Layihələr / Qadın taleyi

Bərdədə 16 yaşlı gəlin hara qaçıb? - Araşdırma + fotolar

Aynur_Qurbanqizi | 10-08-2012, 18:31
19 990 134
Heç kim qadının evdən niyə qaçdığının səbəbini bilmir 

“Qızım qayıtsın, onu hər halı ilə qəbul etməyə hazıram. Təki sağ olduğunu bilim, bu, mənə yetər. Əminəm ki, qızım atasının, qardaşının başını əyəcək heç nə etməz”. Bu sözləri Ağdam rayonunun Salahlı kənd sakini Cəvahir Xudiyeva deyir. Hazırda Ağdam rayonunun Dördyol qəsəbəsində məskunlaşan bu xanımın 16 yaşlı qızı Vüsalə ər evindən çıxıb və bir daha geri qayıtmayıb. 
Gənc qadının şəkilləri bütün telekanallarda yayımlansa da, hələ “onu gördüm” deyən yoxdur... 


Kənd təşvişdə 

Vüsalə Cəsarət qızı Xudiyeva 1996-cı ildə anadan olub. 9 aydır Ağdam rayonunun Qalayçılar kənd sakini Elvin Əhliman oğlu Quliyevlə ailə qurub, Bərdə rayonunun Soğanverdilər kəndində yaşayır. 3 iyul 2012-ci ildə günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gənc qadının günün günorta çağı yoxa çıxması təkcə qohum-əqrəbalarını deyil, bütün kəndi təşvişə salıb. Şayiələr o qədər çoxalıb ki, kimin doğru söylədiyini müəyyənləşdirmək çətindir. Kənd sakinlərinin tez-tez polis bölməsinə çağrılıb dindirilməsi isə həyəcanı daha da artırır. 


Dördyol qəsəbəsində... 

Ağdam rayonu ərazisindəki bu qəsəbə yeni salınıb. Çadırlarda yaşayan məcburi köçkünlərin indi xüsusi həyəti, evi var. Bütün evlər bir-birinə bənzəyir, onları yalnız üzərindəki nömrələr ayırır. 
Cəsarət Xudiyevin də evi bu qəsəbədədir. Artıq 1 aydır ki, bu evdən qonaq əskik olmur. Xəbəri eşidən hər kəs ailəyə təsəlliyə gəlir. 
Hər kəsin üzünə ümidlə baxan, səksəkə içərisində qızından xəbər gözləyən Cəvahir Xudiyevasa hadisə baş verən günü belə xatırlayır: “Soğan yığımından gəlirdim, gördüm yoldaşım oturub evin pilləkənində, rəngi qapqaradır. Nə baş verdiyini soruşdum, dedi, qız itib. Heç əllərimi yumadım, tez getdim Soğanverdilərə. Çatanda gördüm bütün kənd yığılıb Vüsaləgilin həyətinə. Heç içəri keçməyə yer yox idi ki, soruşum, qızım hardadı. Məni dairəyə aldılar, bir dedi: “anasını yandırın”, başqa biri dedi: “döyün”. Cumdular üstümə. Bu adamların heç birini tanımıram, 9 ayda bir dəfə də olsun rastlaşmamışdım onlarla. Dedim, ay camaat, bir dəqiqə dayanın, öyrənim görüm uşağım niyə qaçıb, ondan sonra yandırarsız. Dedilər: “Başqasına qoşulub qaçıb”. Qaynatası deyir: “Günorta yatmışdıq, qaçıb”, baldızı deyir: “Gecə qaçıb”. Hərə bir söz dedi, imkan vermədilər girib əşyalarına baxım”. 

Cəsarət Xudiyevin sözlərinə görə, qızının itməsi ilə bağlı xəbəri kürəkəni Elvindən eşidib: “Yoldaşı deyir, qız gündüz saat 2-3 arasında yoxa çıxıb. Guya hamısı yatıbmış, Vüsalə su gətirməyə gedib, qabları da orada qoyub, taksiyə minib gedib”. 

Vüsalə Xudiyeva Bərdə rayon Polis Şöbəsi tərəfindən axtarılır. Cəvahir xanım deyir ki, dəfələrlə şöbəyə getsələr də, heç bir xəbər ala bilmirlər: “Bu məsələ ilə heç kim məşğul olmaq istəmir. Ola bilsin qızımla bağlı nəsə bilirlər, açıqlamırlar. Polisə gedəndə orda mənə dedilər ki, qızı tapsaq, ondan utanmayacaqsınız ki? Dedim, yox. Ondan sonra heç maraqlanmadılar da”. 

