Layihələr / Tanıdım səni

"Arvad alım termini ilə yaşayan insanlardan deyiləm"

Aynur_Qurbanqizi | 2-03-2011, 23:48
8 718 127

 

"Anamın bir sözünə bütün dünyanın qızlarına yox deyərəm"
 

 

 

 


Azadqadın.az saytının maraqlı insanlar bölməsinin ilk qonağı anasına və müdrik kəlamlara olan böyük sevgisi, eyni zamanda bu hissləri geniş təbliği ilə hər kəsin diqqətini çəkən, uşaqlıqdan xobbisi kitablardan, qəzet və jurnallardan müdrik kəlamlar yazılan hissələri kəsib yığmaq olan bir gəncdir. Admini olduğu saytda o məşhurdur, hər kəs onu sevir, nə yazmasından asılı olmayaraq bir imzası yetər ki, hər kəs o xəbəri açıb baxsın. Fəaliyyət dairəsi genişdir. Jurnalist, universitetdə müəllim, menecər, marketoloq, ən böyük milli portalın admini, o cümlədən qeyri-adiliyi ilə fərqlənən, dizaynına görə yeganə olan, şəkillərlə müdrik kəlamların sintezindən ibarət olan aforizm.az saytının yaradıcısı… Bəlkə də bu siyahını çox uzatmaq olar, amma burada əl saxlayıb, onu daha yaxından tanımaq üçün müsahibəyə keçək. Uzun müsahibədir. Amma, əminəm ki, maraqlı fikirlərlə dolu olan bu müsahibəni sonadək oxuyacaqsınız.


Əslində, bu musahibə çoxdan hazır idi. Sadəcə istədim Turalın mix.az saytında «Sizə məsləhətim» adı altında silsilə yazılarının sayını hesablayıb, daha sonra bu xəbəri verim. Amma, günlərdir bu işin içində itib batdım. Hər dəfə onun arxiv xəbərlərinə daxil olanda olduqca maraqlı mövzuların qarşısında hansısa xəbəri oxumaq eşqi mənə lazım olan sayı yarıda itirir və yenidən başlamalı olurdum. Axır ki, sonda bunu bacara bildim.

 

Məlum oldu ki, haqqında söz açacağım «Sizə məsləhətim» xəbərlərinə Tural ötən ilin 5 iyul tarixindən başlayıb. Təxmini 150 xəbər daxilində orta hesabla 3000-dən çox müdrik kəlamları şəkillərlə oxuculara çatdırıb. Onu da qeyd edək ki, bu kəlamları müəyyən qismi də məhz Turalın özünə aiddir.

 

 

 

 

- Azadqadın az-ın «Maraqlı insanlar» bölməsinin ilk qonağısınız. Anaya və müdrik kəlamları geniş təbliğiniz sizi başqalarından fərqləndirdi və maraqlı insan kimi diqqətimizi cəlb etdiniz. Bəs, sizin üçün maraqlı insan nə deməkdir?

 

 - İlk növbədə təşəkkür edirəm ilk qonaq olaraq məni seçdiyiniz üçün və çox seviniremki məhz bu kriteriyalara görə maraqlı insan seçilmişəm. Maraqlı insan demək o insanla söhbət etmək onun fikirlərini dinləmək, oxumaq insana maraqlı olur.


- Öncə, ananıza olan məhəbbətinizdən bəhs edək. Hər birimiz üçün ana müqəddəsdir, amma etiraf edim ki, sizin ananıza olan hissləriniz başqalarından daha güclüdür. Bu nə ilə əlaqədardır? Ananız fərqlidir, yoxsa sizin həyata baxışınız?

 

- Əlbətdə düz qeyd etdiniz hər kəs üçün onun anası müqəddəsdir, sadəcə digərlərindən fərqli olaraq mən bunu yazılarımla dilə gətirə bilirəm. Hər kəsin anası fərqlidir həmin şəxsə görə. Eləcə də mənim anam hər kəsdən fərqlidir. O mənim üçün sadəcə ana deyil eyni zamanda yaradan, qoruyucu mələyim və ömrüm boyu məni təmənnasız sevən bir insandır.


- Ona sevginizi necə ifadə edirsiniz?

