", və digər mövzularda treninq kursları keçib. Müxtəlif ölkələrdə 15-dən çox beynəlxalq konqres, seminar və konfransın iştirakçısı olub.

 

 

- Sizcə, təcrübəli kosmetoloq necə olmalıdır?

- Dəri-daxili orqanlarımızın güzgüsüdür. Məncə təcrübəli kosmetoloq xəstənin dəri problemini gördükcə onun daxili və xarici səbəbləri haqqında müəyyən qədər təsəvvürü olmalıdır.

- Oz sahənizdə məsləhət verməyə çətinlik çəkdiyiniz nüanslar olub?


- Əlbəttə hər bir həkimin olub. Dəri yeganə orqandır ki, nə reaksiya verəcəyinin proqnozunu vermək mümkün olmur. Bir dəri üçün kifayət qədər qənaətbəxş hesab olunan vasitə digər xəstə üçün heç uyğun gəlməyə bilir.


- Sizin fikrinizcə, yaşından gənc görünməyin əsas sirləri nədir?


- Mənə görə bu sualı "dərini erkən qocalmadan necə qorumaq olar" deyə qoysaq daha düzgün olar. Mənim fikrimcə müasir dövrdə kişi və qadınlarımızın qeyri-sağlam həyat tərzi, düzgün aparılmayan dəri qulluğu, dərinin ətraf mühitin zərərli təsirindən qorunmaması daha ekən qocalmaya səbəb olur.

Məsələn bir faktı sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələn günəş şüalarındakı UB şüaların təsirindən dəridə hüceyrənin bərpası prosesi ləngiyir, kollagen elastin lifləri zədələnir, dərinin birləşdirici qatının vəziyyəti pisləşir, dərinin buynuz qişası qalınlaşır, nəticədə, dəri, nahamar, quru, solgun görünüş əldə edir, dəridə qırışlar və piqment ləkələri əmələ gəlir.
Hər yaşa və dəri tipinə görə dəriyə doğru qulluq edilməsi vacibdir. Erkən yaşlardan dərini günəşdən və şaxtadan qorumaq vacibdir. Normal yuxu, stresdən uzaq həyat, doğru qidalanma dərimizin sağlamlığı, daha uzun müddət cavan qalması üçün əvəzsizdir

- Üzə qulluq neçə yaşından başlamalıdır?


- Oxucularımız daha çox yararlı olsun deyə bu mövzu haqqında bir az geniş danışmaq istəyirəm.


Dərini təmizləmək, tonuslandırmaq və nəmləndirilmək yetərlidir. Bu yaşa qədər dərinin kifayət qədər regenerasiya qabiliyyəti vardır.Adətən bu yaş dövründə hələ mimiki qırışlar əmələ gəlmir. Amma istisna hallar da mövcuddur. Təcrübəmdə 16-17 yaşında mimiki qırışlarından şikayət edən bir çox xəstə ilə rastlaşmışam. Bu üzün anatomk xüsusiyyətlərindən, həddən artıq ifadəli mimiklər, ginetik meyillilik və s. səbəblər ilə əlaqədar əmələ gələ bilir.

 

25 yaş dərinin qocalmağa başladığı dövrdü. Bu dövrdə dəri yağlılığı azalır, artıq ilk mimiki qırışlar əmələ gəlməyə başlayır.30-40 yaşlarda səthi qırışlar dərinləşməyə başlayır. Bu yaş qrupunda olan insanlarda anti age terapiya aparılması bu qırışların dərinləşməsinin qarşısını ala bilir. Dəridə hilauron turşusu, kollagen, elastin azalmağa başlayır. Bu maddələr dərinin nəmliyinin, elastikiyinin, möhkəmliyinin təminatçısıdır. Hilauron turşusu, aminturşular, mikroelementlər, vitaminlər və digər dəriyə lazımlı maddələrin dərinin derma qatına yeridilməsi üçün mezoterapiya metodu vəəvəzsizdir.