Anası qızının xarici ölkəyə aparılması ehtimalına inanmır: “Vüsalənin heç bir sənədi yoxdu. Bir cırıq metirkası vardı, onu da polislər apardı. Həm də şəkillərini bütün sərhəd-keçid məntəqələrinə veriblər. Polis şöbəsində bizə savadsız, avam adamlar kimi baxırlar, heç yaxına buraxmırlar. Gedirik, qovurlar, demirlər nə baş verir”. 

 
“Burda hamı qızını erkən ərə verir, tək bizdə görünməyib” 

Bu sözləri qızının niyə 15 yaşında ailə qurmasına aydınlıq gətirən Cəvahir xanım deyir: “Oxumayandan sonra qızı saxlamağın nə mənası var? Burda elə ailələr var ki, qızın heç 13 yaşı tamam olmamış nişanlayır. Vüsalə azyaşlı olsa da, çox qadından yaxşı evdarlığı vardı. Oğlanın anası ağır xəstə idi, elçi gəldi, dedi ki, əhdim var, oğlumun toyunu görüb sonra ölmək istəyirəm. Biz də son arzusunu yerinə yetirdik. Qanunda da var, əgər xəstəyə baxarsa, qız erkən ailə qura bilər. Vüsalə də ölüncəyə qədər o qadının qulluğunda durdu, heç vaxt üzümüzü qara çıxarmadı. Bəlkə də bu hadisə baş verməsəydi, heç azyaşlı olması problem olmazdı”. 
Ailədə heç kim Vüsalənin başqasına qoşulub-qaçması ilə bağlı yayılan şayiələrə inanmır. Atası Cəsarət “mən Vüsaləni bu evdən düvaqla çıxarmışam. Onun başına nə gəlibsə, ər evi cavabdehdi”-deyir. 


Gəlin baldızdan niyə gileylənib? 

Cəvahir xanım deyir ki, qızı ilə sonuncu dəfə hadisədən 2 gün əvvəl, yəni iyulun 1-də əlaqə saxlayıb: “Vüsalənin baldızının biri Bakıda yaşayır. Bu yaxınlarda gəlib-getmişdi. Qızım zəng etdi ki, baldızım öz baldızı ilə yenə gəlir. Nə bişirim onlara? Mən də məsləhətlər verdim. Heç vaxt ailədə baş verənlərdən xəbər tutmazdıq, bir dəfə də gileylənməzdi. Amma bu dəfə dedi: “Bilirəm, bu gəliş mənim xeyrimə deyil”. Səbəbini soruşdum , demədi. Sonrada kənddən bizə çatdırdılar ki, baldızıglin onu divara dirəyib sorğu-suala tutduqlarını görən olub. Amma görən adam kimdirsə, qorxusundan demək istəmir. Məncə, baldızıgil də qızımla bağlı nəsə bilirlər, amma demirlər. Hadisə baş verən günü də tələm-tələsik qaçıb getdilər Bakıya. Qayınatası da ifadəsində demişdi ki, guya Vüsalə evdən 3 min manat pul, bir də qızıllarını götürüb. Lakin polis “sən evində 3 min manatı olana oxşamırsan axı” deyəndən sonra ifadəsini dəyişdi”. 

“O, gəlin yox, evin qızı idi” 

Soğanverdilər kəndi Dördyol qəsəbəsinin yaxınlığında yerləşir. Vüsalənin qohumları ora getməyi məsləhət görmədilər. Dediklərinə görə, işi araşdıran polis məmuru “jurnalist kəndə getməsin, elə qızın valideynləri ilə görüşsün. Yoxsa onun təhlükəsizliyinə kimsə zəmanət verməyəcək”-deyib. 

Bu xəbərdarlıq bir neçə gün əvvəl baş vermiş hadisə ilə bağlı idi. Belə ki, oğlangilin üstünə gedən qız tərəfin adamlarını kənd sakinləri dəyənəklə qovublar. 

Ancaq gözləntilər özünü doğrultmadı. Vüsalə Xudiyevanın həyat yoldaşı Elvin Quliyev, eləcə də qaynatası Əhliman kişi baş verənləri danışmaqdan çəkinmədilər. 

