Layihələr / Xoşbəxtlik düsturu

Evliliyin düşmənləri

leyla meherremova | 13-10-2013, 18:00
4 725 33
 
http://img-fotki.yandex.ru/get/6522/48540211.3d/0_c7434_cd1b8e75_L.png


İnsan həyatının ən əhəmiyyətli və sevincli anlarından biri də "evlilik"-dir. Böyük ümidlər və xəyallarla bir ailə qurulur, yaşanacaq yer, istifadə ediləcək mebel diqqətlə seçilir, çoxlu alış-veriş edir və onlarla xoşbəxt olmaq xəyalları qurular...
İki ayrı şəxsiyyətdə və mədəniyyətdə insan bir müddət sonra müzakirə, döyüş etməyə başlayar. Beləcə heç də arzu edilməyən, anormal bir atmosfer meydana gələr. Bu mühitin meydana gəlməsində şəxslərin  xarakterleri, davranış formaları, vərdişləri, inancları, qorxuları, asılılıqları, kompleksləri, arzuları,istəkləri və s. rol oynayar. Artıq aradakı istilik və səmimiyyət itməyə başlamış, çılğın eşq ortadan qalxmışdır.
Ünsiyyətdə bir-birini dinləməmiz , anlamağa çalışmaq və düşünülməmiş fikirlərlə hərəkət etmək, özünü kifayət qədər ifadə etməmək və ya edə bilməmək döviyyəyə girdikdə evliliyin sonu kompleks hala gəlir. 
Əlaqə və davranış səhvləri. Evlilikdə "evliliyi bitirmək" qədər yara vura bilən ünsiyyət və davranış səhvləri bunlardır:

1. Dağıdıcı tənqiddə olmaq
" Sən həmişə beləsən. Onsuz da bir gün belə olsun məni dinləmədin. Həmişə qışqırırsan. Filan yoldaşından ibrət götür. Məni əsəbləşdirməkdən zövq alırsan." şəklindəki ifadələri, həyat yoldaşınızı günahlandırıcı, mühakiməçi və incidici tənqidlərdir. Halbuki ünsiyyətdə "məni" istifadə etdiyimizdə yoldaşınıza belə deyə bilərisiz: "Mən bu sözündən və ya davranışından ötəri çox kədərləndim, xəyal qırıqlığı yaşadım." Bu ifadə daha incə və yumşaq olduğundan, ayrıca adamda meydana gətirdiyi duyğunu da hadisəyə baxdığında, yoldaşınıza müsbət istiqamətdə təsir edə bilər.

2. Dəyişdirmək
"Həmişə beləsən. Belə edirsən. Onsuz da səndən başqa şey da gözlənilməzdir. Eqoist. Heç dəyişmirsən. Bu xasiyyətin anandan, atandan yoluxub. Bir gün də yaxşı tərəfini görə  bilərəmmi? " tərzindəki ifadələr, həyat yoldaşını bir qəlibə salan və damğalayan ifadələrdir. Məntiqi olaraq düşündüyümüzdə, madam ki, yoldaşınız dediyiniz kimi "həmişə elədir", illərdir dəyişmir, yaxşı bəs siz nə nisbətdə dəyişdiniz? Məsələn, siz də illərdir yoldaşınıza eyni cümlələri və mühakimələri  təkrarlayıb dayanırsınız, o halda siz də "həmişə eləsiniz." Özünüzə dönün və işə özünüzü dəyişdirməklə başlayın. "Hər kəs əvvəl ətrafı dəyişdirməyə çalışır, lakin heç kim özünü dəyişdirməklə işə başlamaz", sözünü unutmayın!
http://img-fotki.yandex.ru/get/4126/48540211.45/0_cc3b1_3663d3b2_L.png

