www.azadqadin.az

Vətən sağ olsun!

Nigar_ | 3-08-2014, 18:26
1 963 5


Vətən sağ olsun!


Cəmiyyət müxtəlif xasiyyət və davranışlara, fərqli düşüncələrə malik insanlardan ibarətdir. Kiminsə fikri,düşüncəsi başqa birisi tərəfindən qəbul olunmaya bilər. Kiminsə həyat tərzi başqa birisi tərəfindən tənqid oluna, söylədikləri qəti şəkildə rədd oluna bilər. Lakin yer üzündə elə bir anlayış var ki,o kimliyindən,düşüncə və həyat tərzindən,xasiyyətindən,cinsiyyətindən,yaşından asılı olmayaraq hər kəs üçün müqəddəsdir.O vətəndir.Vətən elə bir amaldır ki,onun uğrunda canını qurban vermək böyük şərəfdir. Bu şərəfə nail olan qəhrəmanlarımızı şəhid adlandırırıq. Mübariz yolunun davamçıları... Şəhidlər...

Onlar son dəfə bu asimanı,bu mavi,aydın göy üzünü,son dəfə günəşin şəfaverici işığını,canlarını fəda etdikləri müqəddəs vətən torpağını seyr edərkən,bu həyatı tərk edərkən təəssüflənmirlər.Son dəfə qüvvələrini toplayırlar ki "Vətən sağ olsun!" desinlər....

Son- bu necə dəhşətli sözdür,bu üçhərfli sözdən sonsuz ağrının,əzablı göz yaşlarının,bitib-tükənməz dərdin qoxusu gəlir.Hansı ki,bu qoxu gəlib vətən uğrunda şəhid olan əsgərin anasına çatanda o elə bir fəryad qoparır ki,Naxçıvandan tutmuş Şuşaya,Laçına,Qubadan tutmuş Şirvana,Şamaxıdan Xaçmaza,Gəncədən Şəkiyə,Bakıya qədər bütün Azərbaycan bu fəryaddan titrəyir.Ana fəryadı.....Bundan dəhşətli,əzablı,ağrılı nə ola bilər?!Axı o əsgər də həyata hələ yenicə başlamış,hələ yaşanmamış itiridyi ömrünü anasına qurban etmişdir.Hamımızın anasına-Azərbaycana fəda etmişdir.Bunu şəhidin oğlu ilə bağlı arzuları,xəyalları iki damla göz yaşına çevrilib donub gözlərində qalmış anası da bilir.Oğlunu gözləyən,gözləyən və sonunda oğlunu deyil onun qara xəbərini alan gözlərində....Odur ki,nə qədər fəryad çəksə də,qışqırsa da,üz-gözünü al qana batırsa da,ağlasa da ürəyinin dərinliklərində oğlu ilə fəxr edir və bir cümlə ilə özünə təsəlli verir:

-Təki vətən sağ olsun!

Şəhidin qürurla,ləyaqətlə ölümünün şahidi olan dostları,yoldaşları da nə qədər ağır olsa da eyni cümləni təkrar edirlər:

-Vətən sağ olsun!

Ailəsi,dostları,qohum-qardaşları,tanıyanlar,tanımayanlar,acı xəbərdən sarsılmış bütün həmvətənləri,al qanına boyanmış ana vətən torpağı onu heç vaxt,heç vaxt unutmayacaq!!!

Fərqi yoxdur bu şəhid kim olur olsun,hansı bölgədə yaşayır yaşasın,qızlar,qadınlar onun ana-bacısının dərdinə şərik olur,onun üçün ağlayır,kişilər ona həsəd aparır,vətən onunla fəxr edir.Hər kəs bu cür qəhrəman oğlu dünyaya gətirən,ona süd verən ananın,onu tərbiyə edib,vətənə xidmətə yola salan atanın qarşısında baş əyir.

Bizim üçün hər verdiyimiz qurban,hər xəbəri çıxan şəhid bir sinə dağıdır.Sonsuz acıdır.Bu acıdan qurtulmaq olmur.Amma bundan da artıq biz onlarla qüur duyuruq,onlarla fəxr edirik.Çünki onlar elə bir məqsəd uğrunda canlarını qurban veriblər ki,bu müqəddəs amaldır və biz onu yaşadacağıq.Rahat yatın,əziz qardaşlar,bu vətən sizi unutmayacaq,sizi yaşadacaq!Üzərində ilk addımlar atdığınız,ona xidmətə getdiyiniz,üzərində şücaət göstərib,altında əbədi yuxuya daldığınız bu vətən gün-gündən çiçəklənəcək!Sizin qanınız da heç vaxt yerdə qalmayacaq!

Bu cür oğulları olan vətən basılmaz,bölünməz,həmişə yaşayar və canını ona fəda edib əfsanəyə çevrilən oğullarını da bircə-bircə öz qəlbinə hopdurar.Rahat yatın,çünki siz ana vətənin qucağındasız,bu torpaq heç vaxt,yadellilərin tapdağını qəbul etməz!



ALLAH bütün şəhidlərimizə rəhmət etsin!


Redaktə etdi: Röyamsan.


guldeniz | 13 dekabr 2015 21:35 | Status: Professional user | Şərh: 1 641
Sitat: dılay
Sitat: vanessa
ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ETSIN,QEBIRLERI NURLA DOLSUN,AMIN
dılay | 30 noyabr 2015 21:07 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: vanessa
ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ETSIN,QEBIRLERI NURLA DOLSUN,AMIN
gulnar 2 | 5 mart 2015 00:16 | Status: Şərhçi | Şərh: 313
Allah bütün şehidlere rehmet etsin
vanessa | 4 avqust 2014 22:57 | Status: Qonaq | Şərh: 0
ALLAH BUTUN SEHIDLERIMIZE REHMET ETSIN,QEBIRLERI NURLA DOLSUN,AMIN
Röyamsan. | 4 avqust 2014 22:52 | Status: Brilliant user | Şərh: 6 102
Allah bütün şəhidlərimizə rəhmət etsin.