 

- Ona sevgimi onun yaratdığı obraz olaraq ifadə edirəm. O uşaqlıqdan necə biri olmağımı istəyibsə mən də o xətt üzərində həyatımı qurmuşam. Bu həyatda nələr əldə etmişəmsə də anama borcluyam. Istər təhsilimdə, istərsə də digər sahələrdə.

 

- Bayramlarda, ad günündə ananıza nə hədiyyə edirsiniz?

 

-  Biz 3 uşaq hər il anamin ad günündə bir araya gelib anam üçün gözəl bir hədiyye alırıq.


- Ananız sevdiyiniz xanımla ailə qurmağa etiraz edərsə, sizin reaksiyanız necə olar?

 

- Anam heç vaxt evlənəcəyim qadına etiraz etməz. Mənə deyir kimi istəsən onunla da evlənəcəksən,  onsuz da ayrı qalırsan. Əgər belə bir durum olsa bütün dünyanın qızlarına yox deyərəm anamın bir sözünə.

 

"Hələ də atamı sevə bilmirəm"


- Ananızın ad günündə, yani 27 dekabrda admini olduğunuz saytda ANA haqqında yazdığınız arxa-arxaya çoxsaylı yazılar dərc olundu. Maraqlıdır, ananız oğlunun ona həsr etdiyi bu yazıları oxuyur?

 

- Anama aid yazılari anam oxusun deye yazmıram. Bunu sadəcə içimdən gəldiyi üçün edirəm. Bir dəfə ana sənə nə qədər borcum qaldı yazımı oxudu. Gözü yaşardı, öpdü dedi, sənə qurban olum, mən sənin üçün yaşayıram da. Baxdım ürəyi dözmür ona görə də heç bir yazımı oxutmuram. Amma iş yoldaşları hərdən deyir ona oglun yazılar yazır saytda.

 

-  Sizə cavabı necə olur? Öz hisslərini sizlə hansı şəkildə bölüşür? Oğlu ilə qürur duyur?

 

- Oglu ilə coooox qurur duyur. Hər bir ana ovladı ilə qurur duyur.


- Atanıza olan münasibətiniz necədir? Sizin dünyaya gəlişinizdə, tərbiyənizdə valideynlərinizin hər ikisinin əməyi var. Niyə atanızdan yox, məhz ananıza olan məhəbbətinizdən hər zaman bəhs edirsiniz? Atanız bu sevigini qısqanclıqla qarşılamır ki?

 

- Atam çox ciddi və amansız olub mənə qarşi. Sırf boyuk kimi duşunməyimi istəyib. Bir uşağın böyüklər kimi davranmasi anormal haldır. O da bunu tələb edib məndən. Ne uşaq olmaqa qoymadı, nə də uşaqliq etmeye. Heç bir sosial fəaliyyətdə iştirak edə bilmirdim. Sadəcə bir sözu vardı, otur evdə dərsini oxu, nə işin var sənin orda. Ondan gizli futbola və karateye gedirdim. Bir dəfə dedilər oglunu futbolda komandaya götürüblər, o da bilən kimi məni çixartdi ordan.  Atam bilir anami sevirəm və niyə belə çox sevirəm. Indi ayrı qalıram deyə sözü olanda anama deyir ki sən denən, səni çox istəyir, mən desəm etməyəcək.  Amma indi mənə olan isteyini göstərir. Məsələn, onlara gedəndə papa qulluq edir bizə. Anamla nərd oynayanda papa çay gətirir bizə. Səhər yuxudan duran kimi agacdan meyvəni dərir yatağıma gətirir. Amma yenə də atamı sevə bilmirəm, çünki məktəbi əla qiymətlə bitirdim, universiteti qızıl medalla bitirdim, yenə də 1 dəfə olsun demedi halal olsun sənə, oglum.

 

"Aforizmlərə maraq uşaqlıq xobbimdir"

 

 

 


- Digər, maraqlı cəhətiniz müdrik kəlamlara, aforizmlərə böyük marağınız, o cümlədən özünüzün də gənclər tərəfindən sitata çevrilən aforizmlər yazmağınızdır. Bunu necə bacarırsınız? Çox mütailə etməyinizdən irəli gəlir, yoxsa həyat təcübəsindən?

