Layihələr / Qadın taleyi

Xilas (bir qadın haqda hekayə)

Konul Yazar Sultan | 17-07-2012, 15:02
9 669 85

- Sənə dedim ki, bəsdi. Bezdim hər zəng eliyəndə məni bu qədər alçaltmağından. Hər görüşdüyümüzdə öpüşmək, əlləşdirmək üçün məni soxmadığın künc qalmayıb! Bezmişəm sənin iyrəncliyindən!

- Eeeyy Aygül, elə danşırsan ki, elə bil 15-ci əsrdə yaşayırıq. İndi bu çox normal şeydi. Və mənim öz sevgilimlə sevişmək, onu arzulamaq ən təbii haqqımdı.

- Axı mən istəmirəm. Niyə başa düşmürsən? Belə çıxır ki, sən mənimlə sadəcə ona görə münasibət saxlayırsan da hə? Mənim hisslərimin, arzularımın sənin üçün əhəmiyyəti yoxdur hə?

- Yoo, niyə ki. İndiyə qədər nə demisən eləməmişəm? Ürəyin hara istəyir gedirsən, nə istəyirsən eliyirsən. Axı mənimdə səndən nəsə istəmək haqqım var axı.

- Eeeyyy Elçin, sən heç nə başa düşmürsən! Vapşe, mən getdim, bir də məni yığma!

- Cəhənnəm ol az, qəhbə! Poxunu ye! Sən deyəsən şirin söz qanmırsan!

Dayana bilmədi, çantasını əlinə aldı və hirsli şəkildə otaqdan çıxdı. Ayaqları bir – birinə dolaşırdı.  Təşkilatda hamı onun əsəbləşməyinə alışmışdı. Amma heç vaxt, heç kim onun bu vəziyyətdə görməmişdi. Qapıdan çıxanda hiss elədi ki, əsir. Dözə bilmirdi. Bilmirdi nə hiss eləsin. Ağlasın, gülsün, vursun, dağıtsın. Heç nə bilmirdi. Bir an əvvəl evə gedib otağına girməli və hirsini göz yaşından çıxmalı idi. Elçinin ona verdiyi əzablar ona elə mənəvi zərbə vurmuşdu ki, artıq özündən zəhləsi getməyə başlamışdı. Və o hələ uzun müddət bu yaralardan qurtula bilməyəcəkdi.  Amma bu son qərarıydı. Dərdindən ölsə də ayrılacaqdı. Çünki bu sevgi ona əzabdan başqa heç nə verməmişdi. Bir də bir – iki öpüş. Vəssalam. Elçindən sonra özünə olan güvəni də itmişdi. Və o güvənini qaytarmaq üçün Elçindən ayrılmalıydı. Hava küləkli idi. Amma o heç nə hiss eləmirdi. Hara getdiyini də bilmirdi. Amma harasa gedirdi. Hamı kimi. Bəlkə küçədə onunla gedən insanların əksəriyyəti onun keçirdiyi hissləri keçirirdilər. Amma onlar da harasa getmək məcburiyyətində olduqları üçün ayaqları istər – istəməz gedirdi. Harasa… Onun kimi..

***

-   Hi. How are you?

-   Fine and you?

-   Normal, but sleepy? Coz didnt sleep yesterday.

-   Why?

-   Never mind.

Hans kofeni götürdü və otaqdan çıxdı . Aygülsə onun arxasınca qapını örtənədək diqqətlə baxdı. Kənardan baxan elə bilrədi ki, Hansın arxasına baxır. Amma o heç Hansı görmürdü bəlkə də. 6 ay idi ki, Almaniyada idi. Elçindən ayrılandan sonra  Azərbaycandakı həyatını tamamilə silib gəlmişdi Almaniyaya. Özünü yenidən yaratmaq üçün. Əzablarından qurtulmaq üçün. Amma neçə gün bundan əvvəl facebookda aldığı mesaj onu yenə qaytarmışdı Elçinə daxilən. Və o anlayırdı ki, hələ də bu sevgidən qurtula bilməyib. Sadəcə özünü aldadırmış. Əslində o hər saniyəsini onunla yaşayırmış. Və indi də beynində suallar onu yeyirdi. Həm qorxurdu yenə eyni həyata qayıdacağına, həm də Elçinin yalvarış dolu mesajlarına yumşalmışdı. Qayıtmaq istəyirdi. Amma yenə söyüləcəyini, seks məcburiyyətinin olacağını bildiyi üçün tərəddüd edirdi. Bilmirdi o həyata qayıtmaq istəyir, ya yox. Sevgimi, yoxsa hüzurlu həyatmı? Kofesini qurtumladı və başını aşağı salıb onu gözləyən hesabat kağızlarına yumuldu.

