Layihələr / Tanıdım səni

Proqramist qadın: "Kişilərlə rəqabət məni qorxutmur" (müsahibə)

Aynur_Qurbanqizi | 4-12-2012, 13:00
9 099 54

 


Azadqadin.az-ın "Tanıdım səni" layihəsində sizi "kişi sənəti"nə yiyələnən proqramist Sevinc İsrafilova ilə tanış edəcəm. O, Şəki şəhərində doğulub. 27 yaşı var. Ailəlidir.  

 

- Deyirlər, proqramist kişi sənətidir. Niyə məhz bu sahəni seçdiniz?

 

Mən bu fikirlə razı deyiləm. Əslində elə deyil. Bir dəfə bu sahədə tanınan insanlardan biri ilə söhbət edərkən mənə dedi ki, "Sevinc, qadından proqramçı olmaz. Bu qadın sənəti deyil." Əlbətdəki mən də başladım nə başladım )). Sonra güldü, dedi zarafat edirəm. Səni yoxlamaq istəyirdim. Dedi ki, bu sahədə qadınlar daha dəqiq, diqqətli və səliqəlidirlər. Düzdü elə peşələr var qadının gözəlliyini, incəliyini hardasa xələl gətirir. Amma proqramlaşdırmada bu belə deyil. Əgər hər gün yeni bir şey öyrənə bilirəmsə, peşəmi sevirəmsə demək elə bu mənim əsl sənətimdir. Əsas ixtisasını sevməkdir. Sonra hər şey alınacaq. Bu yolda hələ tam peşakar deyiləm. Olmağa çalışıram və alınacağına inanıram.

 

- Məktəb vaxtı hansı arzularla yaşayırdınız?

 

Məktəb vaxtı arzum gözəl qız olmaq idi. Gözəl paltarlarım olmasını, bütün rəfiqəqələrimdən gözəl olmağı arzu edirdim )). Universitet vaxtlarında arzum İKT üzrə elmlər doktoru olmaq idi.  İndi sadəcə əla proqramist olmaq istəyirəm birdə  İKT sahəsində arzuladığım sertifikatları əldə etməyi.

 

- Azərbaycan qadın proqramistlər çox azdlr. Sizcə bunun səbəbi nədir?

 

Düzdü azdır ancaq var. Səbəbi yəqin qadınların texnologiya ilə az maraqlanmaları, bu sənətin onlara çətin görünməsidir. Proqramlaşdırma hardasa qadın üçün çətindir razıyam. Yəqin bu çətinlikdən qorxurlar. Qadınların əksəriyyəti rahat oları yormayan iş arxasınca qaçırlar. Proqramlaşdırmada belə deyil, ona görə də qaçırlar.

 

- Bu ixtisasın əsas sahibləri kişilər olduğu üçün, kişilərlə rəqabət sənə çətin gəlmir ki?

 

Yox gəlmir. Qadınlarla rəqabət mənə çətin gəlir. Qadınlar  öz işlərində paxıl olur. Kişilərlə rəqabət asandır. Düzdü qadın olduğunu bilincə yaxşı proqramçı olduğuna inanan kişilər az olur. Bu problem ən çox iş axtaranda özünü göstərir. Kişilər çox vaxt öz komandalarına qadını əlavə etmək istəmirlər. Bəlkədə inanmırlar bi işi yaxşı bacararsan o üzdən.

- Səni bu yoldan döndərməyə çalışıblar?

 

Hə. Deyiblər qadın işi deyil. Deyiblər ki, alınmayacaq və s. Amma bu mənə bir az stimul verib. İnadkaram. Mübarizə aparmağı xoşlayıram.

 

- Həyat yoldaşın (yaxud atan, qardaşın) proqramist olmanı necə qarşıladı, sənə problem yaratmadl?

 

Atam rəhmətə gedib, qardaşım yoxdu, həyat yoldaşım isə problem yaratmayıb. Qarşılaşdığım başqa problemlər olub, amma sırf bu mövzuda yox.