3.Ağlını oxumaq
Evlilikdə əlaqə pozulmağa və bədbəxtliyi ortaya çıxmağa başlayınca araya məsafələr girər. Davamlı döyüş, kədər, bir nöqtədə cütləri səssizliyə və öz dünyalarına itələyər. Lakin burada şifahi ünsiyyət yerinə sözsüz ünsiyyət , yəni davranışlardan mənalar çıxarıb yoldaşı mühakimə etmək başlayır. " Bax yenə qız idi. Baxışlarından anladım. Sən elə demək istəmədin. Sənin başın içində nələr var, çox yaxşı bilirəm. Sənin nə xainliklərin olduğunu təxmin edirəm." tərzindəki yanaşmalar, sizin jest və mimikalar, hal və hərəkətlərindən mənalar çıxarmağa istiqamətlidir. Təbii ki, bunlardan yola çıxaraq onun düşüncələrini oxuma kimi bir səhvin içinə girilmiş olunur.
 
4. İşi yoxuşa sürmək
Zamanla cütlüklərdən birində müsbət bir dəyişiklik olmuşdur və ya getdikləri həkimi dinləmiş və kişi mənfi bir davranışından imtina etmişdir, digər tərəfin: "10 ildir sənə söylədim, amma məni dinləmədin sonunda dediyimə gəldin. Başqası deyincə dahamı qiymətli olur?" formasındakı danışmaları, həyat yoldaşı üzən və geriyə döndürə biləcək tərzdədir. Halbuki: "Bu dəyişiklikdən ötrü çox xoşbəxtəm, sevincliyəm, çox xoşuma gəldi. Gəl birlikdə plan quraq, başqa nələrimizi dəyişdirə bilərik gəl onları danışaq. Bir-birimizə kömək edək" tərzində bir dialoq qurularsa müsbət dəyişiklik yaranmış və davamı üçün də təşviq edilmiş olunar.

5. Davamlı keçmişi gətirmək
Hər kəsin evliliyində, keçmişdə yaşadığı mənfi bir xatirələr vardır. Ailə döyüşləri, incikliklər, xəyanətlər, kiçik düşünmələr, xəyal qırıqlıqları, və s. ...
http://img-fotki.yandex.ru/get/6431/48540211.44/0_cc003_362af503_L.png
 6. Keçmişdə yaşananlar
Keçmişdə yaşanan pis bir hadisəni  davamlı olaraq gündəmə gətirmək çətinlik gətirər və problemlərin çıxılmaz olmasına səbəb olur. "Evliliyin ilk illərində mənə etdiklərini heç unuda bilmirəm. Səni bağışlamıram. Anan üzündən mənə belə davranmışdın. Anan, atan mənə belə etmişdilər və sən məni tək buraxmışdın", formasındakı ünsiyyətsizlik yerinə, belə müsbət bir dillə belə deyilə bilər: " Evliliyin ilk ddövrlərinə görə daha fərqlisən, mən də səhvlərimi düzəltdim. İndi daha yaxşı bir nöqtədəyik". Bu yanaşma diqqət çəkir, müsbət mühit meydana gəlir və  motivasiya artır.


7. Sözünü kəsmək və səsi yüksəltmək
Ünsiyyətdə ən əhəmiyyətli xüsusyyət, danışan insanı sonuna qədər dinləmək, çox lazımdırsa aralarda müdaxilə etməkdir. Dinləməmiz və özümüzü izah etməmiz lazımdır. Bunun yolu da hörmətlə dinləmək və səs tonunu yüksəltməməkdir, insanı təzyiq altına almamaqdır.


8. Özünü terapevt yerinə qoymaq
"Sənin xəstə olduğunu, bunun səbəblərini də bilirəm. Sənin nə zəif cəhətlərin var, hamısını kəşf etdim. Nə etmək lazım olduğunu deyərəm, amma sən mənə qulaq asmırsan . Mənə qulaq assan həkimə filan ehtiyac olmaz. Nəyə lazımdır? Həkimin etdiyini mən sənə həm də pulsuz edərəm, o pulla da gedib yemək yeyərik!" Həyat yoldaşın, nə qədər məlumatlı və təcrübəli olursa olsun, özünü həkim yerinə qoymamalıdır, çünki bir şey dəyişməz, həyat yoldaşınız sizi dinləməz və müqavimətlə qarşılaşarsınız. Buna görə "yaxşı bir yoldaş, sirdaş, dost, sevgili, məşuq "  olun, vəziyyət necə olsa, ona elə davranmalısınız.
http://img-fotki.yandex.ru/get/6423/48540211.3a/0_c6a32_6e913dd8_L.png


Evliliklə bağlı təkliflər

Bir-birinizdən qorxmayın, çəkinməyin, utanmayın.

