Layihələr / Qadın taleyi

Mən!!! (Əxlaqsız yola düşən bir Azərbaycanlı qadının həyatı - hekayə)

Konul Yazar Sultan | 15-06-2012, 19:00
39 006 459
Hekayə tamamilə olmuş hadisədir. Sadəcə qadının həyatını riskə atmamaq üçün adını və işini deyişdim. Qalan her şey olduğu kimidir.


Konul Yazar Sultan : Salam Rəvanə. Necəsən? Yeni bir araşdırma aparıram. Sorğu deyək də daha çox. Mənim “Kimdir Fahişə?” yazımı oxumusan? Bax ordakı sualla bağlı sorğu aparıram. Sən görə kimdir Fahişə? Nə düşünürsən bu haqqda?

Revanə Seydzade : : Mən!!!

Monitorun qarşısında dondum. “Mən” yazmışdı. Və üç dənə də nida qoymuşdu qarşısına. Elə bil ki, hər şeydən çox özünün fahişə olduğuna əmin idi. Uşaqlıqdan tanıdığım bu qızın niyə sualıma belə cavab yazdığı mənə hədsiz dərəcədə təsir etmişdi. Dəhşətli dərəcə pis oldum. Rəvanəni tanıyırdım. Taleyindən xəbərdar idim. Bir dəfə evlənib boşanmışdı. 40 yaşlı müəllimi ilə evlənmişdi. Bakı Dövlət Universitetinin professoru ilə. Amma onun haqqında elə bir şey eşitməmişdim. Heç kim Rəvanənin pis qız olduğu haqqında danışmırdı axı. Monitora baxırdım. Eləcə baxırdım. Geri qayıdıb “Niyə?” sualını verməyə çəkinirdim. Bəlkə də alacağım cavabdan qorxurdum.

Revanə Seydzade : Çaşdın hə? :) Donub qalmısan bilirəm. Hahahah))))) narahat olma. Səni ələ salmıram.

Konul Yazar Sultan : Doğrusu çox çaşdım can. Səndən belə cavab gözdəmirdim. Gijdəmə. Niyə belə deyirsən ki, özünə?

Cəsarətlənmişdim. Bunun cavabını almalıydım. İndiyə qədər heç kim belə etiraf etməmişdi mənə özünü.

Konul Yazar Sultan : Yaranı deşmək, ya da səni incitmək istəmirəm, ama Rəvanə mənə maraqlıdır niyə özünə belə dediyin.

Revanə Seydzade : Yox ay qız, nə incimək. Uşaq zad deyiləm mən. Həm də alışmışam. Facebook.da yeri yoxdu. Çox uzundu. Onsuz da düşünürdüm ki, həyatımı sənə danışım və mənim də hekayəmi yazasan. Bir gün gəl bizə sənə çaxır qonaqlığı verim danşaq.

Konul Yazar Sultan : Nə zaman gəlim?

Revanə Seydzade : Bu bazar boşam. Otaq yoldaşım da yoxdu. Axşam gəl bizdə qal, həm içək, həm danşaq.

Konul Yazar Sultan : okay.

Revanə Seydzade : ok. Görüşənədək.

Bilmirdim nə hiss eliyirəm. Sevincliydim. Çünki yeni bir hekayə tapmışdım yazmaq üçün. Yenə heç nəyi qondarmadan, olduğu kimi bir qadının həyatını yazacaqdım. Hansı ki, o başqa fahişlərədən fərqli olaraq özü özünə fahişə deyirdi, cəmiyyət yox. . O damğanı üstünə özü götürürdü. Bazar gününə iki gün qalmışdı. Və məni hər keçən dəqiqə əsəbləşdirirdi. İstəyirdim o gün tez gəlsin. Çünki eşitmədiyim bir hekayə eşidəcəkdim. Bir qadının hekayəsini...

