Layihələr / Qadın taleyi

Ötən il nikaha girənlərin də, boşananların da sayı artıb

Banu. | 27-01-2020, 10:54
276 0
2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb.

Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb.

2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.

2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub. big.az