www.azadqadin.az / Bizim kollektiv

Son zəng

Dəniz qızı | 30-05-2015, 07:00
3 016 22
 
  SON ZƏNG 
 
Dünən məktəbdə idim...Dərs dediyim körpələri təmiz havaya çıxarmışdım...Hərdən dəcəllik edir,bir-birinə oynamağa macal vermirdilər.....
Mənsə dalmışdım,xəyalım uzaqlara,məktəb illərimə qayıtmışdı.O vaxt mən ədəbiyyatı çox sevirdim,həmişə arzulayardım ki,ədəbiyyat müəlliməsi olum.Ədəbiyyat dərsimiz olan kimi həmişə sevinirdim.Müəllimimi də çox sevirdim.Fənnini sevə-sevə öyrədirdi bizə.İndi də başqa məktəbdə işləsəm də öz müəllimlərimi unutmuram.Çalışıram ki,onlardan xəbər tutum...
Mən həmin ədəbiyyat müəllimimin nəvəsinə dərs deyirəm.Keçən həftə nənəsindən yenə xəbər aldım, dedi ki,daha nənəm işləmir həkimlər qoymur onu işləməyə.Dünya başıma daraldı...Daha uşaqdan bundan başqa söz qopara bilmədim,yəqin uşaqdı ona görə bilmir deyib çox sorğu-sual etmədim....
Burdan bütün müəllimlərə üzümü tutub deyirəm:"-Əzizlərim, çalışın səhhətinizin qayğısına qalın.Axı siz bizə çox lazım olacaqsınız."
Allahdan müəllimimə can sağlığı diləyirəm.
Sonda bütün müəllimləri,şagirdləri əsasən də 11-ci sinifləri son zəng münasibətilə ürəkdən təbrik edirəm.Arzu edənlər ali məktəblərə qəbul olsunlar,xoş xəbərləri gəlsin inşallah.Mənim də oğlum 2-ci sinifi bitirir, İnşallah 11-ci sinifi qurtarsın.

Buyurun, əziz userlərimiz, söz sizdədir. Xatirələrinizi bölüşün...
 
 
 
Redaktə etdi: Ag gul

  1. SEVDA | 10 sentyabr 2016 09:26 | Status: Nəzarətçi | Şərh: 17 537
    Heyif o gunlerimizden,illerimizden...
  2. dılay | 24 fevral 2016 22:01 | Status: Brilliant user | Şərh: 8 251
    hec unutmaq olar o gunleri
  3. SEVA | 7 iyun 2015 00:03 | Status: Professional user | Şərh: 5 162
    menim oglumda bu il 2ci sinifi bitirdi arzularina qosuluram canim xebere gore tesekkur edirem
  4. lady sweet | 1 iyun 2015 20:58 | Status: Gümüş user | Şərh: 1 885
    Sitat: wip wirinka
    xeber ela alinib lap kovreldim heç mekteb illerinde elediklerim nadinclikler yadima dusdu

    Mənimdə yadıma düşdü o günləri unutmaq olarmı heç recourse
  5. Sariwka1 | 1 iyun 2015 10:01 | Status: VİP user | Şərh: 1 780
    Sitat: Ay_Sun
    Sitat: boris arxan
    Tebrikler inwallah ali mektebe qebul olub oz yollarini tutallar

    Amin
  6. Ag Gul | 31 may 2015 15:43 | Status: Professional user | Şərh: 4 343
    Sitat: Gülçin-70
    Sitat: Ag Gul
    Son Zəng... Məktəbi bitirməyə hələ 2 ilim var amma son zəng yadıma düşəndə tüklərim biz-biz olur :(

    Məktəbi bitirəndə Uni-yə qəbul olunarsan, inşAllah. O zaman bu sözlərin heç yadına da düşməyəcək...

    Şəxsi təcrübəmə əsaslanıb deyirəm bu sözləri, Ağ gülüm. love

    İnşallah qəbul olum həqiqətən də inanıram ki, hamsı yadımnan çıxacaq :))
  7. Ay_Sun | 31 may 2015 13:16 | Status: Redaktor | Şərh: 13 449
    Sitat: boris arxan
    Tebrikler inwallah ali mektebe qebul olub oz yollarini tutallar
  8. Gülçin | 31 may 2015 12:26 | Status: Redaktor | Şərh: 6 802
    Sitat: Ag Gul
    Son Zəng... Məktəbi bitirməyə hələ 2 ilim var amma son zəng yadıma düşəndə tüklərim biz-biz olur :(

    Məktəbi bitirəndə Uni-yə qəbul olunarsan, inşAllah. O zaman bu sözlərin heç yadına da düşməyəcək...

