Layihələr / Qadın taleyi

“Övladımız olmadığına görə boşanmadım, çünki həyat yoldaşımı çox sevirdim...”

Banu. | 17-10-2019, 22:58
804 0

Son zamanlar qız qaçırma, erkən nigah, boşanma halları, qızların cehizə görə şiddətə məruz qalmasını nəzərə alaraq “Qadın taleyi” rubrikasına yenidən davam edirik. Qeyd edək ki, müsahiblərimizin adlarını məlum səbəblərdən şərti olaraq təqdim edirik.

Bu dəfə sizə Fəridənin həyat hekayəsini təqdim edəcəyik. Onun yaşı indi altmışdan çoxdu, amma uşağa görə boşanan ailələri gördükdə təəccüblənir. Fəridə deyir ki, övladı olmasa da həyat yoldaşından ayrılmağı heç vaxt düşünməyib. Olanları saytımıza belə nəql edib:


“Evdə dörd qardaş və beş bacıyıq. Qardaşım və bacılarım kimi mən də ailə qurmalı oldum. Ailəm qonşumuzdan məni istəyən oğlana getməyimə razı deyildi və ona görə də qoşulub qaçdım. Valideynlərim arxamca gəlib qayınatamgildə hay-küy salsalar da artıq gec idi, geri qayıdası deyildim. Qaçıb qayıtmış qızı kim idi ki, alan. Belə də biz ailə qurduq”.

“Bir il sonra səbrim tükəndi, qızla yola getmədim və ata evinə qaytardım...”

“Amma bir neçə ay sonra məlum oldu ki, övladımız olmur. Qardaşlarımın, bacılarım hamısının övladı olduğuna görə özümdə problem olacağını düşünmürdüm. Ona görə də müayinə etdik və problem həyat yoldaşımda oldu. Çünki qayınımın da övladı olmurdu. Amma buna görə nə mən, nə də həyat yoldaşım övladımız olmadığına görə ayrılmağı heç vaxt dilimizə gətirmədik. Qərara gəldik ki, qohumlardan birinin uşağını götürüb saxlayaq. Belə də etdik və böyük qayınımın qızını götürüb saxladıq. Bir il sonra səbrim tükəndi, qızla yola getmədim və ata evinə qaytardım”. 

“Bundan sonra anladım ki, mən uşaq götürüb saxlaya bilmərəm...”

“Ondan sonra ikimiz yaşadıq və Rusiyaya köçdük. Bir neçə il orda yaşadıqdan sonra yenidən Bakıya qayıtdıq. Bu dəfə isə öz qardaşım qızını götürüb saxladım. Qardaşım qızı isə qayınımın qızından daha pis idi və onu da geri qaytardım.  Bundan sonra anladım ki, mən uşaq götürüb saxlaya bilmərəm, artıq təkliyə öyrəşmişəm. İllər keçdi indi yaşlandıq, yoldaşım da xəstədi. İndi görürük ki, bizə kömək lazımdı. Amma neyləyək, Allah bizi övlad sahibi etmədi”. 

“İndi eşidirəm ki, evimi qardaşım qızının adına keçirdiyimizə görə...”

“Elə oldu ki, həmin qardaşım qızı ərə getdi və iki otaqlı evimi də o qızın adına keçirdim. Amma indi yoldaşım xəstə olduğu üçün qardaşlarım və digər qohumlar bizə gəlib-gedirlər. İndi eşidirəm ki, evimi qardaşım qızının adına keçirdiyimizə görə o biri qardaşlarım da narazılıq edir. Həyat yoldaşım isə vəsiyyət edib ki, ölsə, onu kənddə dəfn edək. Mənim  ağrılı günlərim tək qalanda başlayacaq.  Amma indi övladları olmadığına görə boşanan gənclərimizi görəndə təəccüblənərəm. Adam sevdiyi adamdan övladı olmadığı üçün necə boşanar? 
Onlara tövsiyəm odur ki, çalışsınlar övlad götürsünlər ki, ömürlərinin sonunda bizim kimi köməksiz qalmasınlar. Mən həyat yoldaşımı çox sevirdim və ona görə də ondan boşanmadım”. Moderator.az

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

Ər başqa kişiyə lüt şəkillərini göndərən arvadının dərisini soydu

Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi

Ər-arvad arasında haramlar var!-ən böyük haramsa...inanmayacaqsınız!

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Qayınatadan gəlininə qarşı DƏHŞƏTLİ HƏRƏKƏT: hamamda intim əlaqədə olarkən... - Bakıda

Azərbaycanlı fahişələrdən şok açıqlamalar - “Fahişə kimi yanına getdiyim oğlanla evləndik”

Azərbaycanda gələn ay üçün dəhşətin anonsu verildi: “1962-1972- ci illəri yadımıza salacaq”