Layihələr / Tanıdım səni

Facebook-da ən böyük və ən reytinqli gülüş səhifəsi - Lətifələr

Azadqadin.az | 12-01-2012, 21:45
10 317 92

 

 

Bu gün sizi facebook sosial şəbəkəsinin ölkəmiz üzrə ən böyük gülüş səhifəsi ilə tanış edəcəyik. Baxmayaraq ki, eyni adlı səhifə və qruplar yetərincədir. Amma o səviyyəli paylaşımları, üzvlərin sayı və aktivlik göstəricisinə görə liderdir. Hətta reytinq göstəricisinə görə, digər 100 min üzvü olan səhifəri belə geridə qoyub...

Lətifələr səhifəsinin hazırda 64 min üzvü var. Səhifənin yaradıcısı və admini Orxan Əliyevdir. Müsahibə almamışdan öncə onun haqqında qısa məlumat verim. O, 2 mart 1991-ci ildə Beyləqan rayonunda anadan olub. 2008-ci ildə orta məktəbi bitirib, 2011-ci ilin avqus ayından Azərcell-in rəsmi dilerində işləyir.  


Lətifələr səhifəsini yaratmaq hansi istəkdən doğdu?

 

LetifeleR səhifəsini yaratmaqda istəyim insanlara gülüş,sevinc bəxş etmək olub. Şükürlər olsun 100% olmasa da, 80% bu istəyimə nail olmuşam.

Səhifənizi necə xarakterizə edərdiniz?

 

Manalı gülüş, ağıllı əyləncə və tanınmış yumor sənətkarlarına dəyər vermək...

İndiki zəmanə insanları güldürmək asan deyil, bunu necə bacarırsınız?

 

Bacardığımız,bildiyimiz qədər lətifələr, gülməli statuslar yazırıq və insanlara gülüş bəxş etmək təbiiki bu insanın özündən asılı olan birşeydir. Məsəl üçün lətifə yazılır 150-200 insan yazir gülməlidir,çox sagolun xeyli güldüm və.s elə insanlarda var yazır ki burda gülməli heçnə yoxdu. Necə deyərlər zövqlər mütəlifdir.

 Səhifənizin neçə admini var? Və səhifədə paylaşdığınız statusları, lətifələri, gülməli fotoları əsasən haradan əldə edirsiniz?


Mənimlə birgə 2 admini var. Statusları bəzən özümüz fikirləşib, düşünüb yazırıq. Lətifələri isə kitablardan, dost-tanışlardan, öz bildiklərimiz, səhifəmizin istifadəçilərindən. Gülməli şəkilləri internetdən, bəzi hallarda rastımıza cıxanda özümüzün də cəkdiyimiz şəkillər olur.

 

Şəxsən özünüzə aid gülməli status və lətifələr var? Varsa bu necə ağlınıza gəıir, hansı situasiyalardan doğur?


Bəli var:  

 

***Yeganə millətik ki, "ok" sözünü müxtəlif hala saliriq. Məsəl üçün: okii, okis, oke, okkuli, okkay, oku və.s  
Gündəlik yaşam tərzindən doğur.

 

***Təzə evli olanda: Həyatim çay gətirdə zəhmət olmasa.

Arvad: nəə?

Kişi: - heç canim, deyirəm çay gətir. 
İllər sonra: - Az, arvad dur çay gətir 

Arvad: - nəə? 

- CANINA AZZAR, NƏƏ DEYIRƏM, ÇAY GƏTİR. )))  

 

***Futbolumuzla təhsilimiz üz-üzə gəldi..
Baxışdılar, baxışdılar,
qucaqlaşıb aglaşdılar ))

 

Misal üçün, bu sonuncu statusun necə yarandığını qeyd edim. Televizora baxırdım, futbolumuzdakı uğursuzluqları dinlədikdən sonra kanalı dəyişəndə digər tərəfdə də təhsildəki çatışmazlıqları gördüm və bu maraqlı fikir yarandı )))

Azərbaycanda ən bəyəndiniz yumor ustaları kimdir?


 Yaşar Nuri, Nəsibə xanım Zeynalova, Arif Quliyev və s.

 "Bu şəhərdə", yoxsa KVN  hansı sizi daha çox güldürür?


 Hər ikisinə də baxıram, amma ən çox "Bu Şəhərdə"yə baxanda gülürəm. 

 

Səhifənizin üzvləri sürətlə artır. Bununla bağlı xususi təbliğat, reklam aparırsınız, yoxsa?


Xeyir heç bir təbliğat aparılmır. Artıma səbəb isə paylaşdığımız mövzular səhifəmizin istifadəçiləri tərəfindən bəyənilib paylaşılmağıdır.

Ümumiyyətlə, reytinqli bir səhifənin admini kimi səhifəsində üzv sayını artırmaq istəyənlərə nə məsləhər görürsünüz?


