www.azadqadin.az / Bizim kollektiv

Aysel Abdullazadə "Aynur Qurbanqızı yaxşı insan və yaxşı rəfiqədir"

Nigar_ | 30-09-2014, 23:55
4 088 33
 
 

Buyurun yenə də qarşınızda mən Nigar yenə yepyeni layihələrlə.....)))))

Bu dəfəki müsahibə alacağım user saytda çox dəyər verdiyim,hörmət etdiyim xanım Aysel Abdullazadədir.Bu da Aysellə müsahibəm)))

Aysel xanım,həyatda xoşbəxtliyi nədə görürsünüz?

Xoşbəxtlik mənim üçün sevib-sevilməkdir. Çünki insan birini sevəndə və içindəki sevgini paylaşanda mutlu olur.

Adınız xasiyyətinizə uyğundurmu?

Adım Aysel, burada –sel "kimi”, "bənzəyən” anlamındadır, yəni aya bənzəyən, ay kimi. Düşünürəm ki, tam mənə uyğundur.

Necə insanlarla yola gedə bilməzsiniz?
Geri düşüncəli insanlarla nəinki yola getmək, diskussiya belə edə bilmərəm.

Xasiyyətinizin ən pis cəhəti?
 
Çox qısqancam, düşünürəm ki, bunun aşırı dərəcədə olmağı pis xüsusiyyətdir.

Bəşəriyyətin xilasını nədə görürsünüz?

Yalnız maariflənməkdə.

Qadın deyəndə ilk nə anlaşılmalıdır?

Qadın deyən ilk ağıla gələn zərafət, incəlik, gözəllik, şeir, ahəng, həzinlik kimi kəlimələri xatırlayıram.

Zəriflik necə əldə olunar?

Zəriflik qadının kimliyidir və kimlik doğulandan insana verilir.

Həyatınızdakı uğurları kimə borclusunuz?

Uğurlarımı da, uğursuzluqlarımı da yalnız özümə borcluyam.

Dindarlığı,imanı nədə görürsünüz?

Qəlbdə. Iman da, din də insanın içəriyindədir, qəlbdən yanmasa alovlana bilməz.

Həyat yolunuzu seçdiyiniz sahə haradan qaynaqlanır?

Ədəbiyyatdan.

Sizin üçün həyatda ən öndə vəzifə?

Insan olmaq. Həyatda hər şeydən əvvəl hər kəsin vəzifəsi insan olmaqdır.

Ölümdən qorxursunuzmu?

Yox qorxmuram, ölüm haqqdır, Yaradanımıza qayıdışdır.

Həyatda kim sizə hər kəsdən yaxındır?

Mənə ən yaxın mən özüməm.

Gələcəyin parlaqlığını nədə görürsünüz?

Öyrənib-öyrətməkdə.

Azadqadin.az redaktorlarından hansıları çox istəyirsiniz?

Aytəkin Cəfərli. Bu xanımı çox sevirəm, bəlkədə yaradıcılıq və ədəbiyyat eşqi mənə yaxınlaşdırıb onu.

Saytda sizə ən yaxın user?

Onu da saytın useri hesab etmək olarsa Aynur Qurbanqızı. Yaxşı insan və yaxşı rəfiqədir.

Hazırda saytımızda ən aktiv user hansıdır?

Mən əvvəl Gun22 indi isə Fatimə niki ilə tanınan Zərifəni deyərdim, çünki bütün yazılarımda onun rəylərini görürəm.

Adminlərdən hansını daha çox istəyirsiniz?

Banu niki ilə tanınan Seva xanımı.

Gözəlliyi nədə görürsünüz?

Gözəllik daxildədir

Həyatda ən gözəl duyğu?

Ana olmaq duyğusu deyərdim, düzdür, dadmamışam, amma mənim üçün odur.

Ən pis duyğu?

Aldanış duyğusu deyərdim ki, ən pis duyğudur.

Saytda hansı userə nifrət edirsiniz?

Heç bir userə nifrətim yoxdur.

İdeal şəxsiyyətin öndə xüsusiyyəti?

Düzgünlük və inkişaf.
Həyatda "bir zamanlar nə gözəldi..."deyə düşündünüznmü?
Xeyr, heç vaxt düşünmədim. Çünki keçmişlə yaşamağı sevmirəm.




Musiqi Aysel xanımın istəyi ilə xəbərə əlavə edilib.

 
 Redaktə etdi:Nuruş

BULUTUM | 24 fevral 2016 15:45 | Status: Professional user | Şərh: 7 387
Qadin xosbextliyi arzulayiram.......
B.Fereh | 24 fevral 2016 01:23 | Status: Nəzarətçi | Şərh: 6 975
Tanimagima wad oldum.Ugurlar.