 

- Bu uşaqliq marağımdir.  Bu cür sözləri yigib oxuyurdum. Sonra da yadımda saxlayırdım. Bu tip cümlələri çox oxuduqca sonra səndə vərdiş yaranır. Bu cür düşünməyə və ya bu cür sözler söyləmək. Bu cümlələri hər kəs düşünüb söyləyə bilər sadəcə ya çoxları düşünməyə zaman ayırmır, ya da bu tip söz söyləyə biləcek potensial imkanın olduğuna şuphə edirlər.

Cümlələrin çoxusu isə bir növ qarşılaşdığım hadisə və proseslərə görə formalaşır

 

- Bu mövzuda mix.az-da tez-tez «Sizə məsləhətim» başlığı altında silsilə yazılar dərc olunur. Ən maraqlısı isə odur ki, hər müdrik kəlama uyğun fotolar da bu xəbərlərdə yer alır. Foto və aforizmləri bir-birinə uyğunlaşdırmaq sizə çətin deyilmi? Fotonu aforizmə uyğun seçirsiniz, yoxsa əksinə?

 

- Sizə məsləhetim mövzusunda yazıların 3-də 1 tərcümə olur. 3-de 1- dəyişdirirəm, çünki həmin dildə yazılan yazı hemin dilin mentalitetine uygün olur. Qalan 3-de 1-ini isə özümdən yazıram. Deyə bilərsinz niyə hər dəfə özünüzdən yazmırsınız. Çünki hər gün 15-20 dənə  cümlə yazmaq çox çətindir.  Bu qədər cümləni düşünüb yazsam o zaman gərək həftədə bir dənə "Sizə məsləhətim" yazım. Artiq 3000 cümlə yazılıb.

Cümle və şəkil məsələsi bir az fərqlidir.  Həm cümləyə görə şəkil olur, həm də şəkilə görə cümlə. Məsələn, user şəkil göndərir baxıram, ona uygün cümlə yazıram. Bəzən də düşündüyüm bir cümləni yazıram, sonra şəkil axtarıram.

 

"Maraq görməsəydim qətiyyən sayta qoyub istifadəçiləri bezdirməzdim"

 



- «Sizə məsləhətim» silsilə xəbərləri hazırlamaq istəyi hansı ehtiyacdan doğdu? Əyləncəyə meylli gəncləri bu yolla maarifləndirmək istəyindən, yoxsa?

 

- Ilk növbədə düşünmürdüm bunu silsilə xebər kimi qoyum. Maraqlı cümlələr oxudum internetde, dedim qoy sayta qoyum, bir də baxdım hamı bəyəndi. Ondan sonra dedim niyə bunu davam elətdirməyim və hər dəfə yazdıqca hər userlerin bəyəndiyini gördükcə stimul qazandım və yazmaqa davam etdim. Amma maraq görməsəydim qətiyyən sayta qoyub istifadəçiləri bezdirməzdim.

 

- Həyat deviziniz nədir?

Öz həyatımı ozum yaratmaq

 

- Xobbiniz?

Idman


- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

 

Müdafiyə edəcəyim mövzu üzərində işləyirəm və idmana gedirəm. Maraqlı yazıları oxuyuram.

 

"Arvad alım termini ilə yaşayan insanlardan deyiləm"

 



- Ağıllı insanın həyatyoldaşı olmaq çox çətindir. Sizcə sevdiyiniz xanım bu çətinliyin öhdəsindən gələcək? Xarakterləriniz üst-üstə düşməzsə, ona güzəştləriniz nə ola bilər?

 

- Yooox, mən o qədər agıllı deyiləm ki, çətin olsun. Siz dediyiniz agıllı insanlar başqadır. Onlarla məni muqayisə etmeyin… lütfən… Mən həyat yoldaşımla olacaq münasibətə çox önəm verirəm. Mən arvad alım termini ilə yaşayan insanlardan deyiləm, yoxsa çoxdan evil idim. Mən həyatımı paylaşacaq birini axtarıram. Həyat yoldaşımı axtarıram. Odur ki ele biri olsun ki mənim həyatımı bəyənsin və mənimlə paylaşsın.

 

- İdeal qadın obrazı sizcə necə olmalıdır?

