Layihələr / Qadın taleyi

Bərdədə 16 yaşlı gəlin hara qaçıb? - Araşdırma + fotolar

Aynur_Qurbanqizi | 10-08-2012, 18:31
16 668 134
Heç kim qadının evdən niyə qaçdığının səbəbini bilmir 

“Qızım qayıtsın, onu hər halı ilə qəbul etməyə hazıram. Təki sağ olduğunu bilim, bu, mənə yetər. Əminəm ki, qızım atasının, qardaşının başını əyəcək heç nə etməz”. Bu sözləri Ağdam rayonunun Salahlı kənd sakini Cəvahir Xudiyeva deyir. Hazırda Ağdam rayonunun Dördyol qəsəbəsində məskunlaşan bu xanımın 16 yaşlı qızı Vüsalə ər evindən çıxıb və bir daha geri qayıtmayıb. 
Gənc qadının şəkilləri bütün telekanallarda yayımlansa da, hələ “onu gördüm” deyən yoxdur... 


Kənd təşvişdə 

Vüsalə Cəsarət qızı Xudiyeva 1996-cı ildə anadan olub. 9 aydır Ağdam rayonunun Qalayçılar kənd sakini Elvin Əhliman oğlu Quliyevlə ailə qurub, Bərdə rayonunun Soğanverdilər kəndində yaşayır. 3 iyul 2012-ci ildə günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Gənc qadının günün günorta çağı yoxa çıxması təkcə qohum-əqrəbalarını deyil, bütün kəndi təşvişə salıb. Şayiələr o qədər çoxalıb ki, kimin doğru söylədiyini müəyyənləşdirmək çətindir. Kənd sakinlərinin tez-tez polis bölməsinə çağrılıb dindirilməsi isə həyəcanı daha da artırır. 


Dördyol qəsəbəsində... 

Ağdam rayonu ərazisindəki bu qəsəbə yeni salınıb. Çadırlarda yaşayan məcburi köçkünlərin indi xüsusi həyəti, evi var. Bütün evlər bir-birinə bənzəyir, onları yalnız üzərindəki nömrələr ayırır. 
Cəsarət Xudiyevin də evi bu qəsəbədədir. Artıq 1 aydır ki, bu evdən qonaq əskik olmur. Xəbəri eşidən hər kəs ailəyə təsəlliyə gəlir. 
Hər kəsin üzünə ümidlə baxan, səksəkə içərisində qızından xəbər gözləyən Cəvahir Xudiyevasa hadisə baş verən günü belə xatırlayır: “Soğan yığımından gəlirdim, gördüm yoldaşım oturub evin pilləkənində, rəngi qapqaradır. Nə baş verdiyini soruşdum, dedi, qız itib. Heç əllərimi yumadım, tez getdim Soğanverdilərə. Çatanda gördüm bütün kənd yığılıb Vüsaləgilin həyətinə. Heç içəri keçməyə yer yox idi ki, soruşum, qızım hardadı. Məni dairəyə aldılar, bir dedi: “anasını yandırın”, başqa biri dedi: “döyün”. Cumdular üstümə. Bu adamların heç birini tanımıram, 9 ayda bir dəfə də olsun rastlaşmamışdım onlarla. Dedim, ay camaat, bir dəqiqə dayanın, öyrənim görüm uşağım niyə qaçıb, ondan sonra yandırarsız. Dedilər: “Başqasına qoşulub qaçıb”. Qaynatası deyir: “Günorta yatmışdıq, qaçıb”, baldızı deyir: “Gecə qaçıb”. Hərə bir söz dedi, imkan vermədilər girib əşyalarına baxım”. 

Cəsarət Xudiyevin sözlərinə görə, qızının itməsi ilə bağlı xəbəri kürəkəni Elvindən eşidib: “Yoldaşı deyir, qız gündüz saat 2-3 arasında yoxa çıxıb. Guya hamısı yatıbmış, Vüsalə su gətirməyə gedib, qabları da orada qoyub, taksiyə minib gedib”. 