Qalayçılar kəndinin işğalından sonra Soğanverdilərdə məskunlaşdıqlarını deyən Əhliman Quliyev də gəlinindən razılıq etdi: “Azyaşlı idi. Amma zorla almamışdıq. Həyat yoldaşım hardasa görüb-bəyənmişdi. Sonra elçi getdik, onlar da etiraz etmədilər. Vüsalə bu evə gələndən bəri bizə öz qızımız kimi oldu. Yoldaşım xəstə yatanda onun qulluğunda durdu. O rəhmətə gedəndən də bizə baxır. Evdə dörd nəfər idik. Elvinlə mən səhər tezdən çıxırdıq, o da ruhi xəstə olan qızıma baxırdı, evin bütün işlərini görürdü. İndiyədək heç bir narazılığımız olmayıb”. 

Qayınatası deyir ki, hadisə günorta saatlardında baş verib: “Həmin gün paltar yudu, yemək bişirdi. Qonşumuz Ülviyyə də bizdə idi. Yeməkdən sonra Elvin öz otağına çəkildi, mən də öz yerimdə uzandım. Baldızım qonşuluqda yaşayır, gəlib məni durğuzub Vüsaləni soruşdu. Dedi ki, Bakıdakı qızımın kürəkəni Namin zəng edir, Vüsalənin telefonu cavab vermir. Mən də Elvini durğuzub soruşdum. Axtardıq. Baldızım gedib Ülviyyədən soruşdu. O da dedi ki, bizdə olanda Vüsaləyı zəng gəlib, gedib evin arxasında danışıb, sonra da gəlib deyib ki, yuxum gəlir, yatıram. Ülviyyə də çıxıb gedib. Kəndi axtardıq, dedilər ki, qabları da artezianın başında qoyub, taksiyə minib gedib. Heç bir saat çəkmədi polisə xəbər verdik, ailəsinə dedik. O vaxtdan da xəbər yoxdu”. 

Əhliman Quliyev Bakıda yaşayan qızının hadisədən iki gün əvvəl qonaq gəldiyini təsdiqləsə də, Vüsalənin incidildiyindən xəbərsiz olduğunu dedi: “Qızımgil onu döysəydilər üz-gözünə baxanda hiss olunardı. Bilmirəm o, niyə anasına giley edib. Amma inanmıram qızım onu divara dirəyib təzyiq göstərsin. Əksinə, qızımla da, kürəkənimlə də münasibətləri çox yaxşı idi. Elə bu məsələdə də ən çox kürəkənim Naminin adı hallandırılır. Polislər araşdırıb ki, ona gələn zənglərin 90 faizi Namindən imiş. Bunu biləndə soruşduq, dedi ki, Vüsalə hansısa oğlanla danışırmış, Namin də bunu bilib, ona görə Vüsaləni tənbeh edib”. 

Əhliman kişi sonradan ifadəsini dəyişdiyini də təsdiqlədi: “Birinci gün özümüzü itirmişdik. Dedilər, ifadəndə yaz ki, evdən 3 min manat pul, qızıl aparıb, mən də yazdım. Amma sonradan düşündüm ki, doğru deyil, düzü nədirsə, onu da demək lazımdır. Ona görə də ifadəmi dəyişdim”. 


“Nömrəni Vüsaləyə Namin almışdı” 

21 yaşlı Elvin Quliyev də həyat yoldaşının niyə çıxıb getdiyini bilmir: “Aramızda narazılıq yox idi. Həmin günü günorta çağırdım ki, istidir, gəl yat. Dedi, istəmirəm, işim var. Mən də yatdım. Ayılanda gördük yoxdu. Heç nə aparmayıb özü ilə, təkcə toyda alınmış qızıllarını götürüb, ev paltarında gedib. Sonradan məlum oldu ki, telefonla başqa kişilərlə danışırmış. Bunu da Namin bilib. Vüsaləyə 
zəng edəndə görüb telefonu məşğuldur. Kiminlə danışdığını soruşub, o da deyib “heç kiminlə danışmırdım”. Namin də inanmayıb, bacısına deyib ki, onun telefonuna bax, danışdığı nömrəni mənə de. Bacısı da baxıb deyib. Namin həmin adama zəng edib kimliyi ilə maraqlanıb. Məlum olub ki, adam İmişlidəndir. Həmin adam deyib ki, evliyəm, bu qızı da tanımıram, kimdirsə zəng edib səhv düşür. Namin də Vüsaləyə acıqlanıb, deyib ki, bir də kiməsə zəng etsən atana deyəcəm. Ondan sonra da Vüsalə yoxa çıxıb.”