Düşüncələrinizi, duyğu və əsəbinizi uyğun sözlərlə bir-birinizə başa salın.

Bir-birinizin sözünü kəsmədən dinləyin və dinlədiyinizi qarşı tərəfə göstərin.

Danışmaga bir sevgi və hörmət sözü ilə başlayın.

Yoldaşınızdan sorğular və cinayətlər tərzdə sual soruşmayın.

 Duyğularınız mövzusunda bir-birinizi mühakimə, duyğuların mübahisəsini etməyin.

 Yalan söyləməyin, açıq və dürüst olun.

 Bir-birinizə "tək qalma" haqqı tanıyın.

Yoldaşınızın xüsusi zövqlərini paylaşmasanız da diqqətinizi göstərin.

Cinsi həyatınıza yenilik gətirin.

Tənqidlərinizin dağıdıcı olmamasına diqqət edin, həyat yoldaşınızın müsbət davranışlarını mükafatlandırın, diqqətini çəkin.

Axşam yeməklərində bir yerdə olmağa, içdən və isti söhbətlər etməyə cəhd göstərin.

 Bir-birinizə sürpriz edin, xüsusi günlərinizi unutmayın.
http://bestgif.narod.ru/cvety/bestgif.narod.ru_2137.gif

 Unutmayın, evliliyinizə nə versəniz onu da alarsınız!
 

ESMERRi | 15 aprel 2016 17:40 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: N....N92
tesekurler
N....N92 | 30 noyabr 2014 14:25 | Status: Professional user | Şərh: 4 351
tesekurler
boris arxan | 18 noyabr 2014 00:40 | Status: Professional user | Şərh: 4 784
Sitat: nurla
tesekurler cox maraqliydi hemde dogrudur
shela | 19 avqust 2014 16:02 | Status: Gümüş user | Şərh: 2 910
Sitat: ay gunes
tewekkurler
Nergiz love | 1 mart 2014 01:00 | Status: Professional user | Şərh: 7 871
ela xeberlerdi tsk
Gulshen. | 14 fevral 2014 08:32 | Status: Qonaq | Şərh: 0
Mukemmeldi melumat
nurla | 4 dekabr 2013 01:02 | Status: VİP user | Şərh: 824
tesekurler cox maraqliydi hemde dogrudur
ay gunes | 29 oktyabr 2013 21:27 | Status: VİP user | Şərh: 916
tewekkurler
su peerisi | 15 oktyabr 2013 20:51 | Status: Gümüş user | Şərh: 955
Tesekkurler.
nergiz_zz | 15 oktyabr 2013 18:34 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN.....MARAQLI XƏBƏRDİ..
Just me | 14 oktyabr 2013 19:06 | Status: Professional user | Şərh: 1 296
gozel ve maraqli xeberdi canim cox sag ol
gul kokusu | 14 oktyabr 2013 10:53 | Status: Gümüş user | Şərh: 1 472
gozel ve maraqli xeberdi...ammma menlik deyil.....tewekkurler canim.
Qanad | 14 oktyabr 2013 08:19 | Status: Yazar | Şərh: 4 357
[b]
Bir-birinizin sözünü kəsmədən dinləyin və dinlədiyinizi qarşı tərəfə göstərin.