40-50 yaşlarda artıq dermanın birləşdirici toxuması zəifləyir dəri elastikliyini itirir. Bu yaş dövründə dəri tonusunu bərpa etmək üçün vasitələr, mezoterapiya, biorevitalizasiya, mübadilə proseslərini stimulyasiya etmək üçün massaj,50 yaşdan sonra monopauza ilə əlaqədar dəri çox dəyişir. Ona görə də hormonal dəyişiklikləri

 

- Sizə əsasən hansı problemlə müraciət edirlər? Yəni Azərbaycan qadınlarının bu sahədə əsas problemi nədir?

- Mənə əsasən saç tökülməsi, sızanaqlarla və ləkələrlə əlaqədar müraciət edən xanım və bəylərimizin sayı daha çoxdur. Amma cavan qalmaq istəyən xəstələrimiz də az deyil.

Bu müsahibəni Azadqadin.az üzvlərinin sizə ünvanladığı suallarla davam etdirmək istəyirəm… Suallar aşağıdadır…


***
Qızımın 18 yaşı var. 14 yaşından üzündə sızanaqlar var. Qanı təmizdir, ginekoloji problemi yoxdur. Bəs niyə belədir? Ev şəraitində nə edək? Hansı dərmanlardan istifadə edək?

Qızınızda çox güman ki gənclik sızanaqlarıdır (Acne vulgaris). Bu sızanaqlar hormonal pozğunluqlar, irsi meyillilik, sinir, həzm sisteminin pozğunluğu və s. səbəblərdən yağlı dəridə əmələ gələ bilir. Sızanaqların dərəcəsindən, yaranma səbəbindən və s. asılı olaraq müalicə lokal və sistemli şəkildə aparıla bilər.Müalicəyə vaxtında başlamaq lazımdır ki,sonradan sızanaq yerlərində çapıqlar, ləkələr, genişlənmiş məsamələr əmələ gəlməsin, eyni zamanda,ağırlaşmalar olmasın.


Bəzi hallarda sızanaqların əmələ gəlməsində digər faktorlar da rol oynaya bilir. Məsələn, dəridə parazitlik edən gənə də görməyə alışdığımız sızanaqlara bənzər şəkildə səpkilər əmələ gətirir. Diaqnozu yalnız həkim qoya bilər


***
Mənim üzümdə son zamanlar sızaqlar yaranıb əsasda üzr istəyirəm aybaşı zamanı yaranır və sonra dərimdə szaqların yeri qalır.Müxtəlif maskalardan istifadə edirəm amma nəticə vermir. Qadın həkiminə də müraciət etdim müalicə olundum amma yenədə sızaqlar yaranır.Sizə bu sızaqlar nədən yarana bilər?

Aybaşından öncə hormonal fonda dəyişiklik baş verir. Qanda progesteronun miqdarı artır. Bir çox insanlarda aybaşından təxminən 1 həftə öncə sızanaqlar əmələ gəlir. Bu dövrlərdə dəriyə xüsusi qulluq etmək lazımdır.Kəskin qidalardan uzaq durmaq məsləhətdir. Dərinin günəş şüaları ilə birbaşa kontaktı bu günlərdə məsləhət deyil(Hiperpiqmentasiya riskinə görə)


***
Mənim sualım zəli terapiyası ilə bağlıdır. Zəlini üzə qoymağın faydaları haqda.. Bir də eşitdiyimə görə izi gec gedir,doğrudurmu?Tez getməsi üçün hansı vasitələrdən istifadə etmək olar?

Üz dərisinə zəli qoyulması məsləhət deyil. Amma bədəninizin digər hissələrinə qoydura bilərsiniz. Huridoterapiya bir çox xəstəliklərin müalicəsində istifadə edilə bilir. Zəlinin ifraz etdiyi seliyin tərkibində bir çox bioloji aktiv maddələr vardır. Zəli dərini dişlədikdən sonra bu maddələr qana keçir və müalicəsində müsbət effekt verir.