Vüsalə Xudiyeva Bərdə rayon Polis Şöbəsi tərəfindən axtarılır. Cəvahir xanım deyir ki, dəfələrlə şöbəyə getsələr də, heç bir xəbər ala bilmirlər: “Bu məsələ ilə heç kim məşğul olmaq istəmir. Ola bilsin qızımla bağlı nəsə bilirlər, açıqlamırlar. Polisə gedəndə orda mənə dedilər ki, qızı tapsaq, ondan utanmayacaqsınız ki? Dedim, yox. Ondan sonra heç maraqlanmadılar da”. 

Anası qızının xarici ölkəyə aparılması ehtimalına inanmır: “Vüsalənin heç bir sənədi yoxdu. Bir cırıq metirkası vardı, onu da polislər apardı. Həm də şəkillərini bütün sərhəd-keçid məntəqələrinə veriblər. Polis şöbəsində bizə savadsız, avam adamlar kimi baxırlar, heç yaxına buraxmırlar. Gedirik, qovurlar, demirlər nə baş verir”. 

 
“Burda hamı qızını erkən ərə verir, tək bizdə görünməyib” 

Bu sözləri qızının niyə 15 yaşında ailə qurmasına aydınlıq gətirən Cəvahir xanım deyir: “Oxumayandan sonra qızı saxlamağın nə mənası var? Burda elə ailələr var ki, qızın heç 13 yaşı tamam olmamış nişanlayır. Vüsalə azyaşlı olsa da, çox qadından yaxşı evdarlığı vardı. Oğlanın anası ağır xəstə idi, elçi gəldi, dedi ki, əhdim var, oğlumun toyunu görüb sonra ölmək istəyirəm. Biz də son arzusunu yerinə yetirdik. Qanunda da var, əgər xəstəyə baxarsa, qız erkən ailə qura bilər. Vüsalə də ölüncəyə qədər o qadının qulluğunda durdu, heç vaxt üzümüzü qara çıxarmadı. Bəlkə də bu hadisə baş verməsəydi, heç azyaşlı olması problem olmazdı”. 
Ailədə heç kim Vüsalənin başqasına qoşulub-qaçması ilə bağlı yayılan şayiələrə inanmır. Atası Cəsarət “mən Vüsaləni bu evdən düvaqla çıxarmışam. Onun başına nə gəlibsə, ər evi cavabdehdi”-deyir. 


Gəlin baldızdan niyə gileylənib? 

Cəvahir xanım deyir ki, qızı ilə sonuncu dəfə hadisədən 2 gün əvvəl, yəni iyulun 1-də əlaqə saxlayıb: “Vüsalənin baldızının biri Bakıda yaşayır. Bu yaxınlarda gəlib-getmişdi. Qızım zəng etdi ki, baldızım öz baldızı ilə yenə gəlir. Nə bişirim onlara? Mən də məsləhətlər verdim. Heç vaxt ailədə baş verənlərdən xəbər tutmazdıq, bir dəfə də gileylənməzdi. Amma bu dəfə dedi: “Bilirəm, bu gəliş mənim xeyrimə deyil”. Səbəbini soruşdum , demədi. Sonrada kənddən bizə çatdırdılar ki, baldızıglin onu divara dirəyib sorğu-suala tutduqlarını görən olub. Amma görən adam kimdirsə, qorxusundan demək istəmir. Məncə, baldızıgil də qızımla bağlı nəsə bilirlər, amma demirlər. Hadisə baş verən günü də tələm-tələsik qaçıb getdilər Bakıya. Qayınatası da ifadəsində demişdi ki, guya Vüsalə evdən 3 min manat pul, bir də qızıllarını götürüb. Lakin polis “sən evində 3 min manatı olana oxşamırsan axı” deyəndən sonra ifadəsini dəyişdi”. 

“O, gəlin yox, evin qızı idi” 

Soğanverdilər kəndi Dördyol qəsəbəsinin yaxınlığında yerləşir. Vüsalənin qohumları ora getməyi məsləhət görmədilər. Dediklərinə görə, işi araşdıran polis məmuru “jurnalist kəndə getməsin, elə qızın valideynləri ilə görüşsün. Yoxsa onun təhlükəsizliyinə kimsə zəmanət verməyəcək”-deyib. 

Bu xəbərdarlıq bir neçə gün əvvəl baş vermiş hadisə ilə bağlı idi. Belə ki, oğlangilin üstünə gedən qız tərəfin adamlarını kənd sakinləri dəyənəklə qovublar. 