 

- Bu sahənin hansı çətinlikləri var?


Bu sahənin çətinlikləri çoxdu. Həmişə oxumalısan, həmişə yəni bir şey öyrənməlisən. Yeniliklərə açıq insan olmalısan. Heç olmasa bir xarici dili texniki səviyyədə əla bilməlisən. Ən əsas çətinliyi hər vaxt (gecə, gündüz) işdə olmağı bacarmalısan. Sistemdi bir səhv oldu işdə olmalısan, axşam ya səhər fərqi yoxdu.Qadınların əksəriyyəti üçün isə bu hardasa çətin olur. Bu sahənin belə işləri qadınlar üçün problem yaradır.

 

- Bir dəfə qeyd etmisiniz ki, Allahı sevirəm, amma dinin qadınlara qoyduğu qadağaları qəbul edə bilmirəm. Bu hansı qaydalardır?

 

Bəlkə də qanunları din yox insanlar özləri qoyub. Məsələn, qadının kişi ilə eyni işdə işləməməsi kimi, qadının ərinə itaət etməsi və s. kimi. Düzdü qadın öz ərinə hörmət etməsindən gözəl nə olar ki, ancaq elə ərlər varki olara itaət etmək  mümkün deyil. İtaət etsə hər ikisi uçuruma gedəcək.
 

- Azərbaycanda sizcə qadınlar azaddır?


Bir misal var "Azadlıq verilmir, alınır".  Nə qədər almaq istəyən var ona baxaq. Məncə azad olmaq istəyənlər ancaq ola bilməyənlər var. Ancaq insan bir şeyi istədimi ona nail olmağıda bacarmalıdır.  Elə qadınlar var ki, onlara azadlıq lazım deyil. Onlar elə xoşbəxtdilər. Azad olsalar nə qədər xoşbəxt olmağı bacaracaqlar məlum deyil. Məncə azad olum deyə gecə-gündüz mübarizə aparmaq lazım deyil. Xoşbəxt olmağı bacarmaq lazımdır. Əsl qadın, əsl ana olmağı bacarmaq lazımdır.
 

- Ürəyi istədiyi ixtisasa yiyələnmələrinin qarşısına sədd çəkilən qızlara nə arzu edərsinz?


Unutmasınlar ki, insan bir şeyi istədimi onu bacarır. Sadəcə istəmək lazımdır.  Bu əsasən də qızların təhsili  ilə bağlı səddirsə mübariz olmağı arzu edirəm. Əsas odur düzgün yolda olasan və axıradək mübarizə aparmağı bacarsan. Istədiyiniz ixtisasda tam professional olandan sonra vaxtilə sizə sədd qoyanlar belə sizinlə fəxr edecəklər. Böyük işlər, böyük istəklər səddsiz olmur. Yalnız səddi aşmağı bacaranlar qalıib gəlir. Səddi aşa bilmirsənsə demək çox istəmirsən.

 

- Son olaraq, azadqadin.az saytı haqqında fikirləriniz...

 

Bu saytı ilk görəndən bəri çox bəyənmişəm. Belə saytın olmasa çox gözəldir. Qadınların bir arada ola bilməsi, hər hansı bir problemləri bir-biri ilə paylaşması, hüquqlarını, evdarlıq  sirlərini öyrənmələri əladır.  Sizə səmimi qəlbdən uğurlar arzu edirəm.

 