    Şəxsi təcrübəmə əsaslanıb deyirəm bu sözləri, Ağ gülüm. love


    Bütün məzunları təbrik edirəm. Hər birinə uğurlar...
  9. boris arxan | 31 may 2015 00:13 | Status: Professional user | Şərh: 4 798
    Tebrikler inwallah ali mektebe qebul olub oz yollarini tutallar
  10. Nurus. | 30 may 2015 21:39 | Status: Brilliant user | Şərh: 6 990
    Təbrik edirik məzunlari...Inşallah tez bir zamada oz valideynlərini Tələbə adi qazanmaq xəbəri ilə sevindirərlər..Bu il bibim ogluda Məzundur..Onun timsalinda butun məzunlari təbrik edirəm..Allah yollarini aciq etsin...
  11. rozella | 30 may 2015 20:41 | Status: Qonaq | Şərh: 0
    8 il evvel olmusdu son zengim,kecen gun men de getmisdim son zenge baxib kovreldim lap.
  12. Narin-Ulker | 30 may 2015 14:41 | Status: Gümüş user | Şərh: 2 758
    menim gelen il Allahqoysa qismet olsa 25 illiyim olacaq kas qismet ola gelen ui gede bilim neise burda mezun olan hamini tebrik edirem
  13. SEVDA | 30 may 2015 14:23 | Status: Nəzarətçi | Şərh: 17 537
    Mektebi 15 il evvel bitirmiwem...bu günki mezunların da hamısını tebrik edirem,heyatlarında uğurlar arzulayıram...
  14. Ag Gul | 30 may 2015 14:17 | Status: Professional user | Şərh: 4 343
    Sitat: perishka2
    Bütün şərh yazanlara təşəkkür edirəm.Redaktə üçün bacım Ağ Gülə də bir: 0109 O gün olsun məktəbi qurtarıb,ali məktəbə daxil olsun.

    çoooooooooooooooox sağ ol bacı 0109
  15. Dəniz qızı | 30 may 2015 12:56 | Status: Brilliant user | Şərh: 8 099
    Bütün şərh yazanlara təşəkkür edirəm.Redaktə üçün bacım Ağ Gülə də bir: 0109 O gün olsun məktəbi qurtarıb,ali məktəbə daxil olsun.
  16. drop | 30 may 2015 11:51 | Status: Gümüş user | Şərh: 2 451
    bu gun bacimun da son zengidi. hem onu hem diger mezunlari tebrik edirem. burdaki mezun userleri xususi tebrik duwur) cunki hem burani idare eliyibler hem mektebi).inwallah arzulariniza catasiz.telebe kimi bura gelesuz.
  17. Elgun_Azizov | 30 may 2015 11:28 | Status: Professional user | Şərh: 1 394
    Hər bir məzunu təbrik edirəm. Artıq həyatın birinci etapını keçdilər. Kimlərçünsə ikinci etap başlayacaq kimlərsə tamam başqa səmtə gedəcək. Hər birinizə ali məktəbə qəbul olmaqını arzu edirəm . Çünki mən o yaşda ondan böyük arzum yox idi. Arzunuza çatasız. Məncə yetərincə bizim saytda bitirənlərdə var həmişə dediyim balacalar ))

    Uğurlar.
  18. Real Madrid CF | 30 may 2015 11:11 | Status: Professional user | Şərh: 5 356
    Perisim xebere gore coxsagol insallah burda mekteb oxuyan butun qizlara mezun olmaq nesib olar mende o gunu sebirsizlike gozleyirem redakte super askim.
    Sitat: wip wirinka
    xeber ela alinib lap kovreldim mekteb illerinde elediklerim nadinclikler yadima dusdu

    0136 kizz agliyib-eleme haa
    Sitat: Ag Gul
    Son Zəng... Məktəbi bitirməyə hələ 2 ilim var amma son zəng yadıma düşəndə tüklərim biz-biz olur :(

    niye canim men o qeder sebirsizlikle gozleyiremki..
  19. Sunay Elizade | 30 may 2015 11:05 | Status: Gümüş user | Şərh: 2 160
    xeber ela alinib lap kovreldim mekteb illerinde elediklerim nadinclikler yadima dusdu
  20. Ag Gul | 30 may 2015 10:37 | Status: Professional user | Şərh: 4 343
    Son Zəng... Məktəbi bitirməyə hələ 2 ilim var amma son zəng yadıma düşəndə tüklərim biz-biz olur :(
  21. BULUTUM | 30 may 2015 10:24 | Status: Professional user | Şərh: 7 429
    Son zeng xatirimde cox yadda qalan gun kimi qalib.Onu gorduyumden o gunden beri yadima duwur mekteb illeri.Son zeng gunu awkimi kewf etdim tanidim.
  22. ELİSA | 30 may 2015 09:30 | Status: Gümüş user | Şərh: 1 050
    Mende hemise edebiyyat muellimi olmaq isteyirdim amma qismet olmadi.2ildi mezun olmusam,amma ilk gunku kimi darixiram mektebim,sinif yoldaslarimcun.Herden qizlarnan danisanda deyirem kas,bir gunlukde olsa o gunlere done bilseydik...

    Qayit, usaqligim, qayit bir anliq,
    Yeriyib, yixilib, qacmaq isterem.
    Seherler ciynimde mekteb chantasi
    Sinif otagini acmaq isterem
info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.