 

Ideal qadin???? :))) Mən yad planetlilərə inanmıram)). Bizim istəklərimiz əsasında mövcud olan qadın bizim üçün idealdır. Həyat yoldaşını sevən, övladlarını sevən, qadın ideal qadındır.


"Qadına azadlıq sadəcə azad məkanda lazımdır"

 

 

 


- Sizcə, qadınlara azadlıq lazımdır? Və azad qadın sizin üçün kimdir?

 

- Qadına azadlıq sadəcə azad məkanda lazımdır.  Bizim məkanda azad qadın azadlığı düzgün anlamır. Mənim üçün azad qadin heç bir təzyiqə, təhdidə, təhqirə, zərbəyə məruz qalmayan qadındır.  Bir qadının ailəsi varsa, rahat işə gedib gələ bilirsə, öz ailəsi ilə bir yerdə rahat gəzirsə, istədiyi yerə gedə bilirsə, həyat yoldaşı tərəfindən diqqet qaygi görürsə o, artıq azad qadındır.

 

-Niyə insanlar cəmiyyətin qınağından bu qədər qorxurlar?

 

- Çünki qorxmasa azqınlaşar.  Məsələn, mən görsəm ki, yolda yanlış döngə edəcəyim bir yerde yol polisi və ya kamera yoxdursa ordan dönəcəyəm, amma yol polisi olsa hec vaxt bu qaydanı pozmaram. Duşunun, indi mənim kimi düşünüb də, yol polisi olmayan yerdə neçə insan bunu etse necə olacaq…  Odur ki, cəmiyyetin de qinağı olmalıdır ki, yanlış etdiyin şeyə görə səni tənqid etsinlər.

 

"Bəzi milli dəyərlər sadəcə o dovr üçün uygun bilinir, indi təzadlar yaradır"


- Milli-mentalitet, milli-mənəvi dəyərlər deyəndə nə başa düşürsünüz? Sizcə, süni şəkildə qabardılmış milli-məntalitetin mənfiliklərinə öz həyatımızı qurban vərməyə dəyərmi?

- Milli mentalitet və milli dəyər əsrlər boyu qorunmuş olan tarixi adət ənənələrimizdir. Süni şəkildə bunu qorumaq lazım deyil. Çünki bəzi milli dəyərlər sadəcə o dovr üçün uygun bilinir. Indiki zamanda təzadlar yaradır. Məsələn, yengənin olması,  toylarımızda əvvəllər qadınlarla kişilərin ayrı-ayrı yerlerdə oturması və ayrı olması. Şalvar geyinən qızların olmaması. Bu adətlər getdikcə dəyişdi və düşünürəm de düzdür. Amma bəzi milli dəyərlər var ki, onlar əsrlər də keçsə daim qalmalıdər. Bu bizim milli dəyərlərmizi əks etdirir. Məsələn, milyon illər də keçsə novruz bayramında papaq atıb, ocaq qalayıb onun üzərindən atlamaq kimi adetler qorunmalıdır.


- Ən çox hansı mövzuda kitabları oxuyursunuz? Ən sevimli əsər və yazıçınız?

Dale Carnegie, Dostayevski, Yahya Kamal, Mirze elekber Sabir, Cəlil Məmmədquluzadə, Dan Brown… və sair.. Ən çox tərbiyə verici kitabları oxumağı sevirəm.  Amma romantik əsərləri sevmirəm, romeo-culyetta kimi əsərlər mənim zövqümdə deyil.

 

"Kiminsə statusu artırsa, o dəqiqə paxıllıq PM-ləri gəlir mənə"

 

 

 


- Bir az da fəaliyyətinizdən bəhs edək? Mix.az kimi böyük bir saytın adminisiz. Burada müxtəlif xarakterli və fərqli düşüncəyə sahib çoxsaylı istifadəçilər var. Onları bir məkanda idarə etmək çətin deyilmi?