***

Uşaqlıqdan çox dikbaş qız olmuşam. Heç vaxt heç kimin sözüylə razılaşmırdım. Ailəmlə hesablaşmırdım heç vaxt. Həmişə əsəbləşəndə kiminsə acığına gedib başqa - başqa oğlanlarla görüşürdüm, öpüşürdüm. Elə bilirdim ki, onlardan acıq çıxıram. Sevgilimdən biri məni incitdisə həmin günü axşam yenisi hazır idi artıq. Hər saatda biri ilə görüşürdüm. Biriylə Nərimanov metrosundan çıxırdım sağollaşırdım, gəlirdim Bakısovetində başqasıyla görüşürdüm. Gözüm doymurdu heç vaxt. Yox deyə bilmirdim heç bir oğlana. Buna da tək bir səbəblə bəraət qazandırırdım ki, oğlanlar oğraşdırlar və onlar qızları fırladırlar, mən də onları.

Bir qurtum pivədən içdi və mənə baxdı.

- İç a bajı, hələ gecəmiz uzundu və səni gərək kefin əla ola məni dinləmək üçün. Hələ çox şey danışacam sənə.

Heç nə demirdim. Sual da vermirdim. Sadəcə ona baxırdım. Nitqim tutulmuşdu. Bir insan özünü necə var eləcə də danışırdı. Yalansız. Tandığım, əslində tanımadığm biri. Bir az da pivədən içdi çipsini ağıza aldı və qalan yerdən davam elədi.

Həəə. Tək səbəbim o idi və heç vaxt da özümü pis hiss eləmirdim. Xoşbəxt idim. Ta ki Yadigarı tanıyana qədər. II kursda oxuyanda tanış oldum onunla. Rəfiqəmin qardaşı idi. Onlara gedəndə tanış olmuşduq. Çox uzatmayım. Bir – iki baxış atdım və hər şey hazır idi. Bir iki günə gördüm ki, bacısıyla söz göndərib. Mən də təbii ki yox demədim. Bilirdim çünki mənə söz göndərəcəyini. Və beləliklə Yadigarla başladı sevgimiz. Həyatımda ilk dəfə sevirdim. O da məni sevirdi. Amma günüm qara idi. Manyak idi rəsmən. Qoymurdu heç yerə gedəm. Ancaq onunla gedirdim hər yerə. Heç kimlə danışmağa qoymurdu. Bir dəfə məni İnşaatçılar metrosunda çırpmışdı adsız nömrəyə cavab vermişəm deyə. İt kimi qorxurdum ondan. Bir səhvim oldu həmin dəqiqə silləni ilişdirirdi. Mən də sevirdim deyə qatlanırdım. Həm də evlənmək planları zadı qururduq. Deyirdim ki, daha bəsdi avaralandığım qoy ciddi bir şey olsun həyatımda. Hər şey normal gedirdi. Ta ki..

Ayağa durdu. Tualetə tərəf getdi. Elə bildim ki, tualetə girəcək. Mətbəxə çöndü, başını əydi, üzümə baxdı, gülümsədi.

- Su istəyirsən, - dedi.

- Hə - deyə bildim sadəcə. Özümə məhəttəl qalmışdım. Sakitcə onu dinləyirdim. Heç nə soruşumaq istəmirdim. Qorxurdum marağı itər hekayənin.

Əlində qrafinka gəldi. Və üzümə baxa – baxa elə “ta ki” dən başladı. Elə bil əzbərləmişdi hekayəsini cümlə - cümlə. Ya da ki, mənim görüşüm üçün hazırlaşmışdı.

