www.azadqadin.az / Xəbəriniz olsun!

Azadqadin.az saytının rəhbəri hədələnir

Banu. | 24-04-2013, 12:30
7 304 68



Bir neçə gün öncə facebook sosial şəbəkəsində Azadqadin.az saytının rəhbəri Aynur Qurbanqızını təhqir etmək məqsədilə fotosu yayınlanmış, təhqiredici sözlərlə yanaşı xanım jurnalistin əlaqə telefonları da şəkilin üzərində yer almışdı.

Aynur Qurbanqızı Qaynar.info-ya verdiyi açıqlamasında bildirib ki, ona qarşı edilən bu hərəkətin qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət edib. Nəticədə xanımın şəkli facebookdan qaldırılsa da, Qurbanqızı Rüfət Vəlizadə adlı şəxs tərəfindən hələ də hədələnir.

Xanım jurnalist bildirdi ki, Rüfət Vəlizadənin çirkin əməlləri bununla bitməyib, o həmçinin Azadqadin.az saytının fəaliyyətinə də ciddi ziyan vurub.

Bütün bunların baş verməsinə səbəb isə, Rüfət Vəlizadənin A.Qurbanqızının saytının yeni dizaynını yığdırmaqdan vaz keçməsi olub: "Azadqadın.az 2 ildən artıqdır ki, fəaliyyət göstərir və kifayət qədər böyük oxucu kütləsinə malikdir. Saytın görünüşü və idarəetmə sistemi günün tələblərinə cavab vermədiyi üçün dizaynın dəyişdirilməsinə böyük zərurət yaranmışdı. Qeyd edilənləri yerinə yetirmək məqsədi ilə bu sahə üzrə çalışan Rüfət Vəlizadə adlı bir şəxslə danışıqlara başladıq. İlk növbədə Rüfət Vəlizadə saytın hostinq serverini dəyişdirməli olduğumuzu və özünə məxsus olan hostinq serverindən yerləşdiriləcəyi halda işə təminat verəcəyini bildirdi. Daha sonra Rüfət Vəlizadə qeyd edilən tapşırıqları yerinə yetirə biləcəyini deyərək, qarşılığında isə 1200 AZN istədi”.

A.Qurbanqızı sonradan Rüfət Vəlizadənin ondan artıq pul aldığını və və gördüyü işin isə plagiat olduğunu öyrənir və əməkdaşlığa son verilməsini istəyir: "Mən yenə də normal əməkdaşlıq şərtlərinə uyğun olaraq, əvvəl beh kimi odədiyim 300 AZN ilkin ödənişi də istəmədim və qarşı tərəflə artıq əməkdaşlıq etmək etmədiyimi bildirdim. Qarşılığında isə, ilk öncə qarşı tərəfdən şəxsimə yaraşdırmadığım danışıq və münasibət, nəlayiq sözlər eşitdim. Bütün bunlara baxmayaraq əlavə problemlər yaranmasın deyə susdum”.

Aralarında yaranan mübahisədən sonra Rüfət Vəlizadə ilk öncə saytın əvvəlki saxlanıldığı hostinq serverinə girərək, bütün informasiyanı silir.

R.Vəlizadə daha iyrənc addım ataraq, xanım jurnalistin şəklini, üzərində əxlasız sözlər və nömrəsini yazaraq özünə məxsus facebook səhifələrdə və joy.az saytında yayımlayır. Hüquq mühafizə orqanlarının müdaxiləsindən sonra şəkil silinir.

Aynur Qurbanqızı baş verənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib: "O, "pulum və vəzifədə adamlarım var, sənin başına oyun açacam, mənə heç nə edə bilməzsən” deyib məni təhdid edir.

A. Qurbanqızı bu müddət ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məsələnin dərindən araşdırılmasını, günahkarların layiqli cəzalarını almasını hüquq –mühafizə orqanlarından xahiş edib.