Müsahibəni aldı: Aynur Qurbanqızı


ESMERRi | 8 mart 2016 00:17 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: buxqalter
Halaldi.seviniremki olkemizde bele qadinlar var...menimde bawim cixir bezi texnikalardan heveskar olarag.ama pewekar olmag bawqadi.buna hevesin maragin olsun gerek
buxqalter | 27 oktyabr 2015 17:58 | Status: VİP user | Şərh: 1 212
Halaldi.seviniremki olkemizde bele qadinlar var...menimde bawim cixir bezi texnikalardan heveskar olarag.ama pewekar olmag bawqadi.buna hevesin maragin olsun gerek
Sunay Elizade | 29 may 2015 16:19 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
sheylambaku | 7 dekabr 2014 13:49 | Status: Qonaq | Şərh: 0
Qadın kişi işi bacarırsa neden olmasın.uqurlar.
N....N92 | 29 noyabr 2014 14:38 | Status: Professional user | Şərh: 4 351
teşekkürler
AYAN A-VA | 21 yanvar 2014 14:52 | Status: Gümüş user | Şərh: 1 722
HM XEBERE GORE TEWEKKURLER
beehive | 29 noyabr 2013 11:18 | Status: Şərhçi | Şərh: 331
haber için teşekkürler efendim, saygılar,,,
gulerahmedov | 20 iyun 2013 15:14 | Status: Qonaq | Şərh: 0
Bele qadinlar haqqinda yazin hemise. stimul olsun bizlerede
Yuxular | 15 iyun 2013 18:18 | Status: Şərhçi | Şərh: 186
hala olsun e bu xanıma belə qadınlarımızla fəxr edirəm də
shela | 7 iyun 2013 10:47 | Status: Gümüş user | Şərh: 2 910
Belə xanimlari gorəndə ureyim acilır.Gələcək işlərində uqurlar arzu edirəm.
ayruska | 15 may 2013 23:15 | Status: Professional user | Şərh: 3 978
Sitat: Əfşan
mence qadinlarin ohdesinden gele bilmeyeceyi ish yoxdu

tam razi
Əfşan | 27 fevral 2013 19:11 | Status: Professional user | Şərh: 1 714
mence qadinlarin ohdesinden gele bilmeyeceyi ish yoxdu
painter girl | 3 fevral 2013 00:09 | Status: Qonaq | Şərh: 0
Vetenperver,
men de İT ixtisası üzre tehsil alıram. ensklopediyadan götürdüyünüz melumat dogrudur amma proqramlaşdırma ixtisası ayrıca olmur, o da İKT-nin bir qoludur. müsahibe de de xanım qeyd edib ki, proqramistem İKT sahesinde istediyim sertifikatları almagı arzu edirem. yeni her halda o da bu istisası oxuyub))
K.AWK.S.LOVE | 16 dekabr 2012 17:00 | Status: Gümüş user | Şərh: 1 236
BU KIWILER BAWIMIZA BELA OLDULAR OFF YA
Nurus. | 15 dekabr 2012 19:45 | Status: Brilliant user | Şərh: 6 982
Roqramis ne demekdi men basa dusmedim
Sevinc Israfilova | 14 dekabr 2012 12:01 | Status: Qonaq | Şərh: 0
_ANAR_, Neye esasen bu qerare gelmisiniz?
... | 14 dekabr 2012 10:38 | Status: Qonaq | Şərh: 0
SEVINC XANIMA BUTUN ISLERINDE UGURLAR.
Listen to you heart | 13 dekabr 2012 20:39 | Status: VİP user | Şərh: 805
cetin senet yoxdu ohtesinden gele bilmediyimiz senetler var mence...isinizde ugurlar
sevincselcan | 12 dekabr 2012 17:16 | Status: Qonaq | Şərh: 0
SevincВ Israfilova,
Men de sevindim. Onda yeqin siz coder-siniz. Hansi proqramlashdirma dilinde yazirsiniz. Bilmek isterdim
[b]SevincВ Israfilova,
SevincВ Israfilova,
SevincВ Israfilova,
SevincВ Israfilova,
SevincВ Israfilova,
SevincВ Israfilova,
SevincВ Israfilova,
sevincselcan,
SevincВ Israfilova,

