www.azadqadin.az / Xəbəriniz olsun!

Ayağa dur,Azərbaycan!

Nigar_ | 7-08-2014, 13:30
2 894 38

Ayağa dur,Azərbaycan!


AYAĞA DUR,AZƏRBAYCAN!


Nə yatmısan,qoca vulkan,səninləyəm!

Ayağa dur,Azərbaycan,səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!

Səndən qeyri biz hamımız ölə billik.

Bu Şəhriyar harayıdır,

Bu Bəxtiyar harayıdır.

Ayağa dur,Azərbaycan!

Bunu sənə zaman deyir,

Məzarından baş qaldıran baban deyir:

-Nər oğlu nər səninləyəm!

Səninləyəm silah tutan,

Külüng tutan,yaba tutan,

Kösöy tutan,nişanlı ər,səninləyəm!

Səninləyəm,qız atası,

Hanı nərən,hanı səsin?!

Hanı andın?

Yoxsa sən də yatmışlara,batmışlara,

Qeyrətini satmışlara xırdalandın?

Gözünü sil,Vətən oğlu,ayağa qalx!

Üfiqinə bir yaxşı bax!

Sərhəddinə bir yaxşı bax,

Sərhəddinin kəməndinə bir yaxşı bax!

Dur,içində qorxunu boğ,

Ölümünlə qalımını ayırd elə!

Varım-yoxum səninləyəm,

Azım-çoxum səninləyəm!

Şirin yuxum səninləyəm!

Yıxın məni söz atından,-

Atın məni tank altına.

Əzin məni xıncım-xıncım,

Kəsmir əgər söz qılıncım,

Didin məni didim-didim.

Atın məni tank altına,

Qabaqdakı bir körpəni xilas edim.

Necə səni,necə məni xilas edim?

Səninləyəm,sözü qəmli,

Özü dəmli rəhbər adam!

1918-də vuruşurdu,

Danışmırdı rəncbər atan,

Rəncbər atam!

Oyat bizi,ey Yaradan:Səninləyəm!

Ya bilmərrə oyat bizi,

Ya yenidən yarat bizi!

Ey yaradan,səninləyəm!

Səninləyəm yatmış vulkan,

Səninləyəm!

Ayağa dur,Azərbaycan,

Səninləyəm!...

 

Müəllif: Məməd Araz.

 

 

Allah bütün şəhidlərimizə rəhmət etsin! Ailələrinə isə Allahdan səbir diləyirəm...


Redaktə etdi:Röyamsan.


 


Ay_Sun | 7 avqust 2014 14:21 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Röyamsan.

Təşəkkürlər Mələyim.

Sene tesekkur birdenem 0109 .
Röyamsan. | 7 avqust 2014 14:18 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: NURLU

redaktede rengli rengli bu soyuq havada adamin ureyi acildi, 0140

Caaan bəyəndiyinə sevindim. Sənidə saytda görəndə mənim ürəyim açılır. 0109
NURLU | 7 avqust 2014 14:00 | Status: Professional user | Şərh: 5 552
twkelr xeber ucun seir ucun,
redaktede rengli rengli bu soyuq havada adamin ureyi acildi, 0140
Röyamsan. | 7 avqust 2014 13:55 | Status: Brilliant user | Şərh: 6 102
Sitat: Nigar_
Pəriş,çox sağ ol gözəl redaktəyə görə!

Dəyməz canım xəbərin şiftini dəyişdim. Həmdə müəliffi qeyd etdim.
Sitat: TENHA_MELEK

P.S. Redakte super canim. 0140

Təşəkkürlər Mələyim. love
Ay_Sun | 7 avqust 2014 13:51 | Status: Brilliant user | Şərh: 13 408
Cox gozel seirdir.Paylasdigin ucun cox sag ol birdenem 0109 .

P.S. Redakte super canim. 0140
Nigar_ | 7 avqust 2014 13:45 | Status: Professional user | Şərh: 2 125
Sitat: gulcin777
Xanimlar, seirin muellifini de qeyd eliyin,zehmet olmazsa.

Üzr istəyirəm,ola bilər unutmuşam şeirin müəllifi Məmməd Arazdır.
Gülçin | 7 avqust 2014 13:38 | Status: Brilliant user | Şərh: 6 780
Xanimlar, seirin muellifini de qeyd eliyin, zehmet olmazsa.
Nigar_ | 7 avqust 2014 13:34 | Status: Professional user | Şərh: 2 125
Pəriş,çox sağ ol gözəl redaktəyə görə!