Qaynar.info

  1. ESMERRi | 9 aprel 2016 20:41 | Status: Brilliant user | Şərh: 5 379
    Sitat: N....N92
    Allah komeyiniz olsun sizi qorusun
  2. N....N92 | 12 iyul 2014 18:07 | Status: Professional user | Şərh: 4 352
    Allah komeyiniz olsun sizi qorusun
  3. SABINA | 10 iyul 2014 09:42 | Status: Professional user | Şərh: 7 410
    BELE DE OLURMUS DEMEK 0104
  4. Gulshen. | 16 fevral 2014 18:58 | Status: Qonaq | Şərh: 0
    Aynur Allah yardimciniz olsun

    Aynur xanim
  5. Nigar | 14 fevral 2014 22:52 | Status: Gümüş user | Şərh: 6 064
    Sitat: sweet_girl
    QADIN GUCLU VARLIQDI.YERI GELSE QALDIRAR,YERI GELSE AWAGILAYAR.KIWI,KIWI KIMI HEREKET EDER,DAHA BELE YOX.BELELIRI ADAMI ESEBILEWDIRIR.

  6. Nigar | 15 dekabr 2013 19:54 | Status: Gümüş user | Şərh: 6 064
    Neyse daa demeye sozum yoxdur
  7. Ayten Hesenzade | 26 noyabr 2013 12:52 | Status: Şərhçi | Şərh: 243
    biyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
  8. sweet_girl | 22 noyabr 2013 22:01 | Status: Şərhçi | Şərh: 585
    QADIN GUCLU VARLIQDI.YERI GELSE QALDIRAR,YERI GELSE AWAGILAYAR.KIWI,KIWI KIMI HEREKET EDER,DAHA BELE YOX.BELELIRI ADAMI ESEBILEWDIRIR.
  9. Namlet | 21 sentyabr 2013 21:12 | Status: Qonaq | Şərh: 0
    Aynur Qurbanqizi kimi her qadin namuslu eqideli xanim olsun HELE RUFETESOZUM KİŞİ HEYATDA VARİN İTİRER DOVLETİN İTİRER AMMA QADİN QARŞİSİNDA KİŞİLİK QURURUN İTİRMEZ BU MESELİ OZUNE GOTUR SENİNDE NESLİNDE QADİN VAR KİMSE SENE AYNUR XANİMA ETDİYİNİ EDER YA DA ALLAH SENE TEZLİKLE BİLDİRER AMİN MENSENİ COOK İSTEREM AYNUR QURBANQİZİ
  10. elif12 | 2 sentyabr 2013 22:30 | Status: Şərhçi | Şərh: 343
    bele alcaqlara mwhkeme dusur.aynur xanim size hec ne olmasin.
  11. AQSIN SELIMLI | 13 avqust 2013 01:42 | Status: Qonaq | Şərh: 0
    ecebb edibb
  12. aysel22 | 3 iyul 2013 17:54 | Status: Qonaq | Şərh: 0
    bele yersiz insanlar coxdu heyatda bow verin.onlara kiwi demeyede dilim gelmir.
  13. Girl | 30 iyun 2013 17:53 | Status: Professional user | Şərh: 8 206
    imkan vermezlerki camaat oz isini gorsun paxildilarda paxil fikir vermeyin
  14. yanina | 12 iyun 2013 15:40 | Status: Şərhçi | Şərh: 384
    allah onun ceasini versin bele alcaq kisilerdide qadinlarin qarsisini kesen.uzulmeyin AYNUR xanim
  15. niki love | 12 iyun 2013 13:45 | Status: Qonaq | Şərh: 0
    fikir vermeyin. Allah beterinden qorusunsizi
  16. Fatima Q. | 6 iyun 2013 01:32 | Status: Gümüş user | Şərh: 984
    A. Qurbanqızı bu müddət ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məsələnin dərindən araşdırılmasını, günahkarların layiqli cəzalarını almasını hüquq –mühafizə orqanlarından xahiş edib.


