www.azadqadin.az / Bizim kollektiv
Bizim Gülçin xala
Mehri-Ban | 9-10-2014, 12:45
2 379 47
Adı: gulcin Status: Professional user Qeydiyyat tarixi: 23 avqust 2013 11:34 Hal-hazırda: Offline Son ziyarət: 9 oktyabr 2014 10:44 Xəbər sayı: 40 [ Bütün xəbərlərə bax ] Şərh sayı: 3533 [ Bütün son şərhlərə bax ]
Yaşayış yeri: evimiz Özü haqda: NAMAZIN QILINMADAN NAMAZINI QIL!
1.Adınız nədir və səni necə təqdim etməyimi istəyirsiniz?
Gülçin mənim öz adımdır.
2..Saytımızı necə tapmısınız?
Saytı mən yox,oğlum tapdı mənə.
Həkimlər mənə işləməyə icazə vermirdilər, çox pis olmuşdum.
Oğlum tapdı bu saytı,məni qeydiyyatdan keçirdi.
3.Saytda dostlarınız kimlərdir?
Bu sayt da,onun üzvləri də mənə çox doğmadır.
Ona görə də hamını özümə dost bilirəm.
Elə bilirəm ki,burada heç kim məndən inciməyib.
4. Sizi həyata bağlayan nələrdir?
Məni həyata bağlayan nələr yox, kimlər olduğunu deyim. Övladlarım,həyat yoldaşım, ailəm.
5.Xasiyyətcə necə insansınız?
Xasiyyətcə mülayim,eyni zamanda da çox mübariz insanam. Səbirliyəm,güzəştə gedənəm.
Dava-dalaşla işim yoxdur.

6.Bəs görünüşcə?
.Görünüşcə, boyum 1.58-dir, çəkim 55-60 arasında dəyişir.
Ağbənizəm, saçlarım, gözüm-qaşım tünd şabalıdıdır.
7.Ən çox yaxından tanımaq istədiyiniz user kimdir?
Demək olar ki, hamını qiyabi tanıyıram.
8.Niyə məhz Azadqadın.az ?
Mən heç bir sosial şəbəkədə yoxam. Yeganə istifadə etdiyim sosial şəbəkə bizim bu saytdır.
9.Sonda Azadqadın.az-a ürək sözləriniz.
Azad qadin-mənim ikinci evimdir, yəni çox sevirəm bu saytı. Bir gün gələ bilməyəndə darıxıram.
Burada hər kəsin mənim ürəyimdə öz yeri var, bacım kimi, qızım kimi..
Sonda isə sənə öz təşəkkürümü bildirirəm.