Ancaq gözləntilər özünü doğrultmadı. Vüsalə Xudiyevanın həyat yoldaşı Elvin Quliyev, eləcə də qaynatası Əhliman kişi baş verənləri danışmaqdan çəkinmədilər. 

Qalayçılar kəndinin işğalından sonra Soğanverdilərdə məskunlaşdıqlarını deyən Əhliman Quliyev də gəlinindən razılıq etdi: “Azyaşlı idi. Amma zorla almamışdıq. Həyat yoldaşım hardasa görüb-bəyənmişdi. Sonra elçi getdik, onlar da etiraz etmədilər. Vüsalə bu evə gələndən bəri bizə öz qızımız kimi oldu. Yoldaşım xəstə yatanda onun qulluğunda durdu. O rəhmətə gedəndən də bizə baxır. Evdə dörd nəfər idik. Elvinlə mən səhər tezdən çıxırdıq, o da ruhi xəstə olan qızıma baxırdı, evin bütün işlərini görürdü. İndiyədək heç bir narazılığımız olmayıb”. 

Qayınatası deyir ki, hadisə günorta saatlardında baş verib: “Həmin gün paltar yudu, yemək bişirdi. Qonşumuz Ülviyyə də bizdə idi. Yeməkdən sonra Elvin öz otağına çəkildi, mən də öz yerimdə uzandım. Baldızım qonşuluqda yaşayır, gəlib məni durğuzub Vüsaləni soruşdu. Dedi ki, Bakıdakı qızımın kürəkəni Namin zəng edir, Vüsalənin telefonu cavab vermir. Mən də Elvini durğuzub soruşdum. Axtardıq. Baldızım gedib Ülviyyədən soruşdu. O da dedi ki, bizdə olanda Vüsaləyı zəng gəlib, gedib evin arxasında danışıb, sonra da gəlib deyib ki, yuxum gəlir, yatıram. Ülviyyə də çıxıb gedib. Kəndi axtardıq, dedilər ki, qabları da artezianın başında qoyub, taksiyə minib gedib. Heç bir saat çəkmədi polisə xəbər verdik, ailəsinə dedik. O vaxtdan da xəbər yoxdu”. 

Əhliman Quliyev Bakıda yaşayan qızının hadisədən iki gün əvvəl qonaq gəldiyini təsdiqləsə də, Vüsalənin incidildiyindən xəbərsiz olduğunu dedi: “Qızımgil onu döysəydilər üz-gözünə baxanda hiss olunardı. Bilmirəm o, niyə anasına giley edib. Amma inanmıram qızım onu divara dirəyib təzyiq göstərsin. Əksinə, qızımla da, kürəkənimlə də münasibətləri çox yaxşı idi. Elə bu məsələdə də ən çox kürəkənim Naminin adı hallandırılır. Polislər araşdırıb ki, ona gələn zənglərin 90 faizi Namindən imiş. Bunu biləndə soruşduq, dedi ki, Vüsalə hansısa oğlanla danışırmış, Namin də bunu bilib, ona görə Vüsaləni tənbeh edib”. 

Əhliman kişi sonradan ifadəsini dəyişdiyini də təsdiqlədi: “Birinci gün özümüzü itirmişdik. Dedilər, ifadəndə yaz ki, evdən 3 min manat pul, qızıl aparıb, mən də yazdım. Amma sonradan düşündüm ki, doğru deyil, düzü nədirsə, onu da demək lazımdır. Ona görə də ifadəmi dəyişdim”. 


