Layihələr / Xoşbəxtlik düsturu

Bakı metrosunda qadına qarşı xoşagəlməz hərəkət

Banu. | 7-03-2019, 14:20
276 0

Bakı metrosunda qadın qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 5-də metronun “Nizami” stansiyasının platformasında içərisində 46 manat pulu və sənədi olan pulqabısının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Q.Salmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.BAKU.WS