Ta ki onunla bax bizim evdə görüşənə qədər. Məni ötürməyə gəldi axşam dərsdən çıxanda. Onda Həzi Aslanovda qalırdıq qızla. Evə gəldik söhbət eliyə - eliyə. Kefimiz kök idi. Qapını açdım. İçəri dəvət etdim. Elə bildim ki, Gülnarə evdədi. Həmişə içəri girib bir stəkan çayımızı içər gedərdi. Indi də o məqsədlə dəvət etdim. Amma görünür Gülnarə evdə yox idi. Ağlıma heç nə gəlmədi. Dedim ki, keç içəri indi çayı qoyaram qaza. Sumkamı divanın üstünə qoyub mətbəxə keçdim. Çaydanı suyla doldurmaq üçün əyildim ki, arxamda əlin gəzdiyini hiss elədim. Arxamı əlləyirdi. Çöndüm ki, neyləyirsən. Dedi ki, səni istəyirəm. Və başladı dodaqlarımdan öpməyə. Bir az çəkindim, lakin sonra özüm də ona tabe oldum. Apardı məni yatağa və başladı soyundurmağa. O anda beynimə vurdu ki, mən bakirəyəm və çox yanlış bir şey eliyirəm. Bunu elə bil ki, hiss eləmişdi. Dedi ki, narahat olma evlənənə qədər arxadan olarıq. Mənə sadəcə səninlə birgə olmaq maraqlıdır. Arxa, ön dəxli yoxdur. Axı səni sevirəm Ürəyim rahatladı və özümü ona buraxdım. Ondan sonra demək olar ki, vaxt tapdıqca, o istədikcə, mən istədikcə bir yerdə olurduq və bu məni xoşbəxt eliyirdi. Dünyanın ən xoşbəxti idim. Lakin bilmirdim. Sən demə hələ də Yadigarı tanımırdım.

Udqundu. Sanki hekayənin dəhşətli bölümünə gəlmişdi. Və danışmağa qorxurdu, ya da çətinlik çəkirdi. Üzümə baxdı. Sual dolu baxışlarım ona cəsarət vermişdi sanki. Davam elədi.

Bir gün yenə normaldakı kimi dərsdən çıxdıq və bizə gəldik. Otaq yoldaşım Ayla rayona getdiyindən üç gün idi boş idi ev və mən üç gün idi Yadigarla qalırdım. Yerə göyə sığmırdım. Yoldan yeməyə şey – şüy aldıq və evə gəldik. Yedik, içdik, öpüşdük, əynimdə onsuzda sadəcə alt paltarım var idi. Onu yanında çıplaq gəzməyi sevirdim. Ikimiz də kefli idik. Yadigar deyəsən təzə siqaretə başlamışdı. İndiyə qədər heç görməmişdim onda o siqareti. Amma çəkdikcə gözləri qızarırdı. Və mən də özümü daha yaxşı hiss eliyirdim.

Düşündü bir az. Nəsə beyninə taxılmışdı sanki. Və çaxırı işarə edib : Süzüm? – deyə soruşdu. Başımı yellədim. Süzdü və qarşıma stəkanı qoyanda istehza ilə gözlərimə baxdı, sanki “Hələ nə eşitmisən ki?!” deyirdi gözləri.