***
Mən üzdən ariğam və kökələndə də üzüm arıq qalır. Niyə belədir? Birdəki sizim kosmetologiya şöbənizdə yanaqların doldurulması prosedurlaları olur?

Çox güman ki, üzünüzü anatomik quruluşu belədir. Bəli olur.


***
Üz dərim qurudur. Amma burnumun üstündə dəri parıldayır. Uzumde sizanag retki retki cixir ama uc dort gundur ki,bedenim de de uzumde de daxilden temperatur gelir qulaglarima da temperatur gelir ve uzumun almacig sumukleri olan yer yeni derim de qizarti olur sol terefden de hemin derimde ele bil dartilma olur neyse ele bir orda hereket edir o ne ola biler ? Xahis edirem artig derecede cavablandirardunuz. Ola biler ki, uzume gene dusub? Uzumde sepki yoxdur azca alnimda sepkiler yaranib

Ola bilər. Amma başqa xəstəlikləri haqqında da düşünmək lazımdır.Dəriyə baxmadan diaqnoz qoymaq mümkün deyil.


***
Üzüm skrabdan sonra məsaməli qalir. Bir lasyon adı yazardınız mənə. 29 yaşım var. Dərim normaldı.

Skrab dərinizdə genişlənmiş məsamələr yarada bilməz. Genişlənmiş məsamələrin aparılması üçün pilinq və mezoterapiya üsullarını məsləhət görərdim.


***
Kosmetika vurduqdan sonra, əsasən də pudra, üzüm qaşınır. Niyə?

Dəri tipiniz həssas ola bilər. Hipoallergen kosmetikadan istifadə edin. Ya da dəriniz çox qurudur. Pudranın altından günəşdənqoruyucu və ya nəmləndirici çəkin.


***
Evdə normal dəri üçün ən yaxşı pilinq nə ola bilər?

Kimyəvi pilinqi ev şəraitində aparmaq mümkün deyil. Yeganə az konsentrasiyalı pilinq-kremlər mövcddur ki, bunlar ev şəraitində istifadə edilə bilir. Bu vasitələr gecələr vurulur və gecə boyu dəriyə pillinq efekt verir. Mexaniki pilinqi nəzərdə tutursunuzsa quru və yağlı dəri üçün xüsusi nəzərdə tutulmuş vasitələr mövcuddur. Quru dərilər üçün tərkibində dənəciklər olmayan skrablar daha məsləhətdir.


***
Aptekdən E ampulanı soruşanda dedilər ki, əgər başda təzyiq varsa, müalicə olunmazsa maskanın xeyri yoxdur. Saçlarım çox tökülür, cansızdır. Nə edim?

 Saç tökülməsinin bir neçə növü vardır. Bunlar haqqında ətraflı məlumat yazacam.

Diffuz saçtökülmə:- Bu zaman saçın böyümə və ölmə fazaları arasındakı zamanlama pozulur. Bu zaman saç folikullarının qidalanması pozulduğu üçün ölmə fazasına adi haldan daha çox saç keçir. Bunun bir çox səbəbləri ola bilər. Məsələn, stress,infeksion xəstəliklər, orqanizmədə bəzi maddələrin çatışmamazlığı, abort, bəzi kimyəvi preparatların qəbulu, əməliyyat və s.


Androgendən(kişi hormonlarından asılı) saçtökülməsi:- Ocaqlı keçəlləşmə:- Müxtəlif səbəblərdən (stress, fiziki travma,irsi meyillilik və s.) insan qanında saç folikullarına qarşı antitellər əmələ gəlir. Bu zaman bədənin müxtəlifDüzgün qoyulan diaqnozdan sonra müalicə yerli və sistemli şəkildə aparılır. Bundan əlavə mezoterapiya, darsonvalizasiya və s.üsullarının köməyi ilə saçtökülmənin, baş dərisinin seboreyasının, yağ vəzlərin həddindən artıqvə ya normadan az yağ ifrazının müalicəsini aparmaq mümkündür.