Axşam idi. İşdən çıxıb rəfiqəsiylə görüşəcək və bəlkə kefləri olsa bir pivədən zadda içəcək, sonra da evə gələcəkdi. Çünki günü ağır keçmişdi. Çox işləmişdi. Ayağa qalxdı, stolun altındakı ayaqqabılarını geydi və son dəfə emaillərini yoxlamaq üçün komputeri gözləmə rejimindən çıxardı. Inbox (1). Çaşdı. Özü də anlamadan əlləri mausun üstündə əsirdi. Bu yazan başqa adam da ola bilərdi. Bəlkə Bakıdakılardan kimsə idi. Amma həyəcanlanmışdı. Bilmirdi niyə, amma əlləri əsirdi. Haqqlı idi də. Çünki Elçin yazmışdı.

- Yalvarıram mənə şans ver. Səhvimi başa düşmüşəm.

 

Əslində ikicə cümlə ona o qədər söz deyirdi ki. Yaşadığı iztirablar, tökdüyü göz yaşları gəldi gözlərinin önünə. Və ona olan sevgisi. Neyləyə bilərdi axı?! Lap ona qayıtsa da, axı o Almaniyada yaşamır. Türkiyəyə gedib. Bilmirdi.  Və yaşadıqlarıyla arzuları arasında qalmışdı. Monitora elə baxırdı ki, sanki maraqlı bir kinoya baxır. Tükü də tərpənmirdi. Birdən yerindən hoppandı. Sadəcə iki kəlimə dedi və işıq sürətilə kompüteri bağlayıb otaqdan çıxdı.
- Elçinə zəng eləməliyəm!

 

***

Elçinlə barışmışdı. Və cəmi iki gün idi ki, Elçinlə yenidən birgə idi və facebookda səhərdən axşama kimi yazışırdılar. Hər şeyə rəğmən onu sevirdi. Və Aygül xoşbəxt görünürdü. İstanbula, Elçinin yanına getməyə qərar vermişdi. Razılaşmışdılar. Bir neçə günə uçacaqdı. İşə gəldi və gələr – gəlməz facebooku açdı. Elçinə İstanbulda  qalacaq otellə bağlı suallar yağdırmışdı. Və o bu sualların cavabını gözləyirdi.

In a relationship with Rafiqa Bayramova

Anlamadı. Düşündü ki, yanlış insanın profilindədi. Yenə baxdı. Elçin Göyüşovun profili idi. Gözlərinə qaranlıq çökdü və o yenə monitora  baxırdı…

Gözlərini açanda xəstəxanda idi. Reanimasiya şöbəsində həkimlər başının üstündə almanca nəsə danışırdılar. Alman dilini güclü bilmirdi. Amma azından çoxundan qanırdı. Başının üstündə duran həkim  aparatla qurdalanan həkimə deyirdi.

- Sie ist sehr schlecht

Hələ nələr olduğunu anlamırdı. Sadəcə eşitdiyinə görə  vəziyyəti yaxşı deyildi.

Bir xeyli iynə dərmandan sonra evə gəldi. Və evə girər – girməz Elçinə zəng vurdu. Bunun hesabını verməli idi Elçin. O elə bilirdi ki açmayacaq. Amma Elçin  telefonunu açdı. Və ağzını açmamış bir kəlmə dedi :

- Qəhbə, bir də mənə zəng eləmə!

Düüüüüddd.. düüddd.. düüüüddd..

Elə bil ki atasına söydü bu düüüd düüüdlər. Və sanki nəsə qırıldı. Rəfiqə Elçinin əvvəlki sevgilsi idi. Və yatmadığı oğlan qalmamışdı universitetdə. Hətta Elçin həmişə deyirdi ki, zəhləm gedir o prositutkadan. İndi isə o prositutka ilə yenə sevgili idi və xoşbəxt idi. Hətta Rəfiqə də bilirdi Aygüllə Elçinin münasibətini. Aygül ayrılanda ona canıyananlıq da eləmişdi guya. Anlamırdı. Heç nə anlamırdı. Oturdu və səhərə kimi ağladı. Amma o hələ bilmirdi ki, Elçinin sevgilisi ən yaxın rəfiqəsinin Türkiyədə yaşayan rəfiqəsidir.

