Layihələr / Xoşbəxtlik düsturu

Bakıda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

Banu. | 19-03-2020, 10:07
60 0
Bakıda hamilə qadın ürək çatışmazlığından ölüb.
Hadisə paytaxtın Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında baş verib.
Gəncə şəhər sakini, 22 həftəlik hamilə olan 1989-cu il təvəllüdlü Ş.Mustafayevaya “mitral qabağın protezinin trombozu” diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilsə də, 31 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. Qadınla birlikdə bətnindəki körpə də tələf olub.
İlkin məlumata görə, Ş.Mustafayeva beş il əvvəl ürək əməliyyatı keçirib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.Oxu.az