Həyat yoldaşı deyir ki, Vüsaləyə telefon nömrəsini də Namin alıbmış: “Heç 20 gün olmazdı nömrə aldığı. Telefonu da çox vaxt məndə olardı, ancaq evləri ilə, bir də bacımla, Naminlə danışardı. Heç vaxt başqa zənglər gəlməzdi. Polislər də müəyyənləşdirib ki, ən çox danışdığı adam Namindir. Elə sonuncu zəng də ona edilib”. 
Elvin Quliyevin sözlərinə görə, Vüsalə kəndin girəcəyində mağazada işləyən bir nəfərdən 2 manat yolpulu alıb, evdə tək olduğunu deyib: “Həmin adama deyib ki, məni evdə tək qoyub gediblər. Atamla anam da Bərdənin mərkəzində, qızıl mağazasının yanında məni gözləyir, amma yolpulum yoxdu. Dükançı da taksi saxlatdırıb, 2 manat da pul verib, yola salıb. Sonra həmin adamı çağırdılar polisə, bir gün saxlayıb ifadəsini aldılar. Vüsalənin getdiyi taksi tapılmır. Polisdən bizə kamera görüntülərini də veriblər ki, bəlkə baxıb tanıya bildik. Amma hələ heç bir nəticəsi yoxdur”. 

Ağdərə rayonunun Məmikli kəndindən məcburi köçkün olan Əmiraslan İsmayılov da Vüsalənin ailəsi ilə problem yaşamadığını deyir: “Elvin baldızım oğludur, burada qonşu qalırıq. Hamımız Vüsalədən çox razı idik. Baldızım ağır xəstə idi. O vaxtlar öz qızı da burada idi, amma heç kim ona Vüsalə kimi qulluq etmirdi. Doğma balası kimi “ana” deyirdi ona. Hamımız çaşqınlıq işindəyik, bilmirik nə baş verdi ki, o qız evdən qaçdı”. 

Əmiraslan İsmayılov da Vüsalənin hansısa oğlanla danışdığını görmədiyini deyir: “Kim bunu deyirsə, yalan deyir. Çayxana söhbətləri çox olar, həqiqətsə başqadır”. 


Hadisənin şahidi 

Vüsalə Xudiyevanı son dəfə görən Ülviyyə Rasim qızı Əliyevadır. Onun sözlərinə görə, günorta bir yerdə olublar: “Həmin gün mürəbbə, dovğa bişirdik, bir yerdə paltar yuduq. Sonra oturub söhbət etdik. Bir kasa dovğa içdi, 6-7 dənə peçenye, bir ovuc marmelad yedi. Dedim, ay Vüsalə, niyə belə çox yeyirsən, hər şeyi qarışdırırsan? Dedi: “Ola bilər ki, bir də yeyə bilmərəm”. Səbəbini soruşdum, demədi. Elə bu vaxt yeznələri Namin zəng etdi ona. Gördüm qızın üstünə qışqırır ki, yanında kim var? Niyə evdəkilər yatıblar? Mən aldım telefonu. Namin də mənə yaşayışından gileyləndi, dedi: “əsəblərim pozulub, işim düz getmir” və s. 

Sağollaşdıq. Bir azdan kimdənsə mesaj gəldi, Vüsalə də cavab yazdı. Bir neçə dəqiqə sonra bir də zəng gəldi. Vüsalə telefonu götürüb getdi evin arxasına. Kiminlə danışdısa, gəlib dedi ki, yuxum gəlir, yatıram, sən get. Bu vaxt artezian gəldi. O da qabları götürüb su doldurmağa çıxdı. Onu artezianın yanında qoyub getmişəm”. 
Ülviyyə də Vüsalənin Naminlə tez-tez danışdığının şahidi olub. 