“Nömrəni Vüsaləyə Namin almışdı” 

21 yaşlı Elvin Quliyev də həyat yoldaşının niyə çıxıb getdiyini bilmir: “Aramızda narazılıq yox idi. Həmin günü günorta çağırdım ki, istidir, gəl yat. Dedi, istəmirəm, işim var. Mən də yatdım. Ayılanda gördük yoxdu. Heç nə aparmayıb özü ilə, təkcə toyda alınmış qızıllarını götürüb, ev paltarında gedib. Sonradan məlum oldu ki, telefonla başqa kişilərlə danışırmış. Bunu da Namin bilib. Vüsaləyə 
zəng edəndə görüb telefonu məşğuldur. Kiminlə danışdığını soruşub, o da deyib “heç kiminlə danışmırdım”. Namin də inanmayıb, bacısına deyib ki, onun telefonuna bax, danışdığı nömrəni mənə de. Bacısı da baxıb deyib. Namin həmin adama zəng edib kimliyi ilə maraqlanıb. Məlum olub ki, adam İmişlidəndir. Həmin adam deyib ki, evliyəm, bu qızı da tanımıram, kimdirsə zəng edib səhv düşür. Namin də Vüsaləyə acıqlanıb, deyib ki, bir də kiməsə zəng etsən atana deyəcəm. Ondan sonra da Vüsalə yoxa çıxıb.”

Həyat yoldaşı deyir ki, Vüsaləyə telefon nömrəsini də Namin alıbmış: “Heç 20 gün olmazdı nömrə aldığı. Telefonu da çox vaxt məndə olardı, ancaq evləri ilə, bir də bacımla, Naminlə danışardı. Heç vaxt başqa zənglər gəlməzdi. Polislər də müəyyənləşdirib ki, ən çox danışdığı adam Namindir. Elə sonuncu zəng də ona edilib”. 
Elvin Quliyevin sözlərinə görə, Vüsalə kəndin girəcəyində mağazada işləyən bir nəfərdən 2 manat yolpulu alıb, evdə tək olduğunu deyib: “Həmin adama deyib ki, məni evdə tək qoyub gediblər. Atamla anam da Bərdənin mərkəzində, qızıl mağazasının yanında məni gözləyir, amma yolpulum yoxdu. Dükançı da taksi saxlatdırıb, 2 manat da pul verib, yola salıb. Sonra həmin adamı çağırdılar polisə, bir gün saxlayıb ifadəsini aldılar. Vüsalənin getdiyi taksi tapılmır. Polisdən bizə kamera görüntülərini də veriblər ki, bəlkə baxıb tanıya bildik. Amma hələ heç bir nəticəsi yoxdur”. 

Ağdərə rayonunun Məmikli kəndindən məcburi köçkün olan Əmiraslan İsmayılov da Vüsalənin ailəsi ilə problem yaşamadığını deyir: “Elvin baldızım oğludur, burada qonşu qalırıq. Hamımız Vüsalədən çox razı idik. Baldızım ağır xəstə idi. O vaxtlar öz qızı da burada idi, amma heç kim ona Vüsalə kimi qulluq etmirdi. Doğma balası kimi “ana” deyirdi ona. Hamımız çaşqınlıq işindəyik, bilmirik nə baş verdi ki, o qız evdən qaçdı”. 

Əmiraslan İsmayılov da Vüsalənin hansısa oğlanla danışdığını görmədiyini deyir: “Kim bunu deyirsə, yalan deyir. Çayxana söhbətləri çox olar, həqiqətsə başqadır”. 


Hadisənin şahidi 

Vüsalə Xudiyevanı son dəfə görən Ülviyyə Rasim qızı Əliyevadır. Onun sözlərinə görə, günorta bir yerdə olublar: “Həmin gün mürəbbə, dovğa bişirdik, bir yerdə paltar yuduq. Sonra oturub söhbət etdik. Bir kasa dovğa içdi, 6-7 dənə peçenye, bir ovuc marmelad yedi. Dedim, ay Vüsalə, niyə belə çox yeyirsən, hər şeyi qarışdırırsan? Dedi: “Ola bilər ki, bir də yeyə bilmərəm”. Səbəbini soruşdum, demədi. Elə bu vaxt yeznələri Namin zəng etdi ona. Gördüm qızın üstünə qışqırır ki, yanında kim var? Niyə evdəkilər yatıblar? Mən aldım telefonu. Namin də mənə yaşayışından gileyləndi, dedi: “əsəblərim pozulub, işim düz getmir” və s. 

Sağollaşdıq. Bir azdan kimdənsə mesaj gəldi, Vüsalə də cavab yazdı. Bir neçə dəqiqə sonra bir də zəng gəldi. Vüsalə telefonu götürüb getdi evin arxasına. Kiminlə danışdısa, gəlib dedi ki, yuxum gəlir, yatıram, sən get. Bu vaxt artezian gəldi. O da qabları götürüb su doldurmağa çıxdı. Onu artezianın yanında qoyub getmişəm”. 
Ülviyyə də Vüsalənin Naminlə tez-tez danışdığının şahidi olub. 