Bu da elə həmin həftə baş verdi. Bütün günü ağlayırdı. Xəstəxanadan çıxan heç 3 gün deyildi. Evdə özü  üçün kartof qızardırdı ki, Nigar zəng vurdu.

-  Alo, bitanəm, necəsən?

-  Salam can, yaxşıyam. Sən necəsən?

-  Mən normal.. Ay qız Əhməd dedi ki, xəstəxanaya düşmüsən. Nolub? Mənə də eşşəklər indi dedilər. Eşidən kimi də zəng vurdum…

Söhbət uzandı. Hər şeydən danışdılar. Söhbət Elçindən düşəndə Nigar həmin qızın öz rəfiqəsi olduğunu və Elçinin çox xoşbəxt olduğunu dedi.

-  İnan ki, Aygül, Elçin o qədər xoşbəxtdir ki. Onu heç vaxt belə parıldayan görməmişdim.

Sağollaşdılar, dəstəyi yerə qoydu və yenə ağlamağa başladı. Nigarın sözləri qulağında çınlayırdı. Elçin  xoşbəxt idi. Bunu öz rəfiqəsi deyirdi. Düzdü, Nigar heç vaxt Elçinlə   onun münasibəti haqqda heç nə bilməmişdi. Amma yenə də Elçinin xoşbəxt olduğunu, başqa qadınla xoşbəxt olduğunu görmək onda həm qısqanclıq, həm də bir sınıqlıq yaratmışdı. Demək ki, Elçin Aygülün yanında xoşbəxt deyildi. Demək ki, o Aygülün yanında həqiqətən də sperması üçün dolanıb. Demək ki, Aygül onun üçün boşalmaqdan başqa heç nə ifadə etməyib və bunu da görməyəndə söyüb, vurub, dağıdıb, çıxıb gedib.  Əlləriylə başını tutdu və doyunca, canı çıxana qədər ağladı.

Səhər həkimə getdi. Və həkim Aygüldən qorxmamasını, beynində naməlum bir xəstəlik tapdıqlarını dedi. Səbəbi stress imiş.  Və  Aygül o gün yıxılmasaydı, xəstəxanaya gətirməsəydilər bu xəstəlik də meydana çıxmayacaqdı, tapılmayacaqdı.

Əlində retsep xəstəxananı tərk etdiyində yenə bilmirdi hara gedir. Havalı idi. Dumanlı idi. Ətrafındakı insanları görmürdü. Bu bir həftə ərzində o qədər şey yaşamışdı ki, bilmirdi üzülsün, ya gülsün halına. Bilmirdi heç nə. Sadəcə artıq sevgidən azad olduğunu, Elçini qəlbindən azad etdiyini hiss edirdi. Anlayırdı ki, artıq Elçin ondan qopub. Artıq həqiqətən tək idi. Bəlkə sabah, birisigün öləcəkdi.  Bəlkə də yaşayacaqdı. Bəlkə də bu onun xilasi idi. Hər itki bir qazancdır axı. O Elçini itirərək sağlamlığını tapmışdı bəlkə də. Bəlkə də ölümü. Bilmirdi. İndi onu sadəcə iki şey narahat edirdi.

-   Görəsən bu acı dərmanları kim içəcək?!

-   Bir də Elçinə son pulları ilə aldığı hədiyyələri neyniyəcək? Satacaq? Yandıracaq? Hədiyyə edəcək? Yoxsa…?

 Könül Yazar

28. 04. 2012

 