Danışmaga bir sevgi və hörmət sözü ilə başlayın[/b
]

[b]TAMAMILE DOGRUDUR.[/b]
HAYATyolu | 13 oktyabr 2013 23:29 | Status: Şərhçi | Şərh: 242
maraqlidir twk
DENIZ QIZI3 | 13 oktyabr 2013 23:04 | Status: Gümüş user | Şərh: 3 858
tesekkurler Leyla xanim.
Lumia | 13 oktyabr 2013 22:50 | Status: Professional user | Şərh: 5 378
Burda yazilanlar dogru olsa da,hec de butun insanlar buna emel ede bilmir,ede bilmez de.Xarakterler ferqlidir,veziyyetler ferqlidir.Men oz adima deye bilerem ki,esebiyem,eseblesende agzima yiyelik ede bilmirem,cox agir sozler cixir dilimden,bir insani sindiracaq ve omur boyu yaddan cixmayacaq sozler.Amma sonra cox pesman oluram.Ona gore de yoldasim maximum derecede calisir ki,aramizda soz sohbet yaranmasin.
Alice | 13 oktyabr 2013 22:33 | Status: Professional user | Şərh: 5 020
Sitat: ALLEGRETTO
Sitat: alice.
Zahiri cəhətdən cəmiyyətin kiçik hissəsi olan ailə əhəmiyyət baxımından onun əsas dayaq sütunlarından birini təşkil edir. Cəmiyyətdə sağlam ruhlu insanların yetişməsində ailənin rolu danılmazdır. Kişi və qadın arasındakı səmimiyyət, qarşılıqlı güzəşt, mehribanlıq isə möhkəm ailənin qarantıdır.Allah-Təala Qurani-Kərimdə "Rum" surəsinin 21-ci ayəsində buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…".
Bəzən başqalarına qarşı diqqətli, mehriban davranan ailə üzvlərinə qarşı kobudluq edən şəxslərlə rastlaşırıq.amma hər kəsə qarşı ailəyə və digərlərinə qarşı mehriban olmaq lazımdı hər zaman.
MAŞALLAH SİZ LAP İNSAN VƏ CƏMİYYƏT MÜƏLLİMİ KİMİ ŞƏRH YAZDIZ...MƏN TARİXİ-NADIRI YARIYA KİMİ OXUMUŞAM AMMA TAMDA ANLAMADIM YAZDIQLARINIZI .. wink