Hətta hadisədən bir neçə gün əvvəl Vüsalənin ağladığını da görüb: “Mən nə vaxt onlarda olurdumsa, görürdüm Namin zəng edir. Elə olub ki, gündə 3-4 dəfə yanımda danışırdılar. Qohumdurlar, mənim nəyimə lazımdır qarışım?! Bir neçə gün əvvəl getdim ki, Vüsalə ağlayır. Səbəbini soruşdum, dedi ki, Namin kirvələri Mübarizə zəng edib deyib ki, bir də Elvin, qayınatam evdə olmayanda o evə getmə. Mübariz də ona deyib ki, sən kimsən? Namin hirslənmişdi, Mübarizlə dalaşmaq üçün kəndə gəlmək istəyirdi. Mən zəng edib yalvardım ki, gəlməsin. Bir dəfə də Vüsalə mənə dedi ki, onu əvvəllər istəyən oğlan əsgərlikdən gəlib. Dedi: “Anam deyir ki, səni istəyən oğlan əsgərlikdən gəlib, deyir ki, Vüsalə bir gün də olsa mənim olacaq”. Amma oğlanın kimliyi haqda məlumatım yoxdur”. 

 
“Mən Vüsaləyə acıqlandığımı danmıram” 

Bu sözləri isə məsələdə adı daha çox hallandırılan, ailənin kürəkəni Namin adlı şəxs deyir: “Biz çox mehriban qohum olmuşuq. Hər gün yoldaşıyla, özü ilə danışmışam. Məndən kontur istəyib, balansına 20, 50 qəpik yükləmişən. Hadisə olan gündən bir gün əvvəl isə bir səhv hərəkəti olmuşdu, onu danlamışam, vəssalam. Mən zəng edəndə gördüm telefonu məşğuldur, amma dandı. Sonra həmin nömrəni öyrənib zəng etdim. Adam mənə dedi: “Bu qız kimdirsə mənə zəng edib deyir Samirdi? Deyirəm yox, yenə zəng edir”. Mən də Vüsaləyə buna görə acıqlandım. Hadisə baş verən günü Vüsalə ilə danışırdım, ikinci xəttə zəng gəldi. Gördüm həmin adamdı. Yenə dedi ki, həmin qız mənə zəng edir. Mən də təkrar Vüsaləni yığıb acıqlandım, dedim ailənə deyəcəm, telefonu bağladı. Bir neçə dəfə yığdım, zəng çatmadı. Bir azdan gördüm yenə zəng çatmır. Qonşuda yaşayan Xalidə xalaya (Elvinin xalası) zəng edib dedim Vüsaləyə deyin telefonu açsın. O da gedib baxdı, dedi ki, evdə yoxdu. O vaxtdan da heç bir xəbər yoxdu”. 

Namin (soyadını açıqlamır) eyni ifadəni polisə verdiyini də söylədi: “Vüsalənin qohumları məni günahlandırır. Əgər onun itməsində əlim olsaydı, indi bayırda olmazdım”. 

Namin Vüsaləyə gün ərzində dəfələrlə zəng etməsini də qohumluqları ilə əlaqələndirdi: “Uşaq idi deyə tez-tez əlaqə saxlayırdım ki, birdən başına bir iş gələr, ağılsızlıq edər, yaxud da incidərlər onu. Hər gün təkcə onunla yox, Elvinlə də danışmışam”. 


“Axtarış tədbirləri görülür” 

Vüsaləni taksi ilə yola salan şəxs kənddə olmadığından onun fikirlərini öyrənmək mümkün olmadı. Axtarış işini araşdıran polis müvəkkili Məhərrəm adlı şəxs (soyadını söyləmək istəmədi) isə axtarış tədbirləri görüldüyünü dedi: “Vüsalə Xudiyevanın şəkli bütün telekanallarda yayımlanıb. Hazırda axtarış tədbirləri görülür. Bu haqda sizə ətraflı məlumat verə bilmərəm”. 