O gecə nə oldu bilmirəm. Sevişdik təbii ki, və səhər duranda mən artıq bakirə deyildim. Başımı divara – divara vururdum. Onu şaçlayırdım. Dişləyirdim. Amma nə faydası. Mən bakirə deyildim. Özü də pis olmuşdu. Və əynini geyindi çıxdı getdi evdən. Ondan sonra Könül, nə başını ağrıdım, düz bir həftə evdə yatdım, heç yerə getmədim. Özü də zəng eləmirdi. Görmək istəmirdim heç kimi. Sonra məcburən dərsə getdim. Bir tək Aylaya demişdim problemimi. O da məsləhət görmüşdü ki, ya Yadiaral evlənim, ya da tikdirim. Anasının tanışı var idi. Yadigarı düz iki ay görmədim. Zəng eləmirdi. Mən də eləmirdim. Sonra yığdm onu və açdı üzr istədi və məni görmək istədiyini dedi. Görüşdük. Və neçə illərdir narkoman olduğunu amma məni bilə - bilə pozmadığını, narkotikin ikimizə də təsir etdiyini boynuna aldı. Hətta ağladı da. Qucaqladım Yadigarı. Çünki sevirdim onu. O da məni qucaqladı və yanımda olduğunu dedi. Bununla da mən yenə ona qayıtdım. Yenə yatırdıq bir yerdə, yenə döyürdü məni. Amma artıq ondan asılı idim. Bir ildə ondan iki dəfə hamilə qaldım. Abort elətdirdim ikisini də. Və bir gün eşitdim ki, Yadigar nişanlanıb. Bilmirəm Könül, o gün neynəmişəm, bilmirəm. Bir onu bilirəm ki, havalanmışdım. Çox yalvardım ona. Amma o da dedi ki, ailəm evləndirir. Mən onu sevmirəm, səni sevirəm, amma ailəmə görə evlənməliyəm. Qız bilmirəm mənim nömrəmi hardan tapmışdı zəng eliyib mənə qəhbədən tutmuş deyirdi. Çox ağır günlər yaşayırdım. Və bir gün yenə uşaqlıda elədiyim kimi eləməyi qərara aldım. Başladım bir – bir köhnləri, Yadigarın məndən ayırdıqlarını yığmağa və onlarla yatmağa. Kimdən acığım var idisə onların qardaşları, dostları, qohumları ilə yatırdım və bunu elə eliyirdim ki, onlar bilsin. Bir müddət IV kursun axırına kimi belə yaşadım. Sonra bir müəllimim, Kənan mənə vuruldu və evlənmək istədi. Sıfr puluna görə özümü tikdirdim və onula evləndim. 40 yaşı varıydı. Mənə çox şey vəd eləmişdi. Amma getdim gördüm ki, necə cındır adamdı. Və cəmi 8 ay yaşadım onunla. Evliyimizin ikinci ayından başaldım ona xəyanət eləməyə. Naxçıvanda məni sevən oğlan vardı. Getdim onlara. Bir həftə onun evində qaldım. Nə bilim ey Könül, türklər tapdım özümə, onlarla takıldım. Çünki ərimə nifrət eliyirdim. Sonra da dayan bilmədim boşandım. Boşanandan sonra ailəm çox əziyyət çəkdi. Ailəm adlı sanlı ailədir. Və mən anamın çəkdiyi əziyyətlərin günahını özümdə gördüyümə görə havalandım. Və bir müddət ciddi şəkildə müalicə aldım.

Dayandı. Saata baxdı. Saat 4 idi. Və o hələ də danışırdı Və mən də asta – asta çaxır içə - içə onu dinləyirdim usanmadan. Və hiss eliyirdim ki, gözləri nəmlidi. Danışdıqca yaşayır və əziyyət çəkirdi.

- Bəlkə qalsın gerisini sonra danışasan. Görürəm əziyyət çəkirsən – dedim

- Yox. Artıq bitirirəm - dedi. Və çaxırı bir dəfəyə başına çəkdi, şokoladı ağzına qoydu və davam elədi.

Ondan sonra bir müddət sakit və yarımçıq yaşadım. Sonra isə yenə türk dostlar və köhnə həyat. Artıq adım da təmizlənmişdi. Qanuni olaraq arvad idim. (qəhqəhə çəkdi) Sonra bir 45 yaşında türklə imam nikahına giridim. Yaxşı adamdı. Adı Yakupdu. İndi ayrılmışıq. Deyir səni sevə bilmirəm, sadəcə məni düzəltmək üçün yanımda olubmuş, mənə kömək eləmək üçün. Amma birləşəcəyik, bilirəm. O kişidir. Və Bakıda təkdir. Mənim şeyim ona lazım olacaq ( hahahah) . Yadigar da zəng vurur. Arabir onunla da görüşürəm. Arvadı da o gün yenə zəng eləmişdi, ağzında çıxanı dedi, mən də dayana bilməyib dedim ki, qadınsan, ərini əlində saxla. Hələ üstəlik Ankarada birin də tapmışam. Mənə görə iki həftə bundan öncə Bakıya gəlmişdi. Amma ondan zəhləm gedir. Çox gombuldu. Sadəcə pulu çoxdu. Bu da mənim yaşamım. Bilirəm soruşacaqsan ki, kimi sevirsən. Yadigarı sevirəm, Könül. Mən sadəcə onu sevirəm.Və ölənədək də onu sevəcəm. Ona olan sevgim və nifrətim məni bu günə qoydu. Bəlkə də özüm özümü bu günə qoydum. Bilmirəm. Amma mən həqiqətən fahişəyəm. Düzdü pul almıram. İstədiyim adamlarla yatıram. Münasibətdə olduğum adamlarla yatıram. Amma mən fahişəyəm. Hətta bir müddət şeyimdən pul qazanmaq belə istəmişəm (qəhqəhə çəkdi hündürdən). Amma bacarmamışam. Alınmayıb məndə. İndi isə təmiz olmaq istəyirəm. Ailəm və övladım olsun istəyirəm. Amma bilmirəm, buna nə qədər layiqəm...