Hətta hadisədən bir neçə gün əvvəl Vüsalənin ağladığını da görüb: “Mən nə vaxt onlarda olurdumsa, görürdüm Namin zəng edir. Elə olub ki, gündə 3-4 dəfə yanımda danışırdılar. Qohumdurlar, mənim nəyimə lazımdır qarışım?! Bir neçə gün əvvəl getdim ki, Vüsalə ağlayır. Səbəbini soruşdum, dedi ki, Namin kirvələri Mübarizə zəng edib deyib ki, bir də Elvin, qayınatam evdə olmayanda o evə getmə. Mübariz də ona deyib ki, sən kimsən? Namin hirslənmişdi, Mübarizlə dalaşmaq üçün kəndə gəlmək istəyirdi. Mən zəng edib yalvardım ki, gəlməsin. Bir dəfə də Vüsalə mənə dedi ki, onu əvvəllər istəyən oğlan əsgərlikdən gəlib. Dedi: “Anam deyir ki, səni istəyən oğlan əsgərlikdən gəlib, deyir ki, Vüsalə bir gün də olsa mənim olacaq”. Amma oğlanın kimliyi haqda məlumatım yoxdur”. 

 
“Mən Vüsaləyə acıqlandığımı danmıram” 

Bu sözləri isə məsələdə adı daha çox hallandırılan, ailənin kürəkəni Namin adlı şəxs deyir: “Biz çox mehriban qohum olmuşuq. Hər gün yoldaşıyla, özü ilə danışmışam. Məndən kontur istəyib, balansına 20, 50 qəpik yükləmişən. Hadisə olan gündən bir gün əvvəl isə bir səhv hərəkəti olmuşdu, onu danlamışam, vəssalam. Mən zəng edəndə gördüm telefonu məşğuldur, amma dandı. Sonra həmin nömrəni öyrənib zəng etdim. Adam mənə dedi: “Bu qız kimdirsə mənə zəng edib deyir Samirdi? Deyirəm yox, yenə zəng edir”. Mən də Vüsaləyə buna görə acıqlandım. Hadisə baş verən günü Vüsalə ilə danışırdım, ikinci xəttə zəng gəldi. Gördüm həmin adamdı. Yenə dedi ki, həmin qız mənə zəng edir. Mən də təkrar Vüsaləni yığıb acıqlandım, dedim ailənə deyəcəm, telefonu bağladı. Bir neçə dəfə yığdım, zəng çatmadı. Bir azdan gördüm yenə zəng çatmır. Qonşuda yaşayan Xalidə xalaya (Elvinin xalası) zəng edib dedim Vüsaləyə deyin telefonu açsın. O da gedib baxdı, dedi ki, evdə yoxdu. O vaxtdan da heç bir xəbər yoxdu”. 

Namin (soyadını açıqlamır) eyni ifadəni polisə verdiyini də söylədi: “Vüsalənin qohumları məni günahlandırır. Əgər onun itməsində əlim olsaydı, indi bayırda olmazdım”. 

Namin Vüsaləyə gün ərzində dəfələrlə zəng etməsini də qohumluqları ilə əlaqələndirdi: “Uşaq idi deyə tez-tez əlaqə saxlayırdım ki, birdən başına bir iş gələr, ağılsızlıq edər, yaxud da incidərlər onu. Hər gün təkcə onunla yox, Elvinlə də danışmışam”. 


“Axtarış tədbirləri görülür” 

Vüsaləni taksi ilə yola salan şəxs kənddə olmadığından onun fikirlərini öyrənmək mümkün olmadı. Axtarış işini araşdıran polis müvəkkili Məhərrəm adlı şəxs (soyadını söyləmək istəmədi) isə axtarış tədbirləri görüldüyünü dedi: “Vüsalə Xudiyevanın şəkli bütün telekanallarda yayımlanıb. Hazırda axtarış tədbirləri görülür. Bu haqda sizə ətraflı məlumat verə bilmərəm”. 