***
Doğuşdan sonra qarın, sinə hər yerimdə çat əmələ gəlib. Bunu əməliyyatsız yox etmək olar?

Müzoterapiya, pilinq, dəri strukturunu bərpa edən vasitəlrədən kompleks şəkildə istifadə edilərsə mümkündür.


***
Qara noqteler ve sizanaqlardan nece xilas olmaq olar?

Sızanaqlar kompleks müalicə tələb edən xəstəlikdir. Qara nöqtələrin təmizlənməsi yalnız üzdə iltihablanmış elementlər olmadıqda aparılmalıdır. Ən effektiv üsul estetik təmizlənmədir.


***Balaca vaxtı üzümə cixan su ciceyi yarasini qasiyib o yaranin yerleri helede qalib.demek olar o balaca desikler getdikce boyuyur.bunan 20il evvelden uziumde qalib amma mualice olnmuyub.bunu hansisa masqayla itirmek olar ya?birde uzumde ag lekeler var,ele bil yara ici irinle dolu.buna ne care etmek olar.pirsik deyil adi ag yaralardi

Suçiçəyi çapıqlarını pilinqlə və fillerlərə kompinasiyalı şəkildə aparmaq mümkündür. Dediyiniz yaraları isə görmək lazımdır.


***
Men artiq 5 ile yaxindi uzumdeki genelerden eziyyet cekirem. Tesevvur edin 3-4 ayliq kurs mualiceden sonra duzelir, tam getmir uzumdeki sepkiler. Ve yene hemin sey. 5 ile nece kurs mualice olunmusam bilmirem. Hetta guya Rusiyadan da resept gelmisdi geneye qarsi. Herden sepkilerin coxalan vaxti uzume el vura bilmirem, incidir meni onlar. 4-cu kurs telebesiyem. Ne hissler yasadigimi bilmezsiz. Evden cixmaq olmur. Yasidlarim doyunca sekil cekdirir. Amma men sekillerde dusmek istemirem. Qrup yoldaslarimin toyu olur. Men toyumda da bele qalacam? Hec olmasa ona qeder duzelsin. Artiq Bakida deri xestexanalari qalmiyib, muxtelif hekimler amma eyni dermanlarla qarsilasmisam. Son umid kimi belke yeni bir yol gosteresiniz deye size muraciet eliyirem.

Sizə məsləhətim öd yollarınız mədə-bağırsaqlarınızı müayindən keçirməyinizdir. Ola bilər ki, sizə xaricdən müalicə aparılsa da daxili faktorlar nəzərə alınmayıb.


- Günel xanım, sayt üzvlərimizin suallarını cavablandırdığınız üçün təşəkkür edirik. Son olaraq, Xanımlara məsləhətiniz....

- Digər xəstəliklər kimi estetik problemlərin profilaktikası müalicəsindən daha asandır. Məsələn,sızanaqların müalicəsinə vaxtında başlanılarsa ondan sonra genişlənmiş məsamələr, ləkələr,çapıqların əmələ gəlməsinin qarşısı alınar.

Başqa bir misal:- Körpə uşaqda dəri yenilənməsi həddindən artıq sürətlə gedir. 20 yaşlı qızda bu 3 həftəyə, 50 yaşlı qadında 9 həftəyə. Deməli yaş artıqca ölü hücüyrələrin qalınlığı da artır. İnanın mənə, bu heç də gözəl görünüş sərgiləmir. Vaxtaşırı pilinqlər etdirərək bu probelmi həll etmək mümkündür
İnsan zamana qarşı dura bilməz. Qocalma hamımız üçün haqdır. Zamanla itirilmiş elementlərini müxtəlif terapiya üsulları ilə dəriyə yeridərək bu prossesi uzun müddət ləngitmək mümkündür. Məncə insan özünü hiss etdiyi yaşdadır. Bütün xalqımıza gözəlliklərini və sağlamlıqlarını qorumaqlarınını  arzulayıram

 

P.S. Bu gündən sonra Günel xanım azadqadin.az saytının kosmetoloq bölməsini idarə edəcək. Gözəllik problemlərinizi, kosmetoloji sualları bu bölmədə həkimə ünvanlaya bilərsiz. Suallarınız qısa zamanda cavablanacaq...