Sözünü qurtardı. Ağlayırdı artıq. İki şüşə çaxır və 4 pivə qurtarmışdı. Amma mən ondan yox eşitdiklərimdən sərxoş idim. Yerimizi saldıq, yatdıq. Çiynimdə ağr bir yük var idi. Heç nə hiss eləmirdim. Bir onu bilirdim ki, mən bunu bir müddət qələmə ala bilməyəcəm...

Könül Yazar

ESMERRi | 5 aprel 2016 19:30 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Purple_Butterfly
Allah islah elesin.
Purple_Butterfly | 4 sentyabr 2015 14:24 | Status: Şərhçi | Şərh: 146
Allah islah elesin.
BULUTUM | 4 mart 2015 01:28 | Status: Professional user | Şərh: 7 392
Tewekurler.
Narin-Ulker | 6 iyun 2014 17:13 | Status: Gümüş user | Şərh: 2 749
gozlerime yazziq oxuduqum ucun bu nastayassi faisedide bunun neyine haqq qazandirmaq olar
AnonimA | 22 may 2014 15:47 | Status: Şərhçi | Şərh: 65
Ele bu qadin a da temiz aile namus qeyret nesib etsin Rebbim
Gulshen. | 22 fevral 2014 19:31 | Status: Qonaq | Şərh: 0
Sitat: Jasmin9339
Allah pis oglanlari kessin


Nigar | 17 fevral 2014 12:51 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: Miss Edel
span style="color: rgb(239, 0, 27); font-style: italic;">Günah oğlanda deyil bu qiz uşaqlığından bele imiş.allahda onu belə cəzalandırıb.sevgisine hesret qoymaqla...
ALLAH bağışlasın...

Miss Edel | 25 yanvar 2014 20:48 | Status: Qonaq | Şərh: 0
Günah oğlanda deyil bu qiz uşaqlığından bele imiş.allahda onu belə cəzalandırıb.sevgisine hesret qoymaqla...
ALLAH bağışlasın...
Jasmin9339 | 29 noyabr 2013 22:09 | Status: Şərhçi | Şərh: 101
Allah pis oglanlari kessin
NURLU | 23 noyabr 2013 09:11 | Status: Professional user | Şərh: 5 554
xeber ucun twkler
gabi | 15 noyabr 2013 02:23 | Status: Qonaq | Şərh: 0
allah seni bagislasin amn
AYAN A-VA | 12 noyabr 2013 20:23 | Status: Gümüş user | Şərh: 1 722
Təşəkkürlər
Təşəkkürlər
Təşəkkürlər
KoNkReT | 15 oktyabr 2013 17:19 | Status: Gümüş user | Şərh: 951
Heqiqeten duwuncelerim bir birine qariwdi,bir qadin bu qeder gun ne qeder gunah eder..Tovbe edib,Allahin yoluna gelmek ucun gec deyil..Allah ona komek olsun ve agil versin..(
Mehsetixatun | 13 sentyabr 2013 09:17 | Status: Qonaq | Şərh: 0
Sitat: payiz geldi
BU HELE QIZ VAXTI BIR-BIR OGLANLARI DEYISENDE BASLAYIB FAHISELIYE OGLANDA NIYE GUNAH GORUR BIRDE HEC VAXT GEC DEYIL TOVBE ETMEYE TANRIM SENIN GUNAHLARINI BAGISLASIN.AMIN