ESMERRi | 5 aprel 2016 19:34 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Nigar_
Heç nəyə baxmayaraq şəxsi fikrimi deyirəm:Olduqca gözəl ehkayə idi.Amma əziz qızlar,heç vaxt Aygül kimi zəif iradəli etməyin.Məni o cür təhqir edən insanı özünü ayağımın altında qurban da kəssə yenidən qəbul etmərəm!!!
Purple_Butterfly | 4 sentyabr 2015 16:35 | Status: Şərhçi | Şərh: 146
Qizlar bir az qururlu olub oz deyerlerini bilib ozlerine hormet qoysalar, hech kim onlari eze bilmez.
Nigar_ | 10 iyun 2014 20:21 | Status: Professional user | Şərh: 2 124
Heç nəyə baxmayaraq şəxsi fikrimi deyirəm:Olduqca gözəl ehkayə idi.Amma əziz qızlar,heç vaxt Aygül kimi zəif iradəli etməyin.Məni o cür təhqir edən insanı özünü ayağımın altında qurban da kəssə yenidən qəbul etmərəm!!!
sevdim | 13 dekabr 2013 13:35 | Status: Qonaq | Şərh: 0
men sevirem ve sevildiyimede inaniram. qadinlar qururunuzu hec vaxt ayaqlar altina atmayin
nataska | 5 dekabr 2013 13:59 | Status: Qonaq | Şərh: 0
mencede o oglana hec wans verme nede uz verme....redd olsun getsin...oglanlar cox eclafidrlar...menede bele hadiseler cox tanisdir.ona gore sil getsin.sen oz heyatinin yasa.saliq olsun o oglan o qizi firladib ayrilan gorersen...oglan ozude petuxdurdaki onunla bununla yatan qizla ozunun xosbext hiss edir
Lady SADA | 25 avqust 2013 01:02 | Status: Şərhçi | Şərh: 110
sanki menim heyatimi yazmisiz bezi istinadlar olmaqla

istisnalar
Shelim | 31 yanvar 2013 11:43 | Status: Şərhçi | Şərh: 113
hmm.... tesirlidir, ama gerek 2ci shans vermesin,
sevinc keder | 5 oktyabr 2012 14:04 | Status: Professional user | Şərh: 3 818
Sitat: Fempink
qizlar umumiyyetle kişilere inanmayin ayaginiz ustde durmagi bacarin ona buna soykenmeyin

:n9:
`Esenya` | 2 oktyabr 2012 19:39 | Status: Qonaq | Şərh: 0
ehh[center][/center] ona gore deyillere refiqen olmasa yaxwidi..buda ozune yaxin bildiyin insan..hec kese inam yoxdu ve inanmiramda.twkrler
Feriha. | 2 oktyabr 2012 08:15 | Status: Professional user | Şərh: 4 746
tesiredicidi
sevinc keder | 17 sentyabr 2012 11:33 | Status: Professional user | Şərh: 3 818
HMMM TESIRLIDIR TEWEKKURLER.
cucem. | 11 sentyabr 2012 00:45 | Status: Professional user | Şərh: 4 415
TESIREDICIDIR
Leyla Qocayeva | 5 sentyabr 2012 15:22 | Status: Qonaq | Şərh: 0
HU-NUR-ES,
cox dogru.ama o qizin hisleriyle oynayan oglana alcaq deyerem.gun gelecek elediklerini mutleq odeyecek.bu heyatda hecne yerde qalmir..