 Məsləhət görərdim səhifələrində daha maraqlı,anlamı,dəyərli,gülməli mövzular,şəkillər paylaşsinlar ki, səhifədə olan istifadəçilərdə oxuyub öz dostlarına da sizin səhifəni məsləhət görsünlər.

Səhifənizdə hansı problemləri yaşayırsınız?


 Hal hazırda olan problemimiz bəzi oğlanlar fake qız profilləri açıb səhifəyə daxil olub "Xahiş blokdayam mənə dostluq göndərin" yazmaları, sonra başqa səhifə adminləri icazəsiz oz səhifələrinin linklərini paylaşmaqları. Bəzən səhifəmizə qardaş ölkə dediyimiz Türklər tərəfindən hücumlar belə olur, ama biz bunu başqa səhifələr kimi böyütmürük... İstifadəçilərimizi narahat etmədən həll edirik.

Siz həyatda da bu qədər şən və zarafatcılsınız?


 Bəli, deyib-gülməyi çox sevirəm və düşdüyüm mühitə görə də çalışıram qarşımdakı insanla xoş münasibət qurum.

Səhifəni oğurlasalar nə edərsiz?


Google-də axtarışa verərəm ))  

Səhifədən gəlir əldə edirsinizmi? Edirsizsə nə qədər?


 Səmimi desəm ara-sira bəli. Miqdarı sirr qalsın )

 

Gəlin, maraqlı admini bir az da yaxından tanıyaq

 

 

 


Həyat deviziniz nədir?


 Kədər ayağınızın tozu... Sevinc başınızın tacı olsun!

Xobbiniz var?


Bəli var: Köhnə pullar yıgıram

Pul sizin üçün nədir? Varlanmağın resepti sizin uchun?

Əl çirki. Resepti isə varlı olanda deyərəm

Qızıl balıq sizdən 3 arzunu reallaşdırmaq istəsə, nələri seçərdiniz?

 İlk arzum o olardı ki, Anamın sifətində olan vaxtsız qrışları yox etmək

 İkinci arzum daim sevdiklərimin yanında olmaq

 Üçünçü arzum ALLAHdan hər kəsin arzuladığı bütün arzularına catmaqları olar. 

Bilsəniz ki, 3 gün sonra öləcəksiniz, nə edərdiniz?


 Yaxınlarımla vidalaşıb geri qalan 3 gnün dadını çıxartmaq.

Müsahibə üçün təşəkkür. Son olaraq, azadqadin.az-lılara sözünüz?


 Mən özüm də son vaxtlar səhifənizə tez-tez daxil oluram. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Bu müsahibə üçün də sizə təşəkkür edirəm. 

 

Səhifənin linki: http://www.facebook.com/LetifeleR.N1 


Musahibəni apardı: Aynur Qurbanqızı 


ESMERRi | 8 mart 2016 00:20 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Aydan18
Tşkkürlər....
Sunay Elizade | 29 may 2015 16:21 | Status: Gümüş user | Şərh: 2 156
gormusem xebere gore tsk
Aydan18 | 15 dekabr 2014 06:10 | Status: Şərhçi | Şərh: 485
Tşkkürlər....
KARAGULUM | 29 noyabr 2014 23:38 | Status: Gümüş user | Şərh: 1 433
Wad oldum tewekkur
beehive | 29 noyabr 2013 11:19 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
ww.ss | 25 oktyabr 2013 01:27 | Status: VİP user | Şərh: 695
Coxx maraqli idi tewekurerrr
jasmin7 | 3 iyul 2013 21:53 | Status: VİP user | Şərh: 745
\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\
Nazlı_Kız | 14 iyun 2013 16:33 | Status: Brilliant user | Şərh: 6 473
men facebookda yoxam olmaqda fikirim yoxdu ama maraqli idi twk
Billurə | 1 iyun 2013 18:27 | Status: Professional user | Şərh: 4 892
Sizi tanıdığıma şadam.
Leyla. | 23 may 2013 07:23 | Status: Professional user | Şərh: 2 597
Maraqlidi sohbet twk.
_Asi_ | 23 mart 2013 10:53 | Status: Gümüş user | Şərh: 795
maraqlidi.tshk
Əfşan | 27 fevral 2013 19:35 | Status: Professional user | Şərh: 1 714
hec sevmirem de facebooku men
cucem. | 10 sentyabr 2012 20:32 | Status: Professional user | Şərh: 4 415
maraqli musahibedir tewekkurler eziyyete gore orda oldugum zamanlarda heqiqetende maraqli sehife idi eeeeeeeee facebook isteyireeeeeeeeeeeeeeemmmmmmmmmmmmmmmmmmmm :n1: :n1: :n1:
_Peri_ | 14 avqust 2012 13:15 | Status: Gümüş user | Şərh: 1 662
twk.
Ayka21 | 4 avqust 2012 22:36 | Status: Yazar | Şərh: 2 770
tesekkurler faceni sevmirem
zyoma | 3 iyul 2012 14:30 | Status: VİP user | Şərh: 185
maraqlanmamisam