 

Müsahibəni aldı: Aynur Qurbanqızı

 

 


ESMERRi | 24 mart 2016 23:34 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Nerminka Agamaliyeva
salam.men sizin yaniniza gelmek isterdim.Sifetimde quruluq yaranib. ne meslehetdir edin. xais edirem unvani yazin
nigar hesenli | 6 iyun 2014 02:30 | Status: Qonaq | Şərh: 0
Gunel xanim salam. Menim 19yawim var uzumde cillerim var inanin cox eziyet cekirem en boyuk arzumdu onlardan xilas olmaq. Sizinle bele deil tekbetek daniwmaq isterdim xahiw edirem mene yazin nomrenizi versin ve ya klinikanizi deyin. Men ne vaxtdi bir hekim axtarirdim.
Nerminka Agamaliyeva | 16 may 2014 13:07 | Status: Qonaq | Şərh: 0
salam.men sizin yaniniza gelmek isterdim.Sifetimde quruluq yaranib. ne meslehetdir edin. xais edirem unvani yazin
intiw | 28 mart 2014 18:46 | Status: Qonaq | Şərh: 0
salam bikini etrafini nece ev weraitinde temizlemek olar?britvayla sepir hemdeki gorsenir pis.cox xaiw edirem cavablandirin
volya | 4 fevral 2014 10:40 | Status: Qonaq | Şərh: 0
salam menim 36 yasim var bu gunecen uz derim cox temiz olub,,2013cun iyul ayinda uzumun her iki yanaqima kofe rengli leke dusdu. uz ucun tonikden,maskalardan,istifade etdim neticesi yoxdu,birde sol uzumde kapilyar damar parlayib lekesi qalib onun izini nece yox etmek olar ,hara muraciyet etmeliyem, ev seraitinde bele bir lekeni aparmaq mumkunmu... xais edirem sualimi cavablandirasiz,evvelceden tesekkur edirem
mahidat | 28 dekabr 2013 20:53 | Status: Qonaq | Şərh: 0
uzumde evveller lekeler az idi sora ciyelek yedim ve uzumde cox pis lekeler yarandi hekime getdim mene 3ayliq mualice yazdi amma bir faydasini gormedim men yenede uzumde lekeler var ve uzumde desilmeler emele gelir men bunun qarsisini nece alim? elemdeiyim maksa elemediyim mualice qalmiyib
Xeyale05 | 10 avqust 2013 20:20 | Status: Şərhçi | Şərh: 273
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
mehebbet adasi | 30 noyabr 2012 16:22 | Status: Şərhçi | Şərh: 420
CHOX XAISH EDIREM UZDE LAN LEKELER UCUN EFFEKTLI MASKA DEYESINIZ,SIZANAG LEKESI UCHUN.CHOX DEYIL 2 3 YERDE,AMMA MENI NRHT EDIR

DERIYE CHOX MAKIYAJ VURUB ORTMEKDENSE,ONU TEMIZLEMEK LAZIMDIR
Naza | 22 noyabr 2012 09:32 | Status: Professional user | Şərh: 153
uqurlar inaniramki sualimiza cavab vere bilecek kimse var
sheh | 20 noyabr 2012 22:07 | Status: Yazar | Şərh: 3 353
çox sağ olun,əla xəbərdir.
Asya Qurbanova | 19 noyabr 2012 20:05 | Status: Gümüş user | Şərh: 715
ela
Torpaq | 19 noyabr 2012 10:44 | Status: Professional user | Şərh: 3 570
lap yaxsi,xeyirli olsun
Aya:)) | 18 noyabr 2012 18:09 | Status: Gümüş user | Şərh: 2 239
uqurlar...
_Mamedova_ | 18 noyabr 2012 15:01 | Status: Gümüş user | Şərh: 1 837
xeyirli ugurlu olsun
ruzgargulum | 18 noyabr 2012 14:47 | Status: Brilliant user | Şərh: 2 493
tsk mende bezi suallarima bu musahibeden cvb tapdim
Damla | 18 noyabr 2012 12:42 | Status: Brilliant user | Şərh: 7 177
Gunel xanima iwinde ugurlar!