Aynur Elgünəş, Qafqazinfo

gruzinka | 5 sentyabr 2012 20:11 | Status: Qonaq | Şərh: 0
mence ilk evvel gunah bizim bezi geri dusunceli kendlerimizd erayonlarimizdadirki 13 15 yasinda gizlari ere verib sorad aondan gelinlik analig teleb edirler...sora valideyinlerdedi....her seyin inkisaf ettiyi bir devirde usaglarini dunya gorusunden mehrum edirler...sonrada erindedirki 15 yasinda giz almisan onu oz istediyin kimi terbiyendirmelisen cunki her ailenin oz ganunlari var ve 15 yasinda evlendiyin gizi oz ganunlarina uygunlasdirmalisan!novbeti gunahida gizda goruremki niye goresen 15 yasinda ere getmeyi bilirler bu mesuliiyyeti oz uzerlerine gotururler ancag oz geleceklerini mehv edirler? mes bu giz ele sey ola bilmezdiki baldizini erinin ona olan munasibetini hiss elemesin gormesin...ola bilerki soradanda ustu acilacag deye gorxub deye gcib harasa...allah kimin ne eskikliyi varsa onu nesib etsinki bu xalgin axiri ucurum olmasin...
Leyla Qocayeva | 5 sentyabr 2012 15:03 | Status: Qonaq | Şərh: 0
qizi gunahlandirmayin.bu iwde naminin eli var.elvinde nece erdiki heyat yoldawini bir bawqasi idare edir.burda naminin eli var ne edibse mence o edib.belkede qiza nese edib sorada hede qorxu gelirmiw...
Narmin PinkGlamour | 3 sentyabr 2012 08:24 | Status: Şərhçi | Şərh: 385
UFFF uryeim bulanir Bele seylerden Ozume day soz verdimki Oxumuyacam Bele xeberleri .Ozumu pis hiss eliyirem
Fidan Abbasli | 2 sentyabr 2012 15:24 | Status: Qonaq | Şərh: 0
ne yaxşi işdi ele bil qizin eri yoxdu baldizin eri onun derdini cekir hec inandirici deyil birdeki hec kim isti ocaqindan qacmaz burda nese qaranliq meqamlar var allah komeyi olsun
azeri_oglu | 2 sentyabr 2012 04:40 | Status: Gümüş user | Şərh: 2 243
internetde yeqin kimlese taniwolub cixib gedib, ele gizlin geden xanimlara AR olsun,esasda aileli xanimlara
yerbezeyi | 1 sentyabr 2012 08:50 | Status: Şərhçi | Şərh: 198
naimdede günah var ola bilər başqasına qoşulub qaçsın
P.S | 30 avqust 2012 20:06 | Status: VİP user | Şərh: 995
qeribe hadisedi Allah ozu komeyi olsun
seva-alinur | 29 avqust 2012 18:11 | Status: Qonaq | Şərh: 0
mence gunah ele naimdir nedir ondadi.xeyr ola sen cavan geline o boyda zeng vurursan.onun eri var o hell eder problemlerini. sene ne.
romantika7070 | 24 avqust 2012 11:39 | Status: Şərhçi | Şərh: 175
Çox müəmmalı hadisədir, maraqlıdır görəsən qız hara gedib?
princessaa | 21 avqust 2012 19:04 | Status: Qonaq | Şərh: 0
onun hec nigahi yoxdu ALLAH komek olsun
kokow | 18 avqust 2012 19:56 | Status: Qonaq | Şərh: 0
mence de namiqin hereketleri wubhelidir
Abbas Kerimli | 17 avqust 2012 08:53 | Status: Qonaq | Şərh: 0
Butun islerin Basi Namindi.Cunki baldizinin Bakidan gelmesi hemcinin Naminin bacisinin baldizinin gelmesi meseleye aydinliq getirir ki ele zeng eden Namindi.onlarda Bakidan gelib ki Menim aylemi sen dagidirsan.qizida buna gore divara direyibler.burda qizda gunah yoxdu.belkede oglan deyib ki guya gelinleri ondan el cekmir yada baldizi hiss edib ki bu gelinleri ile danisir.cunki xanimin yoldasinin dediyine gore telefon ozunde olurdu ve anasindan basqa kimseye zeng etmirdi.ne qeder zeyif kisi olursan olsun en azindan bele seyleri basa dusmeyecek derecede qanmaz olmalidir.butun islerin basi Namindi onu dar agacindan asmaq lazim...
konul mamedova | 16 avqust 2012 14:19 | Status: Professional user | Şərh: 1 711
Bu qız haqqında təzə xəbər bilən var??Tv-də göstərdilər...Amma hadisə burdakı kimi tam açıqlanmadı..Xəbər olsa yazın xahiş edirəm..Maraqlıdır mənə görən qız hara gedib...
NURGUL_GUL | 14 avqust 2012 10:28 | Status: Şərhçi | Şərh: 130
Allah ozu komek olsun onun ailesine qariwiq meseledir
Qaracaqiz | 13 avqust 2012 14:25 | Status: VİP user | Şərh: 1 882
cox qarisiq meseledir, Allah hec bir valideyinin basina bele hadise getirmesin.Insallah saq-salamat tapilar.Amma mene ele gelirki o gelinin baldizinin eli var bu isde.Birdeki menim 3 dene baldizim var (bextever basima wink ) onlarin erleri ile telefonda niye danismaliyam ki? onlarda zeng edende yoldasima edirler mende oz baldizlarimla danisiram.Ortadan abir-heya goturulduse her sey ola biler.
luce | 12 avqust 2012 22:10 | Status: Professional user | Şərh: 2 922
Sitat: Damla
Butun iplerin ucu gedib cixir Nemana vesellam
Mence de.