Tanimagima wad oldum.Ugurlar.
dılay | 30 noyabr 2015 20:50 | Status: Brilliant user | Şərh: 8 183
Ugurlarrrrrrrrrrrrrrrrr
Aysel | 2 oktyabr 2014 15:29 | Status: Feminist | Şərh: 122


Sitat: DENIZ QIZI3
Aysel xanima qadin xosbetxliyini ve ana olmaq e sevincini dadmagi arzulayiram

tesekkur edirem bu gozel dileyinize gore, Allah razi olsun...
DENIZ QIZI3 | 2 oktyabr 2014 08:43 | Status: Gümüş user | Şərh: 3 858
Aysel xanima qadin xosbetxliyini ve ana olmaq e sevincini dadmagi arzulayiram
SEVDA | 2 oktyabr 2014 08:33 | Status: Nəzarətçi | Şərh: 17 439
Her kese iwlerinde uğurlar....
Vetenperver | 2 oktyabr 2014 00:08 | Status: Professional user | Şərh: 6 700
Sitat: Banu.
Aynuru yaxindan taniyan kimse onu sevmiye bilmez,nifreti hec demirem))

Aynur ancaq qadınlar üçün yaxşıdır,siz Banu xanım bilirəm Aynurla görüşüb onun evində söhbət etmisiz,yaxından tanımısız,amma Aynur kişi düşmənidir,feministdir dəhşət,bir qadın ki deyə "İranda qoy kişilərdə çadra taxsınlar ki qadınlara hüquqları bərabər olsun" o necə savadlı, düşüncəli və yaxşı insan ola bilər bilmirəm.Dediyim kimi ancaq qadlnlar üçün yaxşı ola bilər.Kişilər isə Aynura nifrət edirlər.Məndə həmçinin.
Yaxşı insan sizsiz Banu xanım.

Sitat: Nigar_ 
Məncə ümumi deməsəz yaxşıdır yenə də siz nifrət edə bilərsiniz öz işinizdir.Bir də ki,niyə kişilər bu xanımlara nifrət etsinlər ki?

Güya bilmirsiz ki niyə?Onda siz Aynur haqqında qəti xəbəriniz yoxdur.Uzun söhbətdir.
Nurus. | 1 oktyabr 2014 22:27 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Nigar_
Sitat: Nurus.

Canım,redaktəyə görə çox sağ ol,Nurkam.

sen sag ol,baci.
Nigar_ | 1 oktyabr 2014 22:07 | Status: Professional user | Şərh: 2 125
Sitat: Nurus.

Canım,redaktəyə görə çox sağ ol,Nurkam.
Nurus. | 1 oktyabr 2014 21:52 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Aysel
tesekkur ezizlerim, minnetdaram her birinize.... gozel dilekleriniz ucun var olun!

Sitat: Aysel
tesekkur ezizlerim, minnetdaram her birinize.... gozel dilekleriniz ucun var olun!

canim,sad oldum sizi tanimagima...Feyzde bir nece defe sizinle yazişmişiq,amma burda coxda munasibetimiz olmayib.Xoşbext ol gozelim...
Nigar_ | 1 oktyabr 2014 21:44 | Status: Professional user | Şərh: 2 125
Şərh yazan hər birinizə təşəkkürlər,dəyərli dostlar!
Sitat: Elgun_Azizov

Eybi yox,xəbəri hamı bəyənə bilməz ki....Suallara qaldıqda isə özüm üçün maraqlı olanları vermişəm ümumi olsa da bəyənmirsinizsə öz işinizdir fikrinizə hörmət edirəm.
Sitat: Banu.
Cox sag ol Nigar Ayseli daha yaxinda tanidiq

Siz də sağ olun,Banu xanım,xəbərin belə tez aktiv olacağını gözləmirdim.
Sitat: Vetenperver
Aysel xanım Aynur qadınlar üçün yaxşı insan ola bilər amma kişilərin nifrətini qazanıb.