-- Xeyir insan və cəmiyyət müəllimi deyiləm.Sadəcə diqqətlə oxuyub başa düşməyə çalışmağınız yetər... Yəqin ki,bu dəfə oxuyub başa düşərsiz nə demək istədiyimi...
ALLEGRETTO | 13 oktyabr 2013 21:41 | Status: Gümüş user | Şərh: 2 218
Sitat: alice.
Zahiri cəhətdən cəmiyyətin kiçik hissəsi olan ailə əhəmiyyət baxımından onun əsas dayaq sütunlarından birini təşkil edir. Cəmiyyətdə sağlam ruhlu insanların yetişməsində ailənin rolu danılmazdır. Kişi və qadın arasındakı səmimiyyət, qarşılıqlı güzəşt, mehribanlıq isə möhkəm ailənin qarantıdır.Allah-Təala Qurani-Kərimdə "Rum" surəsinin 21-ci ayəsində buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…".
Bəzən başqalarına qarşı diqqətli, mehriban davranan ailə üzvlərinə qarşı kobudluq edən şəxslərlə rastlaşırıq.amma hər kəsə qarşı ailəyə və digərlərinə qarşı mehriban olmaq lazımdı hər zaman.
MAŞALLAH SİZ LAP İNSAN VƏ CƏMİYYƏT MÜƏLLİMİ KİMİ ŞƏRH YAZDIZ...MƏN TARİXİ-NADIRI YARIYA KİMİ OXUMUŞAM AMMA TAMDA ANLAMADIM YAZDIQLARINIZI .. wink
ayruska | 13 oktyabr 2013 21:36 | Status: Professional user | Şərh: 3 978
toy qabagi gozel meleumatlaniram saytda yayimlanan xeberlerle tsk Leyla bacim
Aytekin82 | 13 oktyabr 2013 21:22 | Status: Brilliant user | Şərh: 6 587
Əllərinə könlünə sağlıq, Leylaşka
ay gunes | 13 oktyabr 2013 21:21 | Status: VİP user | Şərh: 916
tewekkur gelecekde ederik.
gulcan | 13 oktyabr 2013 20:57 | Status: Gümüş user | Şərh: 1 932
Təşəkkur Leylacan. Maraqlı yazı,super şəkillər.
drop | 13 oktyabr 2013 20:54 | Status: Gümüş user | Şərh: 2 448
ne qeder bele faydali meslehetler verilse de emel eden olmur. ya daki bir teref emel edirse o biri terefin umumiyyetle xeberi yoxdu bele weylerden. neblim aile cetin meseledi
Sabahım. | 13 oktyabr 2013 20:37 | Status: Professional user | Şərh: 3 359
sevəndə hec nə gözə görünmür
Alice | 13 oktyabr 2013 20:30 | Status: Professional user | Şərh: 5 020
Zahiri cəhətdən cəmiyyətin kiçik hissəsi olan ailə əhəmiyyət baxımından onun əsas dayaq sütunlarından birini təşkil edir. Cəmiyyətdə sağlam ruhlu insanların yetişməsində ailənin rolu danılmazdır. Kişi və qadın arasındakı səmimiyyət, qarşılıqlı güzəşt, mehribanlıq isə möhkəm ailənin qarantıdır.Allah-Təala Qurani-Kərimdə "Rum" surəsinin 21-ci ayəsində buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…".
Bəzən başqalarına qarşı diqqətli, mehriban davranan ailə üzvlərinə qarşı kobudluq edən şəxslərlə rastlaşırıq.amma hər kəsə qarşı ailəyə və digərlərinə qarşı mehriban olmaq lazımdı hər zaman.
Nurus. | 13 oktyabr 2013 20:15 | Status: Brilliant user | Şərh: 6 982
Maraqli xeberdi sekiller daha gozeldi.Ellerine sagliq Leylaşka
Nazlı_Kız | 13 oktyabr 2013 18:54 | Status: Brilliant user | Şərh: 6 473
Ne deyim eee
HUSNIYYA | 13 oktyabr 2013 18:34 | Status: Gümüş user | Şərh: 1 191
WERHLER NEDENSE PIS BAWLADI...AY XANIMLAR NIYA BELA YAZIRSIZ???
ALLEGRETTO | 13 oktyabr 2013 18:30 | Status: Gümüş user | Şərh: 2 218
ELƏ BUUU SADƏCƏ PONYATKALI OLMAQ LAZIMDIR ..
sadəcə MƏN | 13 oktyabr 2013 18:30 | Status: Brilliant user | Şərh: 4 771
Mən bu sözündən və ya davranışından ötəri çox kədərləndim, xəyal qırıqlığı yaşadım." Bu ifadə daha incə və yumşaq olduğundan, ayrıca adamda meydana gətirdiyi duyğunu da hadisəyə baxdığında, yoldaşınıza müsbət istiqamətdə təsir edə bilər.
Xarakterimə xas olan xüsusiyyətdir."Bu sözünü heeeç bəyənmədim"deyirəm.Həm belə daha effektli olur))
Hər kəs əvvəl ətrafı dəyişdirməyə çalışır, lakin heç kim özünü dəyişdirməklə işə başlamaz", sözünü unutmayın!
Özümdə olmayan 1 şeyi qarşımdakından gözləmək ağılsızlıq olar.
3.Ağlını oxumaq
Bu xüsusiyyətimə görə məndən qorxsa yaxşı olar)))
O biriləri dəqiq deyə bilmərəm hələ ki.
P.S Bəzən elə evli qadınlar görürəm ki,həqiqətən ailə qurmaqdan çox qorxuram.Sanki hamı eyni həyatı yaşayır.Heç kim razı deyil yaşadığı həyatdan."Kaş ki,ailə qurmazdım" filan deyirlər...Xoşbəxt ailə üçün hər iki tərəf çalışmalıdır.