Sitat: Damla
Baldizimin erininin,bacimin erinin ve qaynimin menimle ne iwi ola biler.Mene ancaq ve ancaq ilde bir defe zeng eda bilerler oda ozel gunlerde beli ancaq ozel gunlerde.Basqa nese soruwmaq isteyen menim yoldawima zeng vursun.Ne gezir baci eri,baldiz eri,ve ss kiwi xeylaqllari evda o evdaki eger yoldawim yoxdursa.Bizim eva ela ata evinden men bela gormuwem oz dogma dayim atam evda olmayanda gelmezdi.Menimde indi ailemde beladir ve bu en duzgun qerardir.
Tam raziyam seninle. Men de bu fikirdeyem. Xeyirdimi baldizimin eri, bacimin eri ve s.-nin eri hergun zeng edib menle maraqlanir? Getsin oz arvadi ile maraqlansin da, meger bunun oz eri olayib ki? Qaranliq meseledir vallah. Allah uzaq etsin.
Sumeyye | 12 avqust 2012 20:51 | Status: Professional user | Şərh: 1 720
qiz zeng xestesi imişki...ehh neyse hadiseni tam hec kim bilmir. Allah bilir ne olub...
life82 | 12 avqust 2012 19:47 | Status: Gümüş user | Şərh: 985
OOOOOOOOOY,BU NEDI BELE?BELE ŞEY OLAR?KUREKEN LAP ETIMI TOKDU :n49:
OZ_DUNYAMIZ | 12 avqust 2012 11:14 | Status: Gümüş user | Şərh: 1 205
yaman cox idi sebrim catmadi oxuyammm
tota | 12 avqust 2012 10:22 | Status: Qonaq | Şərh: 0
xeber ucun tesekkurler ancaq aciqi cox eseblesdim kisi sozunu anlayan onun mesuliyyetinide anlayar.heyat yoldasi kisinin namusudur loru dilde desek papagidir.oz namusunu qorusunde Naminindir nedir o kimdirki senin yoldasinin zenglerini yoxlayir?ne edibse gunahi oz boynuna adi "arasi hallanan Namin edib neyse Allah komeklerinde olsunh.Bele bir deyim varki kureken kul ekendir oldurulmesi mumkun olmayan dusmendir kureken Namin ucun deyilen sozlerdi
Duam | 12 avqust 2012 10:01 | Status: Qonaq | Şərh: 0
Dehsetdi ee VALLAH 16 yasda qizi ere verende bundan pis hadiseler bas vere biler hele bu azdi.
gulya20 | 11 avqust 2012 16:11 | Status: Professional user | Şərh: 4 677
Dunen gece bu xeberi oxudum,yatandada yuxumda bele bir hadise gordum,amma yuxumdaki qiz axirda ozunu oldurdu.
Dindirilenlerden hec kes heqiqeti demediyi ucun qaranliq qalib,mence qiz sag tapilmayacaq.
Her kes burda yas ile elaqelendirir,ne olsunki 16 yasi var idi,agil olmadiqdan sonra ister 16 ister 26 ferq etmez.Mende 18yasimda aile qurmusam,tez evlenmeyin terefdari deyilem,amma her kesin bir qismeti var,qismet nedirse onuda yasayiriq.
HEYATIM | 11 avqust 2012 16:06 | Status: Professional user | Şərh: 2 110
uff vallah eseblewdime... o qadinin erindedide gunah arvadi ne edir ne etmir eyer kiwide selahiyet olsaydi elede olmazdi sonrada qadin cox aqilsizdi ....ne bilim burda cox qaranliq meqamlar var ALLAH komey olsun...... tewekkurler xeber ucunde cox maraqli xeberdi
gul bakislim | 11 avqust 2012 15:59 | Status: Qonaq | Şərh: 0
mence qizin gunahi yoxdu cunki 16 yasinda hec bir tehsili olmayan,birisi veziyyetden ne cixacaqinida bilmeyib belkede ona gorede erine demeye qorxub.birdeki bu
Həyat yoldaşı deyir ki, Vüsaləyə telefon nömrəsini də Namin alıbmış: “Heç 20 gün olmazdı nömrə aldığı. Telefonu da çox vaxt məndə olardı, ancaq evləri ilə, bir də bacımla, Naminlə danışardı. Heç vaxt başqa zənglər gəlməzdi. Polislər də müəyyənləşdirib ki, ən çox danışdığı adam Namindir. Elə sonuncu zəng də ona edilib”.
-eri deyirki telefon mende olurdu,ama Namin deyirki kimese zeng edib?