    Statin Sonu! UGURLAR!
  17. Nazli wirin | 2 iyun 2013 23:39 | Status: Şərhçi | Şərh: 284
    adam bele weyler gorende qorxure valla Aynur xanim Allah qorusun sizi
  18. mehimim | 27 may 2013 23:59 | Status: VİP user | Şərh: 663
    allah beterinden saxlasin
  19. milaska-meryem | 27 may 2013 16:40 | Status: Şərhçi | Şərh: 129
    Azerbaycanda bele kisicikler coxdu,qadindan istifade edib ciblerini doldururlar.
  20. MELEK_ | 8 may 2013 18:03 | Status: Professional user | Şərh: 3 949
    Allah komeyin olsun
  21. NURLU | 6 may 2013 06:44 | Status: Professional user | Şərh: 5 554
    Allahsiz insanlardida.
  22. KEMALE MEMMEDOVA)))))))))) | 5 may 2013 21:44 | Status: Qonaq | Şərh: 0
    Sitat: leyla#
    Diqqət! Sizin gizli mətnə baxmağa hüququnuz yoxdur.
    hec kim oz qabagina baxmiree vallah herkesin gozun onun bunun qabagindadi
  23. Mickey Mouse | 4 may 2013 13:51 | Status: Professional user | Şərh: 4 008
    Mende deyirem niye azadqadin.az saytini acanda joy.az gelir.
  24. SaPir | 3 may 2013 01:34 | Status: Yazar | Şərh: 979
    Sitat: dowann
    Bir az duwunce qabiliyetiniz olsun

    axirinci insansan ki dushunceni senden oyrenecem. qorusun haqqini mene ne? cixsin camaatin oglunun seklini qoysun ustunden de eclaf alcaq yazsin, sonra desin hay namusuma soz geldi. siz allah ozunuzu gulunc hala qoymayin. qadin haqqlari deye deye birinci ele bu saytda qadin haqqlarini pozur. qizi balaca oldu ya boyuk oldu ne ferqi, olan onsuzda o yaziq qiza olacaq, ana olan adam bir az qizini dushuner. Azerbaycanda yashayirsiniz!!!
  25. dowann | 2 may 2013 15:13 | Status: Şərhçi | Şərh: 110
    Sitat: SaPir
    heqiqeten ne olubsa hec kim bilmir, hec kim arada olmayib, yazi da bir terefli yazidir, normal olaraq bir insanin kimle ise sozu duz gelmeyende durub onu teriflemir. mene gore ise bu munaqishede hec kim haqli deyil. Aynur ilk onun sheklini yayib haqqinda alcaq eclaf kimi sozler ishletmishdi. bele baxanda bu oglanin yashi az gorunur. oglana da haqq vermirem, kishiliyine soz yazmiyacam, cunki kim oldugunu bilmirem, amma yarashdirmadim bir qadin haqqinda bele sozler yazmaq.
    Men Aynurun yerine olsaydim bele 4 yana hay kuy salmazdim. problem var qanun ile hell ele neye lazim bele sozler yazmaq. hele ustelik bir qiz ushagim varsa, her addimimi 100 defe dushunub her sozumu ise 1000 defe dushunub deyerdim. hele yashadigim yer Azerbaycandirsa.

    Sen niye camaatn qizini ortaya soxursan ne olsun qizi var.Qizi var deye haklarn qoruya bilmez.Lap ele daniwdizki eseb kecirdim.sozun var sozunu de ta qizini ortaya soxma unutmaki o,hele uwaqdir ve adi bele sohbetlerde cekilmemelidir.Bir az duwunce qabiliyetiniz olsun
  26. Saida Kerimova | 28 aprel 2013 22:47 | Status: Professional user | Şərh: 1 672
    Sitat: Lola.
    Kiwi olsaydi qadina qarwi bele etmezdi.
    --------------------
    agzina saqliq kisi qadini tehqir etmez kisiye yarasan hereket deyil cezasini cekecek

    --------------
  27. aysu tuncay | 27 aprel 2013 18:31 | Status: Şərhçi | Şərh: 212
    xoflu insandida qadina qarsi bele olmaz
  28. leyla# | 25 aprel 2013 14:44 | Status: Şərhçi | Şərh: 371
    [hide][/hide]hec kim oz qabagina baxmiree vallah herkesin gozun onun bunun qabagindadi
  29. Lola. | 25 aprel 2013 14:06 | Status: Professional user | Şərh: 2 230
    Sitat: important
    Kiwi olsaydi qadina qarwi bele etmezdi.
    --------------------

    agzina saqliq kisi qadini tehqir etmez kisiye yarasan hereket deyil cezasini cekecek
  30. Nurgul Ali | 25 aprel 2013 12:48 | Status: Gümüş user | Şərh: 760
    Aha yadima duwdu bu oglan Receb Ivedike oxwayir.