Sualım var!
Burada saytla bağlı ən çox verilən suallar və bu suallara cavablarla tanış olacaqsınız.
Əgər sizin üzləşdiyiniz problemin, maraqlandığınız sualın cavabı burada yoxdursa, aşağıda sualınızı yazın. Qısa zamanda cavablanacaq.
Sayta necə xəbər göndərə bilərəm?
Bunun üçün öncə qeydiyyatdan keçmək lazımdır. Daha sonra öz istifadəçi hesabınıza daxil olub qırmızı rənglə yazılmış İstifadəçi panelinə klik vurursunuz. Qarşınızda səhifə açılacaq. Orada Xəbər əlavə et linkini görəcəksiniz. Onun üzərinə vurmaqla açılan səhifədə xəbərinizi göndərə bilərsiniz.
Xəbər göndərilmə qaydası aşağıda qeyd olunan xəbərdə ətraflı şəkildə izah edilmişdir:
Hansı xəbərlər saytda yerləşdiriləcək?
Bölmələrin mövzusuna uyğun hazırlanmış aktual və maraqlı bütün xəbərlər saytda yerləşdirilə bilər. Rus, türk, xarici saytlardan maraqlı xəbərləri tərcümə edə, o cümlədən şəxsi müəllifi olduğunuz yazıları göndərə bilərsiniz. Müəllif yazılarına xüsusi ilə üstünlük veriləcək.
Xəbər göndərərkən, efirə gedən xəbərlərə diqqət etmək lazımdır. Xəbər sayı daha az olan bölməyə xəbər göndərməyiniz, nəticədə həmin xəbərin digərlərindən daha tez yayımına şərait yaradır!
Xəbər göndərərkən aşağıdakı qaydara diqqət edin, əks halda yazılarınız saytda dərc olunmayacaq.
1) Azərbaycan saytlarından götürülmüş xəbərlər qəbul olunmur.
2)Xəbər maraqlı və aktual olmalıdır.
3) Xəbər Azərbaycan dilinin latın qrafikası ilə yazılmalıdır.
Saytda necə status ala bilərəm?
Saytda status almağınız üçün sizin saytda aktiv olmağınız vacibdir. Əsasən tez-tez maraqlı xəbər göndərən və şərh yazan istifadəçilərə üstünlük verilir.
Statuslarla tanış olmaq üçün aşağıdakı xəbərə baxın.
Şərhlərim niyə silinib və ya redaktə olunub?
Aşağıdakı hallarda istənilən istifadəçinin şərhləri silinir və ya redaktə olunur.
1. Ümumi etik qaydalar pozulduqda
2. Mövzudan kənar şərh yazıldıqda
3 Şərh vasitəsi ilə digər saytı reklam edərsə.
4 Şərhlərdə digər istifadəçini təhqir edərsə.
5. Xəbərlərdə şərh sistemi vasitəsilə "çat" yaradıldıqda
Qeyd: Şəxsi ismarıclar, Mənim məlumatlarım, Qonaqlarım və s. bu kimi digər bölmələr, onlardan istifadə qaydaları haqda bütün suallarınızı Redaktorlara və ya məhz burada məsul şəxslərə ünvanlaya bilərsiniz!