belkede o namin,mubariz sohbetinde neise var,en esas daki o esgerlikden gelen ve onun isletdiyi soz.inan diki oglanlar ne analarini ne de bacilarini goz onunune getirmirler ki,,,birisi bedbext edende,,butun gunahlar erinde ve namin deyilen ozu "qohum"kimi ureyi yanimli olubda guya..ne eliyirse qohum eliyirde.neise Allah o qiza agil versinki ozune nese etmesin..
qizin valideyinleri ise sehvi var bu danilmazdir,goresen diger rayonlarda yasayan valideyinlere ders olacaqmi bu hadise.
..ne ise duzunu ALLAH BILIR....
nurashka | 11 avqust 2012 14:38 | Status: Qonaq | Şərh: 2 167
Sitat: Vetenperver
Bu məsələ çox uzandı,razılaş ki gəlindədə günah olub,lap azda olsa.Əgər bir iki dəfə zəng olub gəlində danışmayıb onda bu başqa amma onlar mənə elə gəlir danışıblar,gəlin bir dəfə danışmaz iki dəfə danışmaz sonra ona zəng gəlməz,danışıbki dəfələrlə zəng gəlib.

Mən ən Böyük günahkar kimi birinci qizin ərini,ikinci də gəlini seçərdim...O kürəkəndə günah yoxdu qizin ağlı olardi...Amma o da elə danişir ki (kürəkən elə bil qarşısındaki 3yaşındaki uşaqdir)
zoluwka | 11 avqust 2012 12:00 | Status: Professional user | Şərh: 3 172
kim dogru kim yalniw anlamaq olmur?qiz ya bezib qacib yada bawina nese iw gelib?Allah komeyi olsun
angel1 | 11 avqust 2012 11:25 | Status: Qonaq | Şərh: 0
9ay yaxsi gelin olub taniyanlar raziliq edir.20 gundu kureken nomre aldi zengler basladi ve hamidan tez kureken bildi.kureken nomreni alibki qizla elaqe saxlasin?bele cixirde.yanindakilarin hec 1 zengden xeberi olmadi amma kureken bakidan tez xeber bildi.qizin da nese bir sebebebi var ki,her halda hec kime hec ne demeyib.allah duzeltsin.mence cox sey aydindir.
_Peri_ | 11 avqust 2012 11:11 | Status: Gümüş user | Şərh: 1 662
cox qaranliq bir meseledir..xeyirlsoi nedise oda olsun..twk
konul mamedova | 11 avqust 2012 11:11 | Status: Professional user | Şərh: 1 711
Sitat: Damla
Baldizimin erininin,bacimin erinin ve qaynimin menimle ne iwi ola biler.Mene ancaq ve ancaq ilde bir defe zeng eda bilerler oda ozel gunlerde beli ancaq ozel gunlerde.Basqa nese soruwmaq isteyen menim yoldawima zeng vursun.Ne gezir baci eri,baldiz eri,ve ss kiwi xeylaqllari evda o evdaki eger yoldawim yoxdursa.Bizim eva ela ata evinden men bela gormuwem oz dogma dayim atam evda olmayanda gelmezdi.Menimde indi ailemde beladir ve bu en duzgun qerardir.

Bütün cümlələrində razıyam.Sanki bizim ailədən yazıbsan..Eyni ilə bizdə də belədir..Bu o demək deyil ki biz də heç kim bir-birinə güvənmir..Allah eləməsin..Amma biz belə görmüşük deyə belə də davam edirik..
Nursan. | 11 avqust 2012 11:08 | Status: Gümüş user | Şərh: 1 020
Sitat: Alizes
niye mene ele gelir ki bu "heyat yoldaşi" hec qiza yoldaşliq etmeyib?! ele bil camaatin qizini xeste anasina ve ruh xestesi bacisina qulluqculuq etmek ucun getiribler.

Mən də belə fikirləşdim