Layihələr / Xoşbəxtlik düsturu

Xoşbəxt olmaq istəyənlər üçün ŞAD XƏBƏR

Banu. | 21-11-2018, 17:48
652 0

İndi xoşbəxt olmaq elə də çətin deyil. Sadəcə bunu bacarmaq lazımdır. Alimlər müasir insanın xoşbəxt olması üçün sizə ip ucları verir.
Xoşbəxt insanların etməli olduğu vərdişləri sizə təqdim edirik.
1. Kin və nifrətdən xilas olun
Bu həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən yaxşısı pozitiv olmaqdır. Gülümsəyin!
2. Hər kəsə yaxşı davranın
Ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq. Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı davranın!
3. Problemlərinizi üstünlük olaraq görün
Heç də həmişə problem özü ilə əlavə problem gətirmir. Çətinlik yaşadığınızda da bunu üstünlük kimi görün. Bu sizi növbəti çətinliklərə hazırlayır. Üstəlik, qazandığınız uğurlardan dad çıxarmağınza da səbəb olur.
4. Şükür etməyi bacarın
Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də çətin deyil.
5. Xəyallarınız böyük olsun
Olduqca böyük xəyallar qurun ki, fəth etdiyiniz zirvələr də yüksək olsun. Nə qədər az və kiçik xəyallar qursanız, əldə etdikləriniz də bir o qədər kiçik olacaq. Yüksəkliyə qalxmaq üçün ideyaların aliliyi mütləqdir.
6. Hər şeyə əhəmiyyət verməyin
Hər şeyin fikrini etməyin. Nə qədər ki, hər şeyi özünüzə problem etsəniz, bir o qədər tez qocalacaqsınız. Hər şey haqqında çox düşünmək sizə xoşbəxt olmağa imkan verməyəcək.
7. Başqaları haqqında yaxşı danışın
Birinin yanında digəri haqqında pis danışmağa dəyməz. Çünki bu onu deyil, sizi danışdığınız adamın yanında pis edəcək. Özünüzə və ətrafınızdaklara qarşı nə qədər pozitiv olsanız bir o qədər xoşbəxt olarsınız.
8. Bəhanə axtarmayın
Nə isə etmək üçün gec qalmayın. Hansısa işi görməmək üçün bəhanəyə ehtiyac yoxdu. Bəlkə də bəhanələrlə sabaha saxladığınız şeylər xoşbəxtliyinizə səbəb olacaq.
9. Hər səhər eyni saatda oyanın
Tənbəllikdən hələ ki, xeyir görən olmayıb. İşinizin olub-olmamasından asılı olmayaraq, hər səhər eyni saatda yuxudan durmaq əhvalınıza müsbət təsir edəcək. Bəli, bu, o qədər də asan deyil. Ancaq xoşbəxtlik üçün vacibdir.
10. Pozitiv insanlarla vaxtınızı keçirin
Ətrafınızda nə qədər pozitiv insan olsa, sizin üçün bir o qədər yaxşıdır. Bəlkə də göydəndüşmə şansdır. Pozitiv dostlarınızın olması xoşbəxtliyiniz üçün bir vasitədir.
11. Başqalarının fikrinə ehtiyac duymayın
Bir iş görmək üçün başqalarının rəyini gözləməyin. Kiminsə sizin gördüyünüz işi bəyənməməsi əhvalınızı korlamasın. Əsas olan sizin o işi bəyənməyinizdir. Başqalarının deyil, özünüzün istədiyiniz şeyləri edin.
12. Sosial çevrənizi genişləndirin
Maraqlı və fərqli insanlarla münasibət qurun. Sosial dostlar qazanın. Hər yaşdan və kateqoriyadan olan insanlarla dostluq etməkdən qorxmayın.
13. Dinləməyi öyrənin
Xoşbəxt olmaq üçün vacib olan əsas məqamlardan biri də budur. Danşmaqdansa dinləməyə üstünlük versəniz, bunun sizə necə müsbət təsir etdiyini görəcəksiniz.
14. Qidanıza fikir verin
Nə qədər keyfiyyətli qidalansanız, səhhətinizlə bərabər, əhvalınıza da müsbət təsir edəcək. Unutmayın ki, hər şeyin başında sağlamlıq gəlir.
15. İdmanla məşğul olun
İdman sizin gümrahlığınızı artıracaq. Əzgin bədən və əhvalla siz heç vaxt xoşbəxt ola bilməyəcəksiz.
16. Dürüst olun
Yalan danışmaq daimi olaraq narahatlıq yaradacaq sizdə. Bu cür həyat yaşamaq maraqsızdır. Özünüzə və ətrafınızdaklara qarşı dürüst olun.
17. Dəyişə bilmədiyiniz şeyləri qəbul edin
Həyatda hər şey insanın istədiyi kimi olmur. Vaxt və enerji sərf edib onları dəyişməkdənsə, olduğu kimi qəbul etməyə çalışın.