- Idarə etmək deməyək, bir az kobud səslənir. Fəaliyyətə nəzarət etmək deyək. Əlbətdə, kənardan baxanda çox asan gorunur. Amma düşünün mən hər gün 200 pm 10-larla email alıram. Bunlardan sadəcə 4-5-i nəyəsə görə təşəkkür məktubudur. Qalanlari isə şikayət, sual və ya nəyləsə baglı problemlərə aid suallardır. Duşunsəniz, hamı statusunun yuksək olmasını istəyir. Amma hamının statusunu yüksək etmək olmaz ki. Bilirsiniz niyə??? Çünki digəri niyə onun statusu qalxdı deye paxıllıq edir və mənə şikayət yazır. Sadəcə mən bunları açıqlamıram amma bilin ki, kiminsə statusu artırsa, o dəqiqə paxıllıq PM-ləri gəlir mənə. Və ya hansısa oğlan qıza pm yazır tanış olmaqla bağlı, qız razı olmur, oğlan söyür onu PM-də. Qız yazır ki oğlan məni təhqir edir pm-də. Mən nə etmeliyem? Oğlana ban qoyuram, qaqaş yazır ki, mən saytda soymemişem, həm sən mənimlə qız söhbəti edirsən? O qızı tanıyıram bir dostum da onunla firlanıb, ay eledir, ay belədir. Izah edirəm ki, qardaş, saytda söyüş, təhqir olmaz. Amma yenə də orda-burda adım gedir “ponyatkasız” oğlandır. Qıza görə ban elədi məni. Yəqin özü qıza girişir ona görə.

Və ya bir qız mənə yazır ki, mənim xəbərimi niyə aktiv etmirsiniz, amma o biri qızın hər gün xəbəri çıxır, hansı qız sizə yaxındır onları da aktiv edirsiniz. Bu tip dedi-qodular çox olur. Hər kəs özünə görə haqlı olduğu üçün qərar verəndə mütləq birinin qəlbini qırmalı olursan, bu da mənim pis admin olmamla bağlanır.

Mən demirəm verdiyim bütün qərarlarda haqlıyam. Amma hər qərarımı haqsız verseydim, yəginki, bu qədər gözəl, agıllı, intelektual, sevimli userleri bir araya yığa bilməzdim. Inanın mənə bu userlerlə mənə çox xoşdur. Başqa yerlerdə də admin olmuşam və ya hələ də adminəm, amma mix.az bir başqadır bu da sadəcə adı mix.az olması ilə bagli deyil, sirf bu mehriban kollektivlə baglıdır. Çox istəyərdim hər kəsi bir araya gətirib, hər kəslə tək-tək tanış olum. Bu virtual qəhramanlarə sırf realda görüm.


- Son olaraq, bir admin kimi ilk addımlarını atan azadqadın.az-a iradlarlarınız və məsləhətləriniz?


Saytınıza baxdım gözəldir. Düzdur, bu sadəcə ilk variantdır. Mix.az-ın ilk dizaynını görsəydiniz sayta nifrət edərdiniz. Düşünürəm, zaman-zaman saytınız mükəmməl olacaq. Ölkəmizdə, yetərincə saglam düşünən qadınlarımız var və hesab edirəm onlar hamısı sizə qatılacaq.

Məsləhətim odur ki, azad qadın anlayışını lütfən xanımlarımıza yalnış formada çatdırmayın. Onlar müstəqil fikirlərini bu saytda bölüşsünlər. Daha kişilər pisdir, onları bir yerə yığıb qaynar qazanda qaynatmaq lazımdır kimi kəlimələr olmasın.

 

Müsahibəni apardı: Aynur Qurbanqızı



Rauf Heseneliyev | 26 mart 2017 04:15 | Status: Yazar | Şərh: 559
Namideyer Tural :D vaybee vaxtlar var imis :D
ESMERRi | 8 mart 2016 00:21 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: BULUTUM
Sitat: wip wirinka
maraqli xeberdi tsk
buxqalter | 28 oktyabr 2015 12:00 | Status: VİP user | Şərh: 1 212
Tewekkurler....
BULUTUM | 31 may 2015 16:29 | Status: Professional user | Şərh: 7 387
Sitat: wip wirinka
maraqli xeberdi tsk
Sunay Elizade | 29 may 2015 16:22 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Sariwka1 | 21 aprel 2015 09:14 | Status: VİP user | Şərh: 1 774
Sitat: Nergiz love
MARAQLI GELDI
sensiz gunlerim | 24 aprel 2014 01:35 | Status: Qonaq | Şərh: 0
sadece onu demek olar ki size terbiye veren Anaya halal olsun 0140
Nergiz love | 28 fevral 2014 20:37 | Status: Professional user | Şərh: 7 871
MARAQLI GELDI
SEVDA | 26 dekabr 2013 10:31 | Status: Nəzarətçi | Şərh: 17 439
xebere gore twk...
beehive | 29 noyabr 2013 11:27 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,

