www.azadqadin.az / Bizim kollektiv
Nigar həyatda kimin üçün yaşayır?
Nigar_ | 3-10-2014, 23:38
1 953 6

Az öncə userlərimizə vermişdim bu sualı...İndi öz dilimdən eşidin cavabını.....Əvvəldən deyim,kimin üçün maraqlı deyil oxumasın da şərh də yazmasın...
Allah
Mən həyatda hər kəsdən öncə Allahım üçün yaşayıram.Sonunda onun qarşısında layiqli cavab vermək üçün yaşayıram.Məni o yaradıb həyatım da ona məxsusdur istədiyində alıb imtahanlarımı bitirər istədiyində yaşadar,istədiyində güldürər və ağladar.Mənim üçün o var çünki mən olmadığımda da o var idi məni də o yaratdı.
Valideyinlərim
Allahım məni onların ailəsində dünyaya gətirdi,onlar üçün gözüyumulu ölümə gedərəm çoxları bunu söz üçün deyir amma mənim valideyinlərim bilirlər ki,mən dediyimi sübut edə bilirəm.Həyatda nə etsəm atamla anamın borcundan çıxa bilmərəm.
Sevdiyim
Həyatımı bölüşdüyüm və bölüşəcəyim insan.Bütün xoşbəxtliklərimin və bədbəxtliklərimin banisi.Çox xoşbəxtəm çünki sevilirəm,çox bədbəxtəm çünki sevirəm..))))
Övladım
Mənim canım oğlum...Allahımın mənə kim bilir hansı yaxşı əməlimə görə bəxş etdiyi hədiyyəsi.Onu vətənimizə,cəmiyyətimizə layiqli bir vətəndaş kimi yetişdirmək mənim borcum və bunu müvəfəqiyyətlə edəcəyimə əminəm.
Mənə ehtiyacı olan hər kəs
Xalqım,vətənim,mənə ehtiyacı olan,mənə dəyər verən hər kəs üçün yaşamam önəmli mənim üçün də onlar.
Dərdlərimin,sevincimin şəriki dostlarım
Siz də çox dəyərlisiniz,çox amma çox,həyatımın zinətləri.....