Aygulun hisleriyle oynayan oglana alcaq deyerem.gun gelecek elediklerini mutleq odeyecek.bu heyatda hecne yerde qalmir..
Konul Yazar Sultan | 6 avqust 2012 23:49 | Status: Şərhçi | Şərh: 2
salam bagışlayın ki heç birinizə cavab yaza bilməmişəm. çünki vətəndə deildim və bu gün açmışam saytı. görürəm ki məni boykot edənlər də olub, təhqir edənlər də, nə demək istədiymi anlayanlar da, anlamayanalar da. normaldı. demək ki mən edəcəyimi etmişəm. qaldı ki söhbət mənim yazıma, mən həmişə demiçəm deyirəm də, mən tərbiyyəsizi tərbiyəli kimi qələmə verə bilmərəm, çobanı alim kimi, fahişəni ağıllı kimi.. hər kəs öz obrazında dəyərlidir.. hər kəs öz dilində danşır... təbii ki ətrfaımda təmiz insanlar da var və mən onalrın da həyatını yazıram.. bir gün onu da oxuyarsız... həttta allha olan sevgimdə də yazıram.. mən yazaram və könlüm nə istəyir onu yazıram.. mən bağça tərbiyəçisi deyiləm ki sizin uşaqlarınıza tərbiyə verim, mən yazaram.. bu sizin işiniz.. övladlarınza olmaz deməkdən öncə o olmazın zərələrini anlatsanız onları güdməyə ehtiyacınız olmayacaq.. övladınız cəmiyyəti məhsulu olmazdan öncə siizn məhsulunuzdur..onları sağlam düşünməyə alışdırın ki cəmiyyətdə siz yanlarında olmayan sağlam qərar versinlər..siz onalrn mənim yazılarmdan tsirlənəcəyini düşünürsüz.. mən de elə düşünürəm.. ama mən arttıq onlar üçün cəmiyyətəm..mənə gəlincəəy qədər onların sizin mhəsulunuz olması lazım..əgər mənim yazılarımı doğru anlamadılaRSA DEMƏLİ sizin tərbiyənizdə boşluq var..bunu mən demirəm dünya elmi deyir.. islama gəldikdə isə hər kəs allahini secməkdə və ibadətdə özgürdür.. Mənim allahım mənə fəlsəfəni verdi və mən onunla sevirəm allahımı.. bu qədər bəsit.. ən azından mən bəzilərinzi kimi allah allah deyib insanlar təhqir etmirəm.. ibadət namazal, örtüylə olmur.. ibadət qəlbdə olur.. sayqılarla yazardann..))
HU-NUR-ES | 3 avqust 2012 15:18 | Status: Qonaq | Şərh: 0
BU HEKAYƏ 1 DAHA SÜBUR EDİR Kİ, İSLAM ƏXLAQI İLƏ YAŞAMAQ LAZIMDIR, VACİBDİR, FƏRZDİR. O CÜR YAŞAYAN QIZDAN HEÇ KİM BAŞQA NİYYƏTLƏ İSTİFADƏ EDƏ BİLMƏZ. 1 ŞEYİ DƏ DEYİM: AYGÜL HEEEÇ NARAHAT OLMASIN, ELÇİN HAZIRDA FİZİKİ EHTİYACI TAMLIĞIYLA ÖDƏNDİYİ ÜÇÜN XOŞBƏXTMİŞ KİMİ GÖRÜNÜR, BU SEVGİLİSİYLƏ DƏ AİLƏ QURACAĞINA İNANMIRAM...
G-----16 | 27 iyul 2012 20:27 | Status: Gümüş user | Şərh: 2 227
Hmmmmm tesirlidir tesekkurler :n28:
Meka_13 | 24 iyul 2012 16:47 | Status: Qonaq | Şərh: 0
40x tesirlidir, hemde ibretamizdir. dourdan da heyat da he4kime inam yoxdu.
romantika7070 | 20 iyul 2012 13:43 | Status: Şərhçi | Şərh: 175
Sözüm və əlavəm yoxdur.......
dr.Samira | 19 iyul 2012 10:31 | Status: Həkim | Şərh: 1 135
Çox təəssüf ki,indiki bəzi " hekayələr" xalqa daha tez "təlqin" olunmaq üçün qeyri-etik sözlər,çılpaq ifadələrlə doludur.Qınamaq lazımdırmı?İndi bəzi oxucular da ancaq bu tərzdən anlayır,obrazlı ifadələrin,sözlərin sehrli oyunundan yaranan cümlələrin tam mənasını anlayacaq qədər əsl əsərlər oxumayıblar çünki .Bəzən olur ki.bəzi insanlar hətta gündəlik həyatda ünsiyyət zamanı o qədər gözəl cümlələr quraraq danışır ki,belələrinə deyirlər ki,Kitab dilində danışır.Çünki bu insanın nə qədər çox kitab oxuduğuna bir işarə olur.İndiki gənclik isə,kitab oxumadan da "Kitab dilində" danışır,çünki indiki bəzi "Kitablar" üzr istəyirəm ifadəmə görə,küçə sözləri ilə doludur.Tək bu yazar yox,təəssüf ki,bir neçə,özünə ad eləmiş yazarların da kitablarında vəziyyət analojidir.Bilmirəm fikir vermisiz ya yox,əcnəbi kinolara rus tərcümısində baxanda(original)tərcüməsi,bəzi yerlərdə ifadələri tərcümə eləmir,əvəzində isə deyir ki,yerli dialekt dilində sözlər(slova na mestnom dialekte--yəni söyüşlər).İndi onları ibrət götürərək heç olmasa bu qədər qyeri-etik kəlmələri efirə buraxmaqdansa,yerinə düz xətt yaxud ilduz qoymaq olardı,əgər bu xəbərin sayta vverilməsində bu qədər həvəsli idiksə..Yazıdan isə ibrətamiz heç nə oxumadım.
Alizes | 18 iyul 2012 23:27 | Status: Yazar | Şərh: 2 588
Hele qan duwmeyib bu xeberde? wink
POWER | 18 iyul 2012 19:56 | Status: VİP user | Şərh: 372
cox maraqlidir tsk smile
Gozler | 18 iyul 2012 19:51 | Status: Qonaq | Şərh: 0
Cox maraqli idi.yazan eller var olsun.
Gulyar | 18 iyul 2012 18:20 | Status: Qonaq | Şərh: 0
Cox tesirli hekayedir.