haber için teşekkürler efendim, saygılar,,,
kepenek_0202 | 1 sentyabr 2013 22:10 | Status: Şərhçi | Şərh: 221
men hec bir rey bildire bilmerem cunki oglanlar mene catmir
ARZUM 01 | 16 iyul 2013 14:36 | Status: VİP user | Şərh: 768
sizin kimi oglum olmasini isterdim amma yoldashim olmasini istemezdim.
Aytekin82 | 15 iyun 2013 05:04 | Status: Brilliant user | Şərh: 6 587
Hmm Çox maraqlı gəldi mənə dəə
shela | 7 iyun 2013 11:17 | Status: Gümüş user | Şərh: 2 910
Maraqlı insandi.Fərqli duşuncə tərzi var.
ARZUM 01 | 16 fevral 2013 01:07 | Status: VİP user | Şərh: 768
"Anamın bir sözünə bütün dünyanın qızlarına yox deyərəm"
bele bir erimin olmagini istemezdim. amma oglum olmasini isterdim smile
Meqa | 31 yanvar 2013 21:51 | Status: Professional user | Şərh: 2 077
"Anamın bir sözünə bütün dünyanın qızlarına yox deyərəm"
Aferin
ALEV | 16 noyabr 2012 16:45 | Status: Şərhçi | Şərh: 325
MARAQLIDI TEWEKULER
sanel | 11 noyabr 2012 13:12 | Status: Professional user | Şərh: 3 647
tesekkur tanimirdim
sevinc keder | 5 oktyabr 2012 22:18 | Status: Professional user | Şərh: 3 818
tewekkurler tanimirdim wad oldum
alatoranlig | 5 oktyabr 2012 21:47 | Status: Qonaq | Şərh: 0
maragliydi tewekkur
rufet ehmed | 3 oktyabr 2012 13:30 | Status: Gümüş user | Şərh: 1 391
TWK MARAQLI IDI
Lale | 9 sentyabr 2012 17:31 | Status: Yazar | Şərh: 3 264
Allah yolunu aciq etsin hemiwe.Bele genclerle varam.Musahibede cox gozel alinib,cavablarda mence semimi...
yagmurmeleyi | 6 sentyabr 2012 08:37 | Status: Qonaq | Şərh: 0
adminimiz haqqinda bilmek maraqli oldu:)
_Peri_ | 14 avqust 2012 13:17 | Status: Gümüş user | Şərh: 1 662
maraqli ii twk
moonight | 13 avqust 2012 21:06 | Status: Qonaq | Şərh: 0
Men bunu hele indi oxuyuram. Heqiqeten de cox ferqli insandir. Halal olsun ona ki, atası dəstək olmasa da qalxib bu zirvelere.Tesekkurler...
life82 | 9 avqust 2012 20:26 | Status: Gümüş user | Şərh: 985
ANASINI SEVEN,XANIMINIDA SEVER :n49:
Ayka21 | 4 avqust 2012 22:38 | Status: Yazar | Şərh: 2 770
Sitat: n_fermanqizi
Anasina qarwi sevgisine heyranam...heyatinda ugurlar..

:n43:
n_fermanqizi | 27 iyul 2012 16:20 | Status: Qonaq | Şərh: 0
virtualda taniyibda gunu-gunden hormetimin artdigi bir insan...
Anasina qarwi sevgisine heyranam...heyatinda ugurlar..
Gul Cicek | 16 iyul 2012 02:45 | Status: VİP user | Şərh: 365
AXIRA KIMI SEBIRLE OXUDUM COX MARAQLI MUSAHIBE ALINIB.
TATLI GUZEL | 9 iyul 2012 11:30 | Status: Professional user | Şərh: 5 781
maraqli idi.tesekkurler