Sizinle raziyam
payiz geldi | 19 avqust 2013 00:56 | Status: Qonaq | Şərh: 0
BU HELE QIZ VAXTI BIR-BIR OGLANLARI DEYISENDE BASLAYIB FAHISELIYE OGLANDA NIYE GUNAH GORUR BIRDE HEC VAXT GEC DEYIL TOVBE ETMEYE TANRIM SENIN GUNAHLARINI BAGISLASIN.AMIN
legendamba | 5 avqust 2013 23:45 | Status: Qonaq | Şərh: 0
en düzgün yol haqqin yoludu.tövbə elə,yaxşılıqlar elə.Allah(c.c) dan bağışlanmaq istə.Allah (c.c) inşallah özü yoluvu açar
ONEGIRL | 16 iyul 2013 00:00 | Status: VİP user | Şərh: 399
Sitat: Qanad
yazmaga soz tapmadim.
NURLU | 15 iyun 2013 10:24 | Status: Professional user | Şərh: 5 554
dehwetdiyeeee
Qanad | 8 iyun 2013 09:45 | Status: Yazar | Şərh: 4 357
yazmaga soz tapmadim.
kukuşka | 28 may 2013 20:02 | Status: Qonaq | Şərh: 0
Özü yıxılan ağlamaz, bir de ailədən gələn tərbiyə çox rol oynayır qızın həyatında
mehimim | 27 may 2013 23:04 | Status: VİP user | Şərh: 663
hemise geri yol var,allah kecsin gunahinizdan
TOMİRİS | 26 may 2013 18:17 | Status: Şərhçi | Şərh: 117
NE ISE XANIMLAR GELIN HECKIMI TEHQIR ETMEYEK PIVEDI CAGRDI BULAR HAMISI FORMUL OLARAQ CASDRMAQ UCUN VERLB QALDKI 100 LERLEDR BELE HADISE AMMA O QADIN PESIMAN OLUB MENCE INSALLAHKI TOVBE EDIB YOLUNA QAYITSIN NE DEYM BASQA BAGSLAYAN ALLAHDIR//BEZEN O FAHISE 1 QADININ AYAQQABISINI CIXARB KOPEYE SU VERDIYINE GORE ONUN GUNAHLARNDAN KECER ///NE BILIM ALLAH QORUSUN BIZI NEFSIMIZIN QULU OLMAQDAN
Akademik | 26 may 2013 03:46 | Status: Professional user | Şərh: 4 580
Sadəcə susuram recourse
xowbext_olum | 21 may 2013 23:24 | Status: Şərhçi | Şərh: 304
Cox acinacaqli idi buna oxsar bir insanda var oda ele heyat surur indide oznude cox agili temiz sayir amma bezileri bilir onun heyatini amma helenen onun gozelliyine gore onun derdinden deli olanda var Heyatdi gerek usaq vaxti o usaqa ele baxasan ee terbiye veresenki basqalarinin tesiri altina dusmesin.
Yazari qinamaq lazim deyil o yazirki her kesin gozu aciq olsun usaqlara vaxtinda duzgun terbiye ve nezaret olsun. basqalarinin tesiri altina dusmesinnler.
O qizada Allah komey olsun gedib tobe etsin. Hec kim baqislamasada olar esas Allah baqislasin onu
RaySum | 13 aprel 2013 22:27 | Status: Professional user | Şərh: 2 594
dehwetdiyeeee
RA | 22 mart 2013 02:40 | Status: Qonaq | Şərh: 501
n30 n19 YANİ AŞIĞIN SÖZÜ QURTARANDA NEYNİM -NEYNIM ÇAĞIRAR DÜZ-ƏMƏLLİ TEMA TAPIN YAZMAĞA AY < MİLLİ > YAZARLAR n6
KAMA88 | 22 mart 2013 01:51 | Status: Şərhçi | Şərh: 351
BU NEDI CAXIR PIYVE?

QADINA YARASAN SEY DEYIL..
yagiw damlasi | 15 mart 2013 19:45 | Status: Qonaq | Şərh: 0
cox pis oldum:(
Qanad | 15 mart 2013 14:47 | Status: Yazar | Şərh: 4 357
bu ne sekildir
Əfşan | 11 mart 2013 09:34 | Status: Professional user | Şərh: 1 714
deyilesi sozum yoxdu daha