Sitat: RaufВ Heseneliyev
Kishiler de muraciet ede biler?

Elbette muraciet eda biler. 7 il bundan once kosmetoloqa gedirdim sizi inandirimki xestelerinin coxu kiwiler idi..
leylawka | 18 noyabr 2012 01:03 | Status: Professional user | Şərh: 1 866
Günel xanım, sayt üzvlərimizin suallarını cavablandırdığınız üçün təşəkkür edirik.

Bizde tesekkür edirik smile
Narmin PinkGlamour | 17 noyabr 2012 23:57 | Status: Şərhçi | Şərh: 385
faydali xeber idi.tesekkurler
Rauf Heseneliyev | 17 noyabr 2012 23:00 | Status: Yazar | Şərh: 559
Kishiler de muraciet ede biler?
Meryem Melek | 17 noyabr 2012 22:56 | Status: Gümüş user | Şərh: 2
Maraqli musahibe alinib. Kosmetoloqumuza teshekkur edirem.
Gunel | 17 noyabr 2012 22:32 | Status: Professional user | Şərh: 4 087
sevindimki saytimizin bele bir kosmetoloqu olacaq.Ugurlar ishlerinizde.InshAllah suallarimiz olduqca size muraciet ederik.
Seva-Azer. | 17 noyabr 2012 22:09 | Status: Qonaq | Şərh: 2 351
Gunel xanima ugurlar. Size nece muraciet ede bilerem. menim derim cox problemlidir
Mickey Mouse | 17 noyabr 2012 21:16 | Status: Professional user | Şərh: 4 008
Sitat: cucem.
xow gelmisiniz saytimiza inwallah verdiyiniz meslehetlerden hem men hemde diger xanimlarimiz yararlanar onceden tewekkurler ve iwinizde ugurlu neticeler ALLAHA EMANET QALIN

bele bolmenin acilmasina sevindi
Decel | 17 noyabr 2012 21:15 | Status: Gümüş user | Şərh: 933
cox sevindim bele bolmenin acilmasina Gunel xanimda uqurlar
Sekine Hesen | 17 noyabr 2012 20:59 | Status: Gümüş user | Şərh: 3 112
tewekkurler maraqlidi
Aynur_Qurbanqizi | 17 noyabr 2012 20:53 | Status: Technical | Şərh: 1 170
Hər gün deyirəm ki, üzümə makka qoyum amma imkan olmur ( Ev şəraitində bir az çətin olur, ən yaxşısı kosmetoloq xidmətidir. Orada aparatlar vasitəsilə maska-kremlər dəriyə daha yaxşı hopuzdurulur. Amma kaş ki, qiymətlər bütün xanımların cibinə uyğun olsaydı...
Feriha. | 17 noyabr 2012 20:41 | Status: Professional user | Şərh: 4 746
Sitat: Princess_93
cox tewekkurler bilmediyim bezi weyleri oyrendim

hee
cucem. | 17 noyabr 2012 20:41 | Status: Professional user | Şərh: 4 415
xow gelmisiniz saytimiza inwallah verdiyiniz meslehetlerden hem men hemde diger xanimlarimiz yararlanar onceden tewekkurler ve iwinizde ugurlu neticeler ALLAHA EMANET QALIN :n17:
Princess_93 | 17 noyabr 2012 20:38 | Status: Brilliant user | Şərh: 5 877
cox tewekkurler bilmediyim bezi weyleri oyrendim