Məncə ümumi deməsəz yaxşıdır yenə də siz nifrət edə bilərsiniz öz işinizdir.Bir də ki,niyə kişilər bu xanımlara nifrət etsinlər ki?
Aysel | 1 oktyabr 2014 19:14 | Status: Feminist | Şərh: 122
tesekkur ezizlerim, minnetdaram her birinize.... gozel dilekleriniz ucun var olun!
Teselkirler
Lumia | 1 oktyabr 2014 17:29 | Status: Professional user | Şərh: 5 378
Aysel xanima arzuladigi kimi xosbextlik ve ugurlar arzu edirem heyatinda.
Röyamsan. | 1 oktyabr 2014 16:16 | Status: Brilliant user | Şərh: 6 102
Maraqlı müsahibə olub canım. Aysel xanımıda yaxından tanımış olduq. love Həyatınızda uğurlar arzu edirəm sizə.
SEVA | 1 oktyabr 2014 14:39 | Status: Professional user | Şərh: 5 150
Allah mehriban etsin
sadəcə MƏN | 1 oktyabr 2014 14:36 | Status: Brilliant user | Şərh: 4 771
Oxudum müsahibəni, şad oldum tanışlığa.. Uğurlar həyatınızda və işlərinizdə.. Niquş, səni də.. 0109 ))
SULTANIM | 1 oktyabr 2014 14:32 | Status: Ekspert | Şərh: 4 742
Bu musahibe vasitesile Aysel xanimi yaxindan az da olsa tanidim. Nigara tesekkurler.
Aysel xanima da ugurlar arzu edirem.
Elgun_Azizov | 1 oktyabr 2014 13:51 | Status: Professional user | Şərh: 1 393
İnandırım AZnetdə ən köhnə bir şeydir bu yəni deməki yepyeni bir şeydir:)
SUallarında az və maraqsızdı incimə ama. Müsahibə götürəndə çalış sualları bir neçə gün düşün daşın qəşəh suallar ərsəyə gətir. Örgətməy kimi olmasın xəbərin sonunda maraq qatmmaq üçün yaza bilərdinki sualınız varsa ünvanlıyın cavablandırsın misalçün ən yahşı sual sahibinə bir status verəciy kiçiy bir həvəsləndirici nəsə.

Mahnını düzü birinci dəfədi eşidirəm qəşəh imiş :)

Müsahibə götürdüyünüz xanımada həyatında uğurlar.
Əkizim | 1 oktyabr 2014 13:11 | Status: Qonaq | Şərh: 0
AYSEL XANİM MASLLAH COX GOZEL BAXİMLİ XANİMSİZ ALLAH OMUR VERSİN
Aysel | 1 oktyabr 2014 13:05 | Status: Feminist | Şərh: 122
Nigar, her sey ucun tesekkur, gozelim. Diqqetine gore xususi minnetdaram.
Ve burdaki reyler ucun tesekkurler, ureyiniz var olsun!
Aytekin82 | 1 oktyabr 2014 12:19 | Status: Brilliant user | Şərh: 6 587
Ayselcim, adının mənasını düz verə bilməmisən
Əslində sən "işığını, nurunu sel kimi saçan Ay"san...
Ruhu poeziyaya, yaradıcılıq istəyinə köklənən hər bir şəxs menim də ürəyimdədir... 0109
winked
N....N92 | 1 oktyabr 2014 11:54 | Status: Professional user | Şərh: 4 351
Sitat: TENHA_MELEK
Allah mehriban Etsin Her Zaman.
Ay_Sun | 1 oktyabr 2014 11:52 | Status: Brilliant user | Şərh: 13 408
Allah mehriban Etsin Her Zaman.
ŞokaLaTovA PeÇeNyA. | 1 oktyabr 2014 10:55 | Status: Gümüş user | Şərh: 2 059
Aynur xanimi bura gelenden gormemisem 0116
Gülçin | 1 oktyabr 2014 09:25 | Status: Brilliant user | Şərh: 6 780
Maraqli musahibe alinib. Bu musahibeye gore Nigara tesekkur edirem. Aysel xanima da, heyatinda uqurlar arzulayiram.
SABINA | 1 oktyabr 2014 08:51 | Status: Professional user | Şərh: 7 410
allah mehriban etsin winked
Banu. | 1 oktyabr 2014 08:26 | Status: Admin | Şərh: 2 266
Cox sag ol Nigar Ayseli daha yaxinda tanidiq.
Facede unsiyyetim olsa da,yazilarinin daimi izleyicisi olsam da indi daha cox tanidim daha cox sevdim. Aysel canim Allah heyat yolunu daim aciq, ishiqdi etsin.Butun arzularina catasan InshaAllah.

Sitat: Vetenperver
.Aysel xanım Aynur qadınlar üçün yaxşı insan ola bilər amma kişilərin nifrətini qazanıb.

Aynuru yaxindan taniyan kimse onu sevmiye bilmez,nifreti hec demirem))
ehtibar | 1 oktyabr 2014 08:15 | Status: Gümüş user | Şərh: 2 547
xowbext olsun
b.x | 1 oktyabr 2014 07:57 | Status: Qonaq | Şərh: 0
aysel xanimi cox beyenirem,heyat uzunu guldursun insallah