Tahire xanim cox duzgun dediniz.Alqiwlayiram sizi!
Fempink | 18 iyul 2012 18:18 | Status: VİP user | Şərh: 107
qizlar umumiyyetle kişilere inanmayin ayaginiz ustde durmagi bacarin ona buna soykenmeyin
Solnuwka. | 18 iyul 2012 15:51 | Status: Həkim | Şərh: 974
oxudum.cox tesirli hekayedir doqrusu.qizin heyatina cox acidim.amma elbetdeki hekayede normativ olmayan sozlerden istifade olunub.yaxwi olardiki bu sozler bir az medeni wekilde yazilaydi.men ozum rusiyada doqulub,boyuyub ve hal-hazirda yawayiram.burda cox weyler gorurem.yeni meni hec bir wey wakirivat etmir.amma bizim azeri milletinden nese exlaqsiz soz ve exlaqsiz hereketler gorende mene aqir gelir.men miletimize nese yarawdirmiram.bu menim fikrimdir.bawqalarinin yerine hec ne deye bilmerem.
NURGUL_GUL | 18 iyul 2012 15:49 | Status: Şərhçi | Şərh: 130
maraqli hekayedi twk
leylawka | 18 iyul 2012 12:55 | Status: Professional user | Şərh: 1 866
MARAQLI YAZIDIR TESEKKÜR smile
laleyka | 18 iyul 2012 11:53 | Status: Professional user | Şərh: 652
Sitat: banuisc
Canim duz demirsen,birinci yazi bura qoyulub ki şerh yazilsin ikinci,hec bir yazida,hekayede,xeberde bele ...sozler işlenmemelidir.Men acib hekayeni oxumaq istedim,men ne bilim orda ele sozleryazilib,men o....... sozleri oxumaq mecburiyyetinde deyilem,qaldi ders vermeye cavan qizlarimiza bele ...sozlerle nesihet vermezler...

duzdu hekayede bele sozlerin olmasi duzgun deyil olmasaydi daha yaxsi olardi bele sozlerin olmasina yazar yox xeberi redakte eden mesuliyyet dasiyir xeberi redakta edende bele sozlerin yerini bos buraxin ve ya bele sozleri silin xeberde nelayiq soz varsa bu dimek deyil ki xeber pisdir

sehv elemiremse kecen defe de bu yazar idi hekayesine gore hami dusmisdu onun ustune filan- besmekan o yazar bu movzular uzre yazir eger beyenilmirse saytda verilmesin verilirsede bu qeder ustune gedilmesi duzgun deyil

eger bele yazilarin eleyhinesizse Aynur xanima diyin bele yazilari vermesin saytda bu o yazarin secdiyi yol ve metoddur ve biz de her kesin fikirlerine hormetle yanasmaliyiq
Damla | 18 iyul 2012 11:48 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: laleyka
yazari hec kim gunahlandirmasin kimki oz seviyyesine uyqun bilmir kimese maraqli deyil oxumasin ve serh yazmasin

Men sizinle razi deyilem.Xeber sayta qoyulurki oxunulsun ve fikir bildirilsin.hec kim hec kimi ne gunahlandirmaga,nede qinamaga haqqi yoxdur.Cunki her kes oz emellerine cavabdehdir.
Seviyye sohbeti ise tamam basqa movzudur.
Banu. | 18 iyul 2012 11:40 | Status: Admin | Şərh: 2 266
Sitat: laleyka
hem deki yazari hec kim gunahlandirmasin kimki oz seviyyesine uyqun bilmir kimese maraqli deyil oxumasin ve serh yazmasin


Canim duz demirsen,birinci yazi bura qoyulub ki şerh yazilsin ikinci,hec bir yazida,hekayede,xeberde bele ...sozler işlenmemelidir.Men acib hekayeni oxumaq istedim,men ne bilim orda ele sozleryazilib,men o....... sozleri oxumaq mecburiyyetinde deyilem,qaldi ders vermeye cavan qizlarimiza bele ...sozlerle nesihet vermezler
...