Sherhim sehven getdi. Uzr isteyirem.Bilmek isterdim siz hansi proqramlashdirma dilinde kod yazirsiniz? Deqiq olaraq ishiniz nedir?
Sevinc Israfilova | 12 dekabr 2012 14:47 | Status: Qonaq | Şərh: 0
sevincselcan,
Salam. He men inf-3-de sin tetbiqde idiniz. Sevindim. Cox sag ol.
sevincselcan | 12 dekabr 2012 13:42 | Status: Qonaq | Şərh: 0
Salam. Bu xanim mene tanish geldi. Hem de yashidiq. 2002-2006da BDU Tetbiqi Riyaziyyat ve Kibernetika fakultesinde oxyub? Meqaleni oxuyandan sonra shekili tanish geldi. Eger o xanimdisa patok
yoldashimdi. Patok yoldashim olsa da, olmasa da ugurlar arzulayiram. Men de bilirem kod yazmaq hech de asan deyil. Isinizde ve heyatinizda muveffeqiyyetler arzulayiram.
ruzgargulum | 11 dekabr 2012 12:35 | Status: Brilliant user | Şərh: 2 493
menimde senetim proqramisti muellimede ola bilerdim amma qoymadi erim
Feriha. | 6 dekabr 2012 10:54 | Status: Professional user | Şərh: 4 746
Sitat: RaufВ Heseneliyev
Halal olsun.
Vetenperver | 6 dekabr 2012 10:04 | Status: Professional user | Şərh: 6 700
Sitat: OrxanР’В Mehraliyev
Siz evvelde bele qeyd etmisdiniz. Indi ise duzgun varanti yazmisiniz. 1-ci yazdiginizla bunun arasinda ferq var. 1 var proqrami komp-a yuklemek birde var proqrami ozu yazmaq

Birinci yazdığım variant təxmini idi,elə o variantımda düzdür,yəni proqramçı ancaq proqram işləri ilə məşğul olur.Proqramçının işi İT mütəxəsisindən daha asandır.İT mütəxəsisi həmdə proqram işləri ilədə məşğul ola bilir.Word,Eksel,ofis dizayner və bu sayaq proqramları proqramçı yazmır,kompa yükləyir və bəzi proqramlarla yaranan problemləri həll edir.İnsanlarda yanlış fikir var ki kömpüterdə,internetdə olan bütün problemləri proqramçı həll edir,amma bu belə deyil.
Rauf Heseneliyev | 6 dekabr 2012 03:42 | Status: Yazar | Şərh: 559
Halal olsun.
Mickey Mouse | 5 dekabr 2012 22:04 | Status: Professional user | Şərh: 4 008
tewkkur
Feriha. | 5 dekabr 2012 19:54 | Status: Professional user | Şərh: 4 746
tewekkurler
Orxan Mehraliyev | 5 dekabr 2012 14:29 | Status: Qonaq | Şərh: 0
[quote=Vetenperver]Proqramist hasandır,yəni proqramları(Word,Exsel bu kimi proqramları) yükləyir və proqramla əlaqədar bəzi işləri görür. Siz evvelde bele qeyd etmisdiniz. Indi ise duzgun varanti yazmisiniz. 1-ci yazdiginizla bunun arasinda ferq var. 1 var proqrami komp-a yuklemek birde var proqrami ozu yazmaq
Vetenperver | 5 dekabr 2012 14:18 | Status: Professional user | Şərh: 6 700
Sitat: OrxanР’В Mehraliyev
proqramist siz izah etdiyiniz deyil.

İndi isə ensiklopediyadan götürdüyüm proqramçının nə olduğu:Proqramçı proqramlaşdırma dillərindən və ya müəyyən kodlaşmadan istifadə etməklə kompüterdə proqram yazmaqla və ya hazır proqramlarda düzəlişlər etməklə məşğul olan şəxs.
İndi inandız?Adındanda göründüyü kimi proqramist kömpüterdə olan rpoqmam işləri ilə məşğul olur.Kompüterə aid elə sahələr var ki proqramist onu bilmir.
İT-isə kompüter texnikası mütəxəssisinə deyilir.
Damla | 5 dekabr 2012 10:44 | Status: Brilliant user | Şərh: 7 177
Butun dunyada ela bizim memleketdede proqramist qizlar var..Sevinc xanim 1-ci deyil hec axirincida olmayacaq..ne ayib varki bu senetde..Cox gozel senetdir+maddi baximdanda yaxsi senetdir..