Layihələr / Xoşbəxtlik düsturu

Arvadı ilə cinsi əlaqəyə girmək istəyən nişanlı oğlanı tutdu - AZƏRBAYCANDA ŞOK HADİSƏ

Banu. | 9-05-2020, 10:38
128 0
Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Seymur Məmmədovun məhkəməsi başa çatıb.
Rayonun Musalı kənd sakini Siruz Nəsirov 2018-ci ilin fevral ayının ortalarından etibarən Seymur Məmmədovun evdə olmadığı hallarda bir neçə dəfə axşam saatlarında onun evinə gəlib.
O, ev sahibinin arvadına cinsi əlaqədə olmağı təklif edib. Seymur Məmmədov bu barədə arvadından məlumat aldıqda Siruz Nəsirovu öldürmək qərarına gəlib. Əvvəlcə Siruzun başına oyun açmaq, kənd sakinləri arasında rüsvay etmək isyəyib.
Amma sonradan o, Siruz Nəsirovun arvadına olan təklifi şəxsən eşidib əmin olmaq istəyib. Bunu eşidəndən sonra Siruz Nəsirovu öldürəcəyini özündə qətiləşdirib. Məqsədini həyata keçirmək üçün 1 mart 2018-ci il tarixdə kustar üsulla hazırlanmış daş çəkicini arvadının xəbəri olmadan evin dəhlizindən götürüb və mətbəxdəki pəncərənin qarşısına qoyub, üzərinə pərdəni çəkib ki, heç kim çəkici orada görməsin.
Daha sonra Siruzun evə gəlməsini gözləyib. Saat 22 radələrində yaşadığı evdə olarkən evin pəncərəsinə fənərlə işıq salındığını görüb. O, həyətinə gələn şəxsin Siruz olduğunu bilərək mətbəxə keçib, daş çəkicini gizlətdiyi yerdən götürüb, mətbəxin giriş qapısının arxasında gizlənib. Siruz Nəsirov həmin vaxt evə daxil olub, mətbəxdə onun arvadına yaxınlaşaraq onunla cinsi əlaqədə olmağı israrla təklif etməyə başlayıb.
Bu zaman Seymur Məmmədov daha da qəzəblənərək qəflətən qapının arxasından çıxıb. O, əlindəki daş çəkici ilə Siruz Nəsirovun sağ gicgah-təpə, sol üz-çənə və sol gicgah nahiyələrindən üç dəfə ardıcıl zərbələr vurub. Siruz Nəsirov aldığı xəsarətdən hadisə yerində ölüb.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Siruz Nəsirov nişanlı olub.
İstintaq orqanı tərəfindən Seymur Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Siruz Nəsirovun hüquqi varisi, atası İlham Tarverdiyev apelyasiya şikayəti verib.
İlham Tarverdiyev şikayətində göstərib ki, Seymur Məmmədov əvvəlcədən bu cinayəti arvadı ilə birlikdə planlaşdırıb və Siruz Nəsirovu xüsusi amansızlıqla öldürüb.
İlham Tarverdiyev qeyd edib ki, bu səbəbdən məhkəmə kollegiyasının bu qanunsuz qərarı ləğv olunmalı, Seymur Məmmədovun əməli xüsusi amansızlıqla və qrup halında törədilmiş cinayət kimi tövsif olunmalıdır.
Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Seymur Məmmədovun barəsində olan ittihamın ağırlaşdırılması ilə bağlı zərərçəkmiş tərəfin verdiyi şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan zərərçəkmiş tərəf Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.
Zərərçəkmiş tərəfin kasasiya şikayəti də təmin olunmayıb.Publika.az