Aynur Elgünəş, Qafqazinfo



info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.

  1. ESMERRi | 5 aprel 2016 19:27 | Status: Brilliant user | Şərh: 5 395
    Sitat: AYNISKA GULUM
    amma bakini bir qesebesi var nardaran orda qizlari 13 yasda ere verirler.
  2. Purple_Butterfly | 4 sentyabr 2015 16:54 | Status: Şərhçi | Şərh: 146
    Nedirse, Bu Naminin ishleri olub. Yaziq qiz. Goresen bu ishin axiri nece oldu?
  3. Gulshen. | 20 fevral 2014 10:37 | Status: Qonaq | Şərh: 0
    Sitat: agul anasiyam
    nemin nemin kimdise hec gozum su icmir bundan

  4. AYNISKA GULUM | 5 fevral 2014 13:46 | Status: Qonaq | Şərh: 0
    amma bakini bir qesebesi var nardaran orda qizlari 13 yasda ere verirler.
  5. Nigar | 4 fevral 2014 21:03 | Status: Gümüş user | Şərh: 6 066
    16 yawinda qiz mektebde oxumalidir!!!
  6. aysel2014 | 2 yanvar 2014 22:13 | Status: Qonaq | Şərh: 0
    doslar bilirem tercublneceysiniz ama menim nenem gil gurcutanda olur nenm gilin rayonunda 15 16 17 yasnda qizlari ere verler yaziq qizlara yazqim gelir ama bezi qizlar var 15yasnda qizi ere verblermis qizda basqasni sevremis oglanda onu ona gorde 15 yasnda nisanli qiz basqasna sevdiyne qacib gor usaq oldugu yerde cesarete bax da yada qizi qinamaq olmur pisxolgiyasi pozluf gor ne gune qalbki 15 yasnda evliyi qerari alib bele hadsler bizden uzaq insalah ona gorde nenem gile gurcusdana hec getmek isdemrem gedende hemse goruremki butun usaq qizlarin nisanlanir bele seler bizden uzaq daqlara daslar yaxski bakda bele seler yoxdu rahdiyiq

    doslar bilirem tercublneceysiniz ama menim nenem gil gurcutanda olur nenm gilin rayonunda 15 16 17 yasnda qizlari ere verler yaziq qizlara yazqim gelir ama bezi qizlar var 15yasnda qizi ere verblermis qizda basqasni sevremis oglanda onu ona gorde 15 yasnda nisanli qiz basqasna sevdiyne qacib gor usaq oldugu yerde cesarete bax da yada qizi qinamaq olmur pisxolgiyasi pozluf gor ne gune qalbki 15 yasnda evliyi qerari alib bele hadsler bizden uzaq insalah ona gorde nenem gile gurcusdana hec getmek isdemrem gedende hemse goruremki butun usaq qizlarin nisanlanir bele seler bizden uzaq daqlara daslar yaxski bakda bele seler yoxdu rahdiyiq
  7. AYAN A-VA | 12 noyabr 2013 20:26 | Status: Gümüş user | Şərh: 1 722
    Təşəkkürlər
  8. Just me | 29 sentyabr 2013 17:57 | Status: Professional user | Şərh: 1 296
    Sitat: Tiramisu
    naminin firildagi var mence harda gorulubki kimse qayni arvadina gunde 5defe yigsin?Allah bilir oldurub hara atiblar.16yashli qadin da yaziblar o ushagdie 10cu sinifde oxumalidi mektebde olmalidi ne qederki cahillik davam edecek hele cox seyler eshideceyik
  9. Tiramisu | 26 sentyabr 2013 03:19 | Status: Qonaq | Şərh: 0
    naminin firildagi var mence harda gorulubki kimse qayni arvadina gunde 5defe yigsin?Allah bilir oldurub hara atiblar.16yashli qadin da yaziblar o ushagdie 10cu sinifde oxumalidi mektebde olmalidi ne qederki cahillik davam edecek hele cox seyler eshideceyik
  10. tehmin | 9 sentyabr 2013 15:24 | Status: Şərhçi | Şərh: 311
    16 yaş hələ tez deyildi
  11. azerin f. | 4 sentyabr 2013 22:04 | Status: VİP user | Şərh: 1 068
    naminden şübhelenirem.menim de qohumluqda oglanlar var.hec telefonla danismiram.tez-tez telefonla danismaqlari mende şübhe yaradıb
  12. agul anasiyam | 1 sentyabr 2013 23:42 | Status: Qonaq | Şərh: 0
    nemin nemin kimdise hec gozum su icmir bundan
  13. Mickey Mouse | 28 iyun 2013 14:59 | Status: Professional user | Şərh: 4 008
    Sitat: Girl
    aaaaaaaaaa 16 yasindada gelin olur?

    Hi
  14. Girl | 22 mart 2013 10:53 | Status: Professional user | Şərh: 8 210
    aaaaaaaaaa 16 yasindada gelin olur?
  15. Əfşan | 12 mart 2013 00:50 | Status: Professional user | Şərh: 1 714
    qiz indi hardadi bes?
  16. nara73 | 9 mart 2013 21:38 | Status: Şərhçi | Şərh: 309
    DEHWETDI VALLAH
  17. Gozel Melek | 3 mart 2013 16:33 | Status: Gümüş user | Şərh: 1 531
    Goresen qiz kimleise qscib yoxss ona ne ise olub?
  18. SEVA00 | 26 fevral 2013 00:51 | Status: VİP user | Şərh: 1 015
    bele xeberleri oxuyanda eseblesiremde
  19. Sevinc.F | 24 fevral 2013 00:44 | Status: Gümüş user | Şərh: 951
    Bu haqda melumatin devaminida yazinde. Goresen qiz kimleise qscib yoxss ona ne ise olub?
  20. RaySum | 19 yanvar 2013 19:13 | Status: Professional user | Şərh: 2 596
    ele menede
  21. Cemre | 19 yanvar 2013 16:37 | Status: Qonaq | Şərh: 0
    goresen nece oldu?qiz tapildi???bilen varsa yazsin.
  22. elnare terlan | 10 yanvar 2013 16:46 | Status: VİP user | Şərh: 1 407
    marAqlidi sonra tapildi qiz
  23. Zehra1989 | 6 yanvar 2013 01:13 | Status: Qonaq | Şərh: 0
    Sitat: feriha
    aaa goresen bu isin axiri noldu men hardan oyrenimmm

    menede,maraqlidi

    vallah ele menede maraqlidi
  24. Feriha. | 2 dekabr 2012 11:05 | Status: Professional user | Şərh: 4 747
    Sitat: ruzgargulum
    aaa goresen bu isin axiri noldu men hardan oyrenimmm

    menede,maraqlidi
  25. Asya Qurbanova | 29 noyabr 2012 01:23 | Status: Gümüş user | Şərh: 715
    Allah bilir hardadi mene cox maraqlidi.Allah komekleri olsun.Qizin 16 yasi var evlendiribler bir cox aileler az yasli qiz alirlar deyirlerki hele qanmirlar amma tam eksine gormeyen bilmeyen pis yola qacir.
  26. ruzgargulum | 27 noyabr 2012 21:02 | Status: Brilliant user | Şərh: 2 495
    aaa goresen bu isin axiri noldu men hardan oyrenimmm
  27. Feriha. | 10 noyabr 2012 21:54 | Status: Professional user | Şərh: 4 747
    Sitat: sevincВ keder
    dehwetdireee vallahnc nc nc bu qiz nece oxwuyur ee menim sinif yoldawima ilk defe gorende dedim bu qizin ne iwi var burda

    hmm
  28. sevinc keder | 7 oktyabr 2012 17:06 | Status: Professional user | Şərh: 3 818
    dehwetdireee vallah
    nc nc nc bu qiz nece oxwuyur ee menim sinif yoldawima ilk defe gorende dedim bu qizin ne iwi var burda
  29. mamedova.sima. | 28 sentyabr 2012 20:40 | Status: Qonaq | Şərh: 0
    salam mence her isin basinda namindi .....................................15 yasinda qizi ere vermek olar? bunlarin basi xarab olub zativiza............ble
  30. Feriha. | 10 sentyabr 2012 12:58 | Status: Professional user | Şərh: 4 747
    allah ec bir qizin aglin basindan almasin