Layihələr / Tanıdım səni

"Möcüzə qadın" ana olduqdan iki gün sonra - foto

Banu. | 3-10-2016, 12:16
1 316 1

Aktrisa Bleyk Layvli sentyabrın 30-da ikinci dəfə ana olmuşdu.

 Hamiləlik dövründə tərzi ilə "ən dəbli hamilə" adını alan Bleyk doğuşdan iki gün sonra toyda iştirak edib.

O, yaxın rəfiqəsi və eyni zamanda köməkçisi olan Cessika Snayderin şad günündə onu tək buraxmayaraq mərasimə qatılıb.

Qərb mediası doğuşdan iki gün sonra toyda rahat hərəkətlər edən və artıq çəkisi gözə çarpmayan Layvlini "Möcüzə qadın" adlandırıb.

Qeyd edək ki, B.Layvli 2012-ci ildə Rayan Reynoldsa